Şəki zəhmətkeşləri 1 may əhval-ruhiyyəsində - İcra başçısı "Çemodannoe nastroyeniyə"də...
Tarix: 8-03-2016, 11:13 | Çap et
Yaxın keçmişdə dünyanın ən böyük ipəkçilik və toxuculuq sənayesi mərkəzlərindən biri olmuş Şəki şəhərinin əhalisi indi dolanışığın ağırlığından, işsizlikdən əziyyət çəkir. Demək olar ki bütün sənaye müəssisələrinin fəaliyyəti dayanıb. Və bu müəssisələrin nə vaxtsa işləyəcəyinə də artıq ümid yeri yoxdur. Bütün şəhər yalnız büdcə hesabına dolanır. Yanvarın sonunda büdcə təşkilatlarında müvəqqəti iş yerləri açıldı. Məsələn, süpürgəçi və s. Lakin bircə dənə sənaye müəssisəsinin fəaliyyəti bərpa edilmədi. İşsizliyi aradan qaldırmaq, iqtisadiyyatı dirçəltmək, əhalinin rifahını az da olsa yaxşılaşdırmaq istiqamətində hökumətin heç bir iş görmədiyini görən adamlar, indi yalnız bir şey düşünürlər: açıq etiraz! Bu aksiyanın isə 1 may – Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik günü baş tutacağı gözlənilir... Bu arada Şəkinin İH başçısı Elxan Usubovun vəzifəsinin böyüdüləcəyi barədə şayiələr yayılıb. Onun nazir postuna yüksələcəyini deyənlər də var, daha böyük rayona icra başçısı gedəcəyini, məsələn, konkret olaraq Binəqədi rayonuna gedəcəyini iddia edənlər də. Guya, fərman da artıq hazırdır... Biz isə Elxan Usubovun Şəkidəki yarıtmaz fəaliyyətinə görə Şəki İH başçısı vəzifəsindən birbaşa təqaüdə göndəriləcəyini düşünürük. Elxan Usubov Şəkidən əvvəl kiçik bir rayonun – Ağstafanın, İH başçısı olmuşdur. Həmin rayonda xariqələr yaratdığını yox, yalnız ondan çoxlu narazılıqlar eşitmişdik. Şəki İH başçısı olduqda isə onun sadə iş metodunun incəliklərini başa düşdük və fəaliyyətini belə qiymətləndiririk: Şəkidə Elxan Usubov kimi ziyankar və qəddar İH başçısı olmayıb! Orta əsrlərdə filan vilayəti hansı vali idarə edir? – deməzdilər, deyərdilər filan vilayəti kim yeyir? İndi də deyəsən, belə deyə bilərik. Elxan Usubov Şəki İH başçısı olduqdan sonra ayda cəmi bircə dəfə Şəkidə olur. Şəkidə olmadığı müddətdə onun vəzifəsini Ağstafadan gətirdiyi "kassir"i Nizami İsmayılov icra edir. Məlumat üçün əlavə edək ki, bu şəxs kriminal aləmin nümayəndəsidir – 5 il həbsdə yatıb. Elxan Usubov Şəkiyə İH başçısı təyin olunan kimi 4 sənaye müəssisəsini sökülməsinə qərar verdi: guya ki həmin müəssisələrin yeri İH binasının tikilməsi üçün ən münasib yer imiş?! Daha sonra ipəkçilik və toxuculuq sənayesini məhvinə nail oldu. Kərpic zavodu dayandı, şərab zavodu işləmədi, ət kombinatının, konserv zavodunun qapıları açılmadı. Sənayenin ağır vəziyyəti Elxan Usubovu əsla maraqlandırmır, ona elə gəlir ki, istismara tam yararlı olan bu müəssisələrin dayanmasına görə o, cavabdeh deyil?! İH başçısının vəzifəsi ayda bir dəfə gəlib, 937 manat maaşını və "dolya"sını alıb getməkdir, vəssalam. Elxan Usubov Şəkiyə İH başçısı təyin olunuqdan sonra yaşıllıqlara qənim kəsildi. Şəhərin tarixi görünüşünə dəhşətli dərəcədə zərbə vurdu. Fizuli adına və Axundov adına parkları Mədəniyyət şöbəsinin balansından çıxardaraq, kommunal təsərrüfat idarəsinin balansına verdi. Axundov prospekti boyu bütün ağacları kəsdirdi, Pyotr Babayev adına parkı yerlə yeksan etdirdi, tarixi abidələrin qarşısında müasir üslublu tikililər tikdirdi!
Aşağdakı şəkildə ortadkı bina ötən il tikilib. Fasad qaya daşından üzlüklə işlənib. Bu Şəkinin tarixi memarlıq üslubuna ziddir.
Bildiyiniz kimi dünyanın hər yerində avtomobil yollarının işıqlandırılması üçün projektor tipli fanarlardan istifadə olunur. Yəni işıq yuxarıdan avtomobil yoluna istiqamətləndirilir. Elxan Usubov isə avtomobil yollarının işıqlandırılması üçün dünyada ilk dəfə olaraq projektor əvəzinə parklar üçün nəzərdə tutulmuş şariklərdən istifadəyə qərar verdi. Nəticədə avtomobil yollarının kənarındakı fanarların işığı yola istiqamətlənmir, sürücülərin gözünə düşür. Yollardan söz düşmüşkən, Şəkidə bütün yolların asfaltı yanaq-yamaqdır... Elxan Usubov ona qarşı azacıq müxalifətdə olanları ən qəddar metodlarla məhv etməkdən çəkinmir. Məsələn, Bayram Mahmudov adlı bir qocaman kimsəsiz ziyalı, vardı, hərdən tənqidi yazılar yazırdı. Bir gün infarkt keçirir, lakin şəhər xəstəxanası onu evə yazır və gecə evdə dünyasını dəyişir. O cümlədən, Elxan Usubov "İpəkçi" qəzetinin fəliyyətinin dayandırılması üçün də göstərişlər vermişdir... İndi isə keçək Elxan Usubovun Şəkidəki villalarına. Bizdə olan məlumata görə Elxan Usubovun Şəkidəki bütün obyektləri İH-nin hüquq şöbəsinin müdiri Əhmədiyyə Bəşirovun həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Elxan Usubovun olması iddia edilən dəbdəbəli villaların sayının 5-dən çoxdur. Biz onlardan yalnız 2-nin şəklini çəkdik. Birincisi bir neçə hektar ərazini tutur...
Bu isə Şəki İH binasının qabağı. Çayın içinə diqqət yetirin, neçə illərdir ki, su bəndi deşərək altından axır və divarların binövrəsini yuyur. Aydın Məmmədov\\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
|