İCTİMAİ PALATA DİPLOMATİK KORPUSA QARŞI
Tarix: 27-03-2012, 12:53 |
Çap et
KANADADAKI SƏFİRLİYİMİZDƏ CILIZ İNTRİQA
Martin 24-də Torontoda azərbaycanlı müğənni Yaqub Zurufçunun konsertində tar ifa etməsi üçün bir neçə ay bundan əvvəl təklif alan Əkbər Məcidov davamlı olaraq məşqlər qatılmasına rəğmən konsertin baş tutmasına bir həftə qalmiş prosesdən uzaqlasdırılıb. Konsertin təşkilatçıları Əkbər Məcidovdan üzr istəyərək bildiriblər ki, onun konsertdə tar ifa etməməsini istəyən və bunu şərt qoyan Kanadadakı Azərbaycan səfiriliyi olub.
Konsertin təşkilatcəlarından olan Yusif Savalan Ictimai Palatanın Kanada təmsilçiliyinin sorğusuna cavab verərək onlara Əkbər Məcidovun prosesden uzaqlasdırılması haqda təlimatın Azərbaycanın Kanadadakı səfirlyi tərəfindən verildiyini bildirib.
Qaynaqlar Əkber MƏcidova qarsı olan bu hörmətsizliyin Məcidlilər ailəsinin Azərbaycandakı siyasi proseslərdə fəal iştirakı və Azərbaycan hökumətinin diaspor siyasətini uzun illər tənqid etməsi ilə əlaqələndirir.
Qeyd edək ki, Əkbər Məciov professional tarzəndir və Kanadada Azərbaycan musiqi və mədeniyyətini uğurla təmsil edir. Eyni zamanda o, Kanada-Azərbaycan Təşkilatları Federasiyassının prezidentidir və AzCan TV-nin produseridir.