PRODÜSERƏ BAX, PAH ATONNAN…
Tarix: 8-10-2011, 12:27 |
Çap et
SAMRİNANIN MƏTBUATLA İŞİ PROBLEMLİ OLACAQ
DİA.AZ: - Gənc müğənni Samrinanın mətbuatla çox incə davrandığı əksəriyyətə məlumdur. Amma deyəsən, onun bu keyfiyyətindən prodüseri Pərviz Fəqana heç bir pay çatmayıb. Əgər belə olmasaydı, özünü dartıb dağ başına qoyan Pərviz Fəqan heç olmasa, ona müraciət edən jurnalistlərin telefonlarına cavab verərdi.
«Dünya» İnformasiya Agentlyi (dia-az.life) olaraq bildiririk ki, əslində bu cür prodüserlər hər zaman sənətçilərə mane olublar. Hər halda, mətbuatın 4-cü hakimiyyət olduğu unudulmamalıdır.
Pərviz Fəqan isə özünü 4-cü hakimiyyətin düşməni kimi aparır. Yəni 4-cü hakimiyyətə müharibə elan edib. Bundan kimin zərər görəcəyini təxmin etmək o qədər də çətin deyil…
Məlumat üçün bu MÖHTƏŞƏM PRODÜSERin telefon nömrəsini də açıqlayırıq. Bəlkə kimsə bu nömrənin sahibi ilə təmas qura bilər: 050 373 48 44