Bakıda şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəb niyə ləğv olundu? - Nazirin nəzərinə...
Tarix: 4-03-2016, 09:02 | Çap et
DİA.AZ: - Şəhidlik ən uca zirvədir. Bu zirvəyə çatmaq hər adama nəsib olmur. Çünki şəhidlər Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verirlər. Ona görə də həyat durduqca şəhidlərimiz də yaşayır, onların adları əbədiləşdirilir. Bu gün istər Bakıda, istərsə də regionlarda məktəblər, uşaq bağçaları, səhiyyə təşkilatları, küçələr və mədəniyyət obyektləri Vətən yolunda canından keçmiş şəhidlərimizin adını daşıyır. Bakının Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb də Qarabağ döyüşlərində şəhid olmuş, bacarıqlı kəşfiyyatçı kimi ad qazanmış, Prezident İlham Əliyevin 2015-cil 8 mart tarixli sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş Rzayev Faiq Hüseynağa oğlunun adını daşııyırdı... Bəs nə oldu? Faiq Rzayev 150 nömrəli tam orta məktəbdə təhsil alıb. O, hərbi xidmətini cəbhə bölgəsində, müharibənin ən qaynar nöqtələrində keçirib. Cəbrayıl rayonu işğal olunan zaman həmin rayonun ərazisində kəşfiyyatda olan Faiq Rzayev döyüşçü dostları ilə birlikdə düşmənin mühasirəsinə düşür. Lakin təslim olmurlar. Son damla qanlarına qədər ermənilərlə vuruşur və düşmənin əsas qüvvələrini məhv edirlər. Sonda Faiq və bir neçə döyüşçü dostu qəhramancasına həlak olurlar. Hazırda onun məzarı İkinci Şəhidlər xiyabanındadır. 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə şəhid Faiq Rzayevin adı əbədiləşdirildi və şəhidin məzunu olduğu 150 nömrəli məktəb onun adına verildi. Lakin... düz 20 il sonra 150 nömrəli tam orta məktəb ləğv edildi. Səbəbi isə çox gülməli və ikrah doğuran, insanlarda nifrət yaradan bir bəhanə: guya bu məktəbdə müəllimlərin sayı çox, şagirdlərin sayı isə azdır. İndi Təhsil Nazirliyindən və Bakı Təhsil İdarəsindən soruşmaq istərdik: Bu qədər müəllimin əmrini həmin məktəbə kim verib? Bəlkə Kənd Təsərrüfatı Nazirliyi, yoxsa Baytarlıq İdarəsi, bəlkə Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Deyəsən, Melorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti. Yox! Yox! Bir məktəbə ehtiyac olmadığı halda, bu qədər müəllimin yerləşdirilməsində Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi məsuliyyət daşıyır. Kimlərinsə cibinə müftə pullar axıb, kimlərsə varlanıb və kimlərsə ŞƏHİD adına hörmətsizlik, saymamazlıq və mən deyərdim ki, xalqa, millətə, müstəqilliyimizə xəyanət edərək, öz maddi maraqlarını hər şeydən üstün tutub. Nəticəsi hamıya məlumdur: ŞƏHİDİN adına olan məktəb ləğv olunub və əvəzində Səbail rayonunda yerləşən 6 saylı liseyin filialı Yasamal rayonunda yaradılıb. Şəhidin anası Rüxsarə Məmmədovanın döymdədiyi qapı qalmayıb. Özü də bir əlində ümummilli lider Heydər Əliyevin şəhidin adının əbədiləşdirilməsi haqında fərman, bir əlində isə Prezident İlham Əliyevin şəhidə “İgidliyə görə” medalının verilməsi barədə sərəncam. Bu işə məsul olan dövlət məmurları sanki bunların heç birini görmür və öz bildiklərini edirlər. Bunun bir adı var: MİLLƏTƏ, XALQA xəyanət! Hərbi vətənpərvərlik tərbiyəsini gözdən salmaq! Yaxın vaxtlarda şəhid anasına deyiblər ki, Təhsil Nazirliyi 150 nömrəli tam məktəbin şəhid adını daşımasından xəbərsiz olub. Şəhidin anası müxtəlif inistasiyalara şikayət edəndən sonra Təhsil Nazirliyinin əməkdaşları sanki yuxudan oyanıb və ondan sonra biliblər ki, bu məktəb şəhidin adına imiş. Təhsil Nazirliyinin məslədən “vaxtında” xəbər tutması yadıma bir hadisəni saldı. Cavan bir oğlanı evləndirirlər. 3 aydan sonra həmin oğlan arvadını boşayır. Ondan soruşurlar ki, niyə arvadı boşadın. Oğlan da deyir ki, 3 aydan sonra mənə dedilər ki, bu qız deyilmiş. İndi gördünüzmü təhsilimizin taleyi kimlərin əlindədir? Hazırda şəhid Faiq Rzayevin büstü Təhsil Nazirliyinin qərarı ilə ləğv olunmuş 150 nömrəli tam orta məktəbin binası qarşısındadır. Şəhidin anası da bildirir ki, bu, mənə qarşı, şəhidə qarşı təhqirdir. Ləğv olunmuş məktəbin binası qarşısında şəhidin büstünün qalması formal bir şeydir. Təhsil Nazirliyinin Xaqani adlı işçisi şəhidin anasına kinayə ilə deyib ki, niyə narahat olursan, heykəli burdan götürüb başqa bir yekə binanın qabağına qoyarlar. Buyurun, bu da Təhsil Nazirliyinin əməkdaşının səviyyəsi, dünyagörüşü və ŞƏHİDƏ verdiyi qiymət?! Bu adam hələ dərk edə bilmir ki, Şəhidlik ən uca zirvədir. Bu zirvəyə çatmaq hər adama nəsib olmur. Çünki şəhidlər Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verirlər. Ölkəmizin müharıbə şəraitində olduğu bir vaxtda hansısa dövlət məmurunun öz maddi maraqları naminə Qarabağ döyüşlərində şəhid olmuş, Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbi ləğv etməsi gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsinə çox pis təsir edəcək. Axı, Faiq Rzayev canını Vətənimizin müdafiəsi, müstəqilliyimizin əbədiliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda qurban verib. Şəhidə qarşı belə hörmətsizlik edənlər xalq düşmənlərindən, Vətənə xəyanət edənlərdən də qorxuncdur. Rüstəm Rüstəmzadə -DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
|