Gözdən Əlillər Cəmiyyətində görə bilmədiyimiz problemlər... - ŞİKAYƏT VAR
Tarix: 3-03-2016, 08:57 | Çap et
Fevralın 18-də Qafqaznews.az saytında “Gözdən Əlillər Cəmiyyətində 4 milyonluq yeyinti, fırıldaqla ev alqı-satqısı, çirkin maxinasiyalar… – ŞİKAYƏT + ETİRAF” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə bildirilirdi: “Bu günlərdə Bakı şəhəri Nəsimi rayon sakini Babək Əlləz oğlu Mustafayev Qafqaz Xəbər Agentliyinə müraciət edərək, fırıldaqçılar tərəfindən aldadıldığını və ailəsi ilə birlikdə mənzilsiz qaldığını bildirib. B.Mustafayev öz müraciətində yazıb ki, o zaman Gözdən Əlillər Cəmiyyətində sədr müavini çalışan Bəybala İbadullayev onlara “Qurtuluş-93” yaşayış massivi ilə üzbəüz olan ikimərtəbəli evlərdən birini 65 min dollara təklif edib: “Biz mənzilimizi satacağımızı bildirdikdə, Bəybala bizə evləri dəyişməyi, qalan 12 min dollar məbləği isə hissə-hissə ödəməyimizi təklif etdi. Əlil olmasına, həm də tez-tez Allahdan danışmasına görə, atam ona inandı, dedi ki, Allah adamıdır, bizi aldatmaz”. Vətəndaş öz şikayətində bildirmişdi ki, B.İbadullayev onların etibarından sui-istifadə edərək, mənzillərini başqasının adına keçirtdirib, lakin vəd etdiyi evin sənədlərini düzəldib Mustafayevlər ailəsinə verməyib: “Biz 2 ay sonra evdən çıxmalı olduq və 4 ilə yaxın müddətdə kirayədə qaldıq. Bəybalanın dediyi evə getdikdə isə gördük12735655_178344995872235_930019288_n ki, o evi də kiməsə borcu qarşılığında verib və artıq həmin evdə məskunlaşanlar var. Bəybala İbadullayev bu 4 ildə bizə cəmi 26 min dollar pul verib, 27 min dolları isə ondan hələ ala bilməmişik. Bu müddətdə həm evlər xeyli bahalaşıb, həm də biz aylarla, illərlə kirayə pulu vermişik”.
Daha sonra B.İbadullayevlə əlaqə saxladıq, o, hazırda Gözdən Əlillər Cəmiyyətində işləmədiyini, “Braille Teknik Azərbaycan” MMC-nin rəhbəri olduğunu qeyd etdi. “Babək və Əlləz Mustafayevləri tanıyırsınız?” – deyə soruşduq. “Bəli, tanıyıram… Əlləz müəllim gözəl insandır”. “Amma sizin gözəl insan dediyiniz adamlar sizi fırıldaqda ittiham edir. Dediklərinə görə, siz onları aldatmısınız və neçə ildir 27 min dollar borcu ödəmirsiniz”, – deyə qeyd etdik. “Məsələ tam o cür deyil. Mənim o adamlarla heç bir alqı-satqı işim olmayıb. Həmin söhbətdən xəbərim var, onların problemi tezliklə həllini tapacaq”, – deyə B.İbadullayev bildirdi”.
Həmin yazının dərcindən sonra B.İbadullayevlə yenə telefon söhbətimiz oldu. O, 2011-ci ildə Gözdən Əlillər Cəmiyyətindən öz istəyi ilə uzaqlaşdığını bildirdi: “Orda haqsızlıqlarla üzləşmişdim”. Birbaşa olaraq, haqsızlığın kim tərəfindən edildiyini deməsə də, B.İbadullayevdən tutulması zamanı cəmiyyət sədri S.Abdullayevin hansı addım atdığını soruşanda müsahibimiz cavab verdi: “Mən özüm getdim qabaqda. “Parovoz” deyiləm ki, başqalarını da dalımca aparım”. “Bəs Səmyar Abdullayev?” deyə sualımızı təkrarladıq. “Səmyar müəllim elə adamdır ki, özünü riskə salmaq istəmir, bu proseslərdən kənarda qaldı”, – deyə B.İbadullayev bildirdi.
S.Abdullayev bizim redaksiyamıza zəng edərək (həmçinin, elektron poçtumuza Gözdən Əlillər Cəmiyyəti adından təkzib məktubu göndərib – red.), B.İbadullayevin borc məsələsində iştirak etmədiyini və bu məsələdə məsuliyyət daşımadığını deyib. Onun sözlərinə görə, Babək və Əlləz Mustafayev cəmiyyət rəhbərliyinə müraciət edərək bu barədə bildiriblər: “Əlləz kişi mənim yanıma gələrək, ona bu məsələdə kömək etməyimi istədi. Mən dedim ki, bu işə qarışa bilmərəm, bu sizin öz aranızda olan məsələdir. Amma B.İbadullayevə dəfələrlə xəbərdarlıq etmişəm ki, kasıb adamlardır, onların pulunu qaytarsın”. O, B.İbadullayev tutularkən heç kimə “dil-ağız” etmədiyini, nə də istintaq və məhkəmə prosesində tərəf kimi iştirak etmədiyini deyib: “Mən heç kimə deməmişəm ki, şikayətinizi geri götürün, ya da ona görə heç bir instansiyaya müraciət etməmişəm.
O, öz şəxsi əməllərinə görə tutulub. Savadlı oğlandır, amma belə şeylərə baş qoşub, özünü pis etdi. O ki, qaldı mənim belə işlərdən kənar qalmağıma… Bəybala düz deyir, mən həmişə belə işlərdən kənarda qalmışam”. Bu məsələ öz həllini hələ tapmasa da, biz Qafqaz Xəbər Agentliyi olaraq, mövzunu diqqətdə saxladıq. Bu günlərdə Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Kifayət Mürsəliyeva və bir qrup üzvü mətbuat konfransı keçirərək təşkilatın sədri Səmyar Abdullayevin özbaşınalıqları barədə danışıblar.
“Gözdən Əlillər Cəmiyyəti 1931-ci ildən fəaliyyət göstərir. Dövlət orqanlarının köməyi və qayğısı nəticəsində 1951-ci ildən isə öz nizamnaməsi əsasında maddi-texniki bazasını yaradıb. Sonda Bakı şəhəri üzrə 5 kombinatı, 2 mədəniyyət evi, 1 səsyazma studiyası, (burada gözdən əlillər üçün kitablar yazılırdı) musiqi birliyi, mətbəə və eyni zamanda 11 rayon üzrə şöbələr fəaliyyət göstərirdi. Lakin SSRİ dağıldıqdan sonra bazarda cəmiyyətin istehsal etdiyi mallara tələbat olmadığından istehsal dayandırıldı. Beləliklə, təşkilat iflic vəziyyətə düşdü. 2002-ci ildə rəhbərlik dəyişdi və bununla cəmiyyətin qara günləri başladı. Cəmiyyətin sədri Səmyar Abdullayevin ilk satdığı yer mənim icarəyə verib 15 nəfər gözdən əlilin maaş aldığı Şıxəli Qurbanov 25 ünvanında yerləşən mədəniyyət evi oldu. Nizamnaməyə əsasən cəmiyyətin balansında olan yerlər nə satıla, nə də bağışlana bilər.
Belə yerlərdən biri olan, C.Hacıbəyli 40 ünvanında yerləşən mətbəənin yerində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə gözdən əlillər üçün yaşayış binası tikilməli idi. Əvəzində həmin ünvanda iki 18 mərtəbəli bina ucaldıldı. Amma bizə heç bir mənzil verilmədi”. Kifayət Mürsəliyevə bildirib ki. Səmyar Abdullayevin özbaşınalıqları barədə 2010-cu ildən 2012-ci ilin may ayına qədər müxtəlif dövlət orqanlarına müraciət etsə də, heç bir nəticə hasil olmayıb.
Biz növbəti dəfə Səmyar Abdullayevlə danışaq istəsək də, dünəndən bəri onun telefonuna zəng çatmır. AzGƏC-in ofis nömrəsində də heç kim zənglərə cavab vermir. Qeyd edək ki, bir neçə gün bundan əvvəl müğənni Ədalət Şükürovdan kömək istəyən gözdən əlilin problem ilə də bağlı Səmyar Abdullayevdən münasibət almaq istəmişdik, o zaman da bütün cəhdlərimiz nəticəsiz qalmışdı. Görünür ki, Səmyar Abdullayev ancaq özünə lazım olan vaxtlarda mətbuatla danışır, qalan vaxtlarda isə onu narahat etmək olmaz. Həmçinin burdan bir sual yaranır: “Doğrudanmı, bu “tüstü” əslində “od olmayan” yerdən çıxır?
Doğrudanmı, Gözdən Əlillər Cəmiyyətində heç bir “yeyinti” yoxdur və cəmiyyətin möhtərəm prezidenti Səmyar Abdullayevə böhtan atırlar? Bəlkə… İttihamlar əsassız deyil? Bəlkə, doğrudan da ortada milyonlardan söz gedə bilər? Ötən yazımıza görə bizi məhkəmə ilə hədələyən insanlara isə növbəti yazılarımız üçün həmsöhbət olmağı, bütün qaranlıq məqamlara birgə aydınlıq gətirməyi təklif edirik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
|