Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                 

ETİBAR ƏLİYEVİN MAXİNASİYALARI İFŞA OLUNUR
Tarix: 6-04-2012, 16:05 | Çap et
ETİBAR ƏLİYEVİN MAXİNASİYALARI İFŞA OLUNUR

«TEXNİKABANK»IN MƏKBUS ŞEFİ İLƏ BAĞLI ŞOK FAKTLAR ÜZƏ ÇIXIR

DİA.AZ: - Məlum olduğu kimi, Etibar Əliyev bir müddət öncə, daha dəqiq desək, martın 7-də çirkli pulların yuyulmasında şübhəli bilinərək Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Əslində, bankın Müşahidə Şurasının sədrinin həbsi məsələsi hələ bir neçə il öncə «Texnikabank»ın Bakı filialında 10 milyon manatlıq yeyinti faktı aşkarlanan zaman gündəmə gəlmişdi. Həmin vaxt Bakı filialının rəhbərliyində təmsil olunan bir neçə şəxs həbs olunsa da, Etibar Əliyev kimlərinsə köməkliyilə həbsdən yaxa qurtara bilmişdi. Bu dəfə isə onun əməlləri, yol verdiyi nöqsanlar o qədər böyük və genişmiqyaslı olub ki, heç himayədarları belə, Etibar Əliyevə kömək edə bilməyiblər. Və nəticədə martın 10-da o, Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edildi.

Gün keçdikcə «Texnikabank» ASC-nin məsələsi bir qədər də qəlizləşir və bu işdə müəyyən qaranlıq məqamların olduğu üzə çıxır. Belə ki, bankla və onun ətrafında cərəyan edən proseslərlə əlaqədar aparılmış araşdırmalar nəticəsində məlum olur ki, «Texnikabank» rəhbərliyi ayrı-ayrı vaxtlarda böyük maliyyə maxinasıyalarına, hətta çirkli pulların yuyulmasına belə, şərait yaradıb. İndiyədək bankın rəsmiləri müxtəlif yollarla onları gözləyən fəlakətdən yaxa qurtara bilsələr də, bu dəfə «Texnikabank» Müşahidə Şurasının sədri Etibar Əliyev elə bir vəziyyətlə üz-üzə qalıb ki, çətin kimsə ona yardımçı ola bilsin.

Əksinə, indi ortaya «Texnikabank»ın fırıldaqlar silsiləsindən yeni məqamlar məqamlar ortaya çıxır. Məsələn, ötən ilin iyun ayında bank maliyyə xidmətlərinə «Forex» adlı yeni xidmət əlavə etdi. O zaman bank rəsmiləri daha çox imkanlı şəxslərin cəlb olunması və bu yolla milyonlarla gəlir əldə etməkdən ötrü «Forex» haqda yalnız öz maraqlarına cavab verən məlumatları ictimaiyyətlə bölüşürdü. Bir sözlə, «Texnikabank» rəhbərliyi təcrübəsiz, lakin böyük kapitala sahib olanlarla real razılaşma əldə etmək üçün ancaq sözügedən xidmətin üstünlüklərini təqdim ediblər. Odur ki, yalnız sonda, yəni təhlükəli məqam yetişdikdə qarşı tərəf anlayır ki, bu xidmətdən istifadə də yalnız bir tərəf risk edir - müştəri. Bank isə istənilən halda öz xeyrini götürür.

«Texnikabank»ın «Forex» əməliyyatı ilə bağlı əldə etdiyimiz məlumatlar bununla bitmir. Məsələ ilə bağlı DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, bu işdə bankın Müşahidə Şurasının sədri Etibar Əliyevin bir neçə şəriki olub. Və onlar vətəndaşları aldatmaq yolu ilə külli miqdarda gəlir əldə ediblər. Əvvəllər «Hyatt regency» otelində fəaliyyət göstərən «Forex» şirkətində iş adamlarına faizlə pul verirdilər. Və guya birjalarda pul qazanırlar. Mənbənin sözlərinə görə, əlində kapitalı olan vətəndaşların «Forex»ə cəlb olunması işinə Etibar Əliyev şəxsən rəhbərlik edib: «Belə ki, o, bildirib ki, bizim də orada külli miqdarda pulumuz var. Odur ki, narahat olmağa dəyməz. Bura çox güvənlidir».

Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, bir qrup əmanətçi Etibar Əliyevin həbsindən sonra bankdakı pullarını geri tələb etsələr də, onların vəsaitlərini verən yoxdur: «Əmanətçilər illərlə yığdığı vəsaiti «Texnikabank»a əmanət qoyaraq, bu pullar hesabına vəd olunan faizi almaqla dolanmaq niyyətində olublar. Lakin indi Etibar Əliyev həbs olunduqdan sonra əksəriyyət pullarının batacağı qorxusuna düşərək vəsaitlərini geri qaytarmaq istəyirlər. Lakin bank rəhbərliyi əmanətçilərin vəsaitlərini geri qaytarmaqda maraqlı görünmədiyindən, vətəndaşlar çıxılmaz vəziyyətdə qalıblar.

Əldə etdiyimiz məlumatlarda Etibar Əliyevin varidatına da aydınlıq gətirilib. Belə ki, bu barədə məlumat verən mənbə qeyd edir ki, onun Şimali Kipr Türk Cümhuriyyətində 20 milyon dəyəri olan və birinci mərtəbəsində kazino yerləşən nəhəng oteli, Türkiyədə Boğazda dəniz mənzərəli iqamətgahı, Antalyada, Bodrumda villaları var: «Həmçinin onun İstanbulda «Opera» oteli, Novxanıda «Olimpik» oteli, şəhər bağlarının yanında 11 mərtəbəli otel, «Texnikabank»a bitişik içərisində bahalı mebeller satılan «Armani» mebel salonu, Teymur Əliyev küçəsində 4 ulduzlu «Sinray» oteli, Həsən Əliyev küçəsində «Kral» şadlıq sarayı ilə üzbəüz 6 mərtəbəli ofis binası var. Deyilənlərə görə, Etibar Əliyev həmin binanın hər mərtəbəsini 5 min manata icarəyə verib. Etibar Əliyevin sərvəti bunlarla bitmir. Onun Babək propektində 22 mərtəbəli binası, Həsən Əliyev küçəsində «Kəpəz» mebel salonu ilə yanbayan ofis binaları, Dövlət Statistika Komitəsinin yaxınlığında «Texnikabank»ın keçmiş binasının yerində restoranı, Ukrayna dairəsində «Əhmədli» metrostansiyasının üstündə 4 min kvadratmetrlik ticarət mərkəzi, Xətai rayonunda 16 ədəd 19 mərtəbəli binası var.»

Məsələ ilə bağlı əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, Etibar Əliyevin həbs edilməsinə səbəb «Texnikabank»ın Bakı filialının həbsdə olan rəhbəri Zal Yusifovun danışması olub. Belə ki, Zal Yusifov ifadəsində müştərilərin milyonlarla vəsaitinin mənimsənilməsində Müşahidə Şurasının sədrini ittiham edib. Mənbənin sözlərinə görə, Zal Yusifov qeyd edib ki, «Texnikabank»da əmanət yerləşdirən əmanətçilərlə heç bir əlbirliyi olmayıb: «Onun sözlərinə görə, bu pulların yığılması barədə biznes yaratmaq fikri olmayıb və müştərilərin banka qoyduqları pul qanuni sənədləşdirilib. Bu aiddir 2004-cü ildən 2007-ci ilin sonuna qədər qoyulmuş pullara. Zal Yusifov həmin pulların ümumi məbləğinin təxminən, 7 milyona qədərini bankın Müşahidə Şurasının sədri Etibar Əliyevə ayrı-ayrı zamanlarda verib. Zal Yusifovun bildirdiyinə görə, əgər həmin sənədlər kredit qovluğunda yoxdursa, onda necə olur ki, hər il beynəlxalq auditor tərəfindən aparılmış yoxlamalarda öz əksini tapıb. Eyni zamanda, banka daxil olan pullar qeydiyyat jurnalında da qeyd olunub. Qanuna əsasən 5 min manatdan yuxarı məbləğdə verilən kreditlər baş bankın razılığı əsasında verilib. Başqa cür mümkün deyil. Həmin pulları Müşahidə Şurasının sədri Etibar Əliyev Zal Yusifovdan alan vaxtı bildirib ki, o, Türkiyədə otel və binalar tikdirir, bu pulları da ora yönəldir. Etibar Əliyev 2-3 il ərzində bu pulları geri qaytaracaqdı və kreditlər bağlanacaqdı. Ona görə də həmin kreditlərin faizlərinin əhaliyə ödənilməsi üçün banka yeni əmanətçilər cəlb olunub».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru