MÜXALİFƏTİN QƏRAR ANI YAXINLAŞIR
Tarix: 26-03-2012, 13:02 |
Çap et
İCTİMAİ PALATA 20-Cİ SAHƏDƏN İMTİNA EDƏCƏK
Bu gün saat 16-da Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar toplantısı olacaq. İclasda 8 aprelə təyin olunmuş mitinqi ilə bağlı ciddi müzakirələrin keçiriləcəyi gözlənilir. Böyük ehtimalla Koordinasiya Şurasının 19 martda mitinqi yeri ilə bağlı verdiyi qərara dəyişiklik edəcək.
KŞ-nın 19 mart iclasından sonra yayılmış rəsmi məlumatda mitinq üçün müraciətdə 3 ünvanın-“Təbriz” kinoteatrı qarşısındakı meydanın, “Nərimanov” kinoteatrı qarşısındakı meydanın və Səbael rayonu 20-ci sahə adlanan ərazidəki Sürücülük məktəbinin təlim meydançasının (17 martda gənclərin mitinq keçirdiyi ünvan) göstəriləcəyi bildirilmişdi. Bugünkü toplantıda KŞ-nın 20-ci sahədən imtina edəcəyi və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanacaq məktubda 20-ci sahədəki Sürücülük Məktəbinin təlim meydançasının göstərilməməsi barədə qərar çıxarılacağı gözlənilir.