MÜXALİFƏT MERİYADAN CAVAB GÖZLƏYİR
Tarix: 2-04-2012, 11:56 |
Çap et
HƏR ŞEY SABAH BƏLLİ OLACAQ
“İcra Hakimiyyəti mitinqlə bağlı qərarını sabah deyəcək”.
Bunu “Qafqazinfo”ya açıqlamasında İctimai Palatanın Katibliyinin üzvü Gülağa Aslanlı deyib. O, bildirib ki, mitinqin keçirilməsi üçün əlavə yer təklif olunarsa müzakirə olunacaq və mitinq təxirə salınmayacaq.
G. Aslanlı İctimai Palata aprelin 8-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında etiraz piketi keçirmək üçün BŞİH-ə rəsmi müraciətinin səbəbini də açıqlayıb. O, söyləyib ki, səbəb bu günə kimi Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə kütləvi aksiyalar üçün müraciətlər olunmasına baxmayaraq mənfi cavab verməsi və bununla da sərbəst toplaşmaq azadlığını pozmasıdır.