NİZAMİ QOCAYEVİN BİNASI DA PLANA DÜŞDÜ
Tarix: 15-03-2012, 12:41 |
Çap et
POLİS İDARƏSİ BAŞQA BİR BİNADA FƏALİYƏT GÖSTƏRƏCƏK
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Göyçay, Ağdaş, Yevlax, Mingəçevir və İsmayıllı rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib.
E. Behbudovun APA-ya verdiyi xəbərə görə, monitorinq zamanı ciddi bir nöqsan qeydə alınmayıb: “Biz hər hansı qanun pozuntusu qeydə almadıq. Lakin bəzi xırda nöqsanlar var. Monitorinqlərin nəticələri barəsində daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm”.
E. Behbudov bu gün İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasının sökülməsinə başlanacağını deyib: “Həmin polis şöbəsinin yerində yeni və müasir standartlara cavab verən binanın tikintisi üçün köhnə bina sökülür. Polis Şöbəsi isə müvəqqəti olaraq rayon ərazisindəki inzibati binalardan birində yerləşdiriləcək”.
Qeyd edək ki, həmin rayonun polis idarəsinə bir zamanlar DİN-də rəhbər vəzifələrdə çalışmış Nizami Qocayev rəhbərlik edir.