KOFİ ANNAN “KSEROSURƏT ÖLKƏSİNƏ” SƏFƏR EDİB
Tarix: 27-03-2012, 12:40 |
Çap et
O, ÇİNDƏ MÜZAKİRƏLƏR APARACAQ
BMT və Ərəb Birliyinin Suriya nümayəndəsi Kofi Annan Suriyadakı qarşıdurmaların dayandırılması yönündə plana dəstək məqsədiylə Çinə səfər edib.
BMT-nin sabiq baş katibi Annan Çində Xarici İşlər Nazirliyi rəsmiləri ilə görüşdükdən sonra Çin baş naziri Ven Ciabao ilə müzakirələr aparacaq.
O, Çin səfərindən əvvəl Moskvada verdiyi açıqlamada, Suriya probleminin həllini tapması üçün 6 maddəlik plan təklif etmişdi (faktxeber).