GƏNCƏ MÜXALİFƏTİ DƏ MİTİNQ QƏRARI VERDİ
Tarix: 8-04-2012, 14:16 |
Çap et
İCTİMAİ PALATANIN ETİRAZ AKSİYALARINA ƏYALƏTDƏN DƏSTƏK GƏLDİ
DİA.AZ: - Artıq müxalifət bir hərəkətlənmə mərhələsinə qədəm qoyub. 17 Mart tarixində gənclərin keçirdiyi asiyanın uğuru bu kimi tədbirlərin davamlılığını zəruri edib. Elə buna görə də, müxalifət bu gün meydanlardadır.
Əldə etdiyimiz məlumatlardan aydın olur ki, İctimai Palatanın aksiyasının ardından ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə də etiraz dalğaları baş qaldıra bilər. Bu barədə danışan mənbəmizin Gəncədən DİA.AZ-a ötürdüyü xəbərə görə, yerli müxalifət təşkilatları bu gün mitinqin keçirilməsi məsələsini müzakirə ediblər.
Mənbəmizin məlumatı: «AXCP-nin və Müsavatın yerli təşkilatları artıq qərar veriblər. KXCP və Ümid partiyalarının Gəncə təşkilatları da ərarı dəstəkləyirlər və yaxın günlərdə mitinqlə bağlı təşkilat komitəsinin yaradılması, mitinqlə bağlı qərarların verilməsi də gözlənilir».