İRAN HƏRBÇİLƏRİ DƏNİZDƏ ƏMƏLİYYAT KEÇİRDİ
Tarix: 11-03-2012, 11:32 |
Çap et
SOMALİLİ PİRATLARIN HÜCUMU DƏF OLUNUB
İranın Hərbi Dəniz Qüvvələri Aden Körfəzində Somali piratlarının İranın neft tankerinə hücumunun qarşısını alıb.
Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, hərbi dənizçilər tankerə kömək etmək üçün hadisə yerinə vaxtında yetişiblər. Daha sonra tanker təyinatı üzrə hərəkətini davam etdirib.
İran donanması artıq 2008-ci ilin noyabr ayından, yəni İran tərəfindən icarəyə götürülmüş "MV Delight" gəmisinin Yəmən sahillərində Somali piratları tərəfindən ələ keçirildiyi vaxtdan bəri Aden Körfəzində qoruq çəkir.