RƏSUL QULİYEVİN BLOKU İCLAS KEÇİRİB
Tarix: 26-03-2012, 14:13 |
Çap et
İCLASDA MÜHACİR LİDERİN SƏFƏRİ MÜZAKİRƏ OLUNUB
Bu gün - 2012-ci il mart ayının 26-da Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub.
DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.
DCUMH-un toplantısında Qəbələ RLS-lə bağlı keçiriləcək ictimai aksiyaya münasibət bildirərək onu dəstəklədiyini bəyan edir.
DCUMH ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsini və Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını tələb edir.
Toplantıda 2012-ci il mart ayının 30-da saat 17.30-da DCUMH-un Nərimanov şöbəsinin təsis yığıncağının keçirilməsi qərara alınıb.
Toplantıda DCUMH nümayəndə heyətinin ABŞ-a səfəri müzakirə olunub.