![MƏRAKEŞ SƏFİRLİYİNİN ƏMƏKDAŞININ MEYİTİ TAPILIB MƏRAKEŞ SƏFİRLİYİNİN ƏMƏKDAŞININ MEYİTİ TAPILIB](/uploads/posts/2012-03/1332493990_meyid.jpg)
ONU İKİ QADINLA BİR YERDƏ ÖLDÜRÜBLƏR
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda mənzildə üç nəfərin meyitinin tapılması haqqında məlumat yayıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 22-də saat 20.10 radələrində Nəsimi rayonu M. İbrahimov küçəsindəki evlərin birində kirayədə yaşayan Mərakeş vətəndaşı Duadeh El Boussalyin və 20-25 yaşlı 2 qadının üzərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Nəsimi Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, meyiti tapılan Duadeh El Boussalyin Mərakeşin Azərbaycandakı səfirliyinin əməkdaşıdır.