"Azərsu"ya ayrılan milyonların kirli tarixçəsi - Yeyinti ittihamı...
Tarix: 16-03-2016, 09:52 | Çap et
Ölkənin korrupsiya bataqlığına çevrilmiş əsas ocaqlarından biri də “Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. Bu qurumun barəsində az qala elə bir gün yoxdur ki, mətbuatda şikayətlər, vətəndaş müraciətləri çap olunmasın. Bu mövzu ilə bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlar əsasında apardığımız araşdırmanı diqqətinizə çatdırırıq.
2 milyard hara sovruldu?
Bildirək ki, Q.Hüseynov haqda ittihamlar, yayımlanan sənədlər, faktlar və onun yaxın çevrəsinin korrupsiya piramidasında iştirakını təsdiqləyən detalların üzə çıxmasına baxmayaraq, ASC sədri reallıqlara münasibət bildirməkdən yayınır. Apardığımız araşdırmalar nəticəsində adıçəkilən məmurla bağlı yeni məlumatlar əldə etmişik. Belə ki, cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, son dörd ildə Azərbaycanın su təsərrüfatı və kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması işlərinə dövlət büdcəsindən və hökumət zəmanətilə alınan kreditlər hesabına təqribən 2 milyard dollar həcmində vəsait yatırılıb. Oğuz-Qəbələ-Bakı su kəməri bura aid deyil. O cümlədən 2011-ci ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə beynəlxalq kredit layihələri üzrə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi üçün 20,22 mln, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası üçün 87 mln, Bakının 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün 181,112 mln, 2011-ci ilin büdcəsində “Azərsu” ASC-yə əsaslı vəsait qoyuluşları üzrə isə 73,550 mln. manat vəsait ayrılıb. Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KFV bankı və digər maliyyə qurumlarından isə yenidənqurma işlərinə 35 mln. dollara yaxın (27,65 mln. manat) kredit cəlb olunub. Dövlət Neft Fondundan Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihəsinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq ayrılan 32,6 mln. manatı da nəzərə alsaq, beləliklə, 2011-ci il üzrə “Azərsu” ASC-nin sərəncamında 422,132 mln. manat vəsait olub. Yəni yarım milyard manat. 2012-ci ilin dövlət büdcəsindən ASC-yə 582 milyon manat vəsait ayrılıb. Nəticə isə göz qabağındadır. Paytaxtın bəzi mərkəzi əraziləri istisna olmaqla əksər qəsəbələrə su fasilələrlə verilir. Bakının elə kəndləri var ki, (məsələn Zığ kimi) əhali suyu maşınla alır. Şəhərin mərkəzində belə problemlər mövcuddursa, görün bölgələrdə durum nə yerdədir. Qorxmaz Hüseynov, buna inkişaf demək olar?
Miriyevlər pulları daşıyır
Qurumun podratçı şirkətlərindənbiri, ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu yağlı tenderlərin qənimi “Hidro İnşaat Servis” MMC rəhbəri Yavər Miriyev barəsində müdhiş faktlar açıqlanıb. Dövlətin su və kanalizasiya layihələrinə ayırdığı yüz milyonlarla manat vəsaitlərin xərclənməsində mənimsənilən pullarla böyük sərvət sahibi olan Yavər, Şakir və Rəşid Miriyevlər əllərindəki vəsaitləri xaricə çıxarmağa başlayıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Yavər Miriyev qardaşı ilə Türkiyəyə səfər edib. Həmin səfər ərəfəsində Yavər Miriyev İstanbul şəhərində özlərinə villa alamq üçün əmlak agentliyinə müraciət edib. Miriyevlər onlara təklif olunan əmlakların içərisində yan-yana üç villanı bəyəniblər. Miriyev qardaşları İstanbulda villa almaq üçün ümumi 750 min dollar xərc çəkib. Ən bahalı villa isə 350 min dollara Yavər Miriyevin payına düşüb. Miriyevlər qardaşlarının Bakı şəhəri “Vişnyovka”da yerləşən və böyük bir sahəni əhatə edən üç villası da var. Həmin vilaların qiyməti milyon dollarla ölçülür. Bundan başqa Yavərə Miriyevə məxsus Albalıq bağlarında şah sarayına oxşayan villa 10 milyon manat dəyərində qiymətləndirilir. Yavər Miriyev təkcə villasının pilləkəninə 150 min dollar xərc çəkib.
Şişirdilmiş smetalar və…
Son 8 ildə ölkənin regionlarında Asiya İnkişaf Bankının, Dünya Bankının və Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilən su və kanalizasiya layihələri xeyli sayda rayonu əhatə etməkdədir. Həyata keçirilən bu lahiyələrdə Azərbaycan, Almaniya və Türkiyə şirkətləri iştirak edirlər. “Azərsu” ASC nin nəzarəti altında həyata kecirilən bu layihələrdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı mətbuatda müxtəlif səpkili məlumatlar gedib. Həmin məlumatlarda su və kanalzasiya layihələri üçün ayrılan vəsaitlərin böyük bir hissəsində görülmüş işlərin qiymətlərinin bir neçə dəfə şişirdilməsi və ayrılan vəsaitin böyük bir hissəsinin mənimsənilməsi ilə bağlı ilginc faktlar yer alıb. Məlumata görə, “Azərsu” ASC görülən işlərdə korrupsiya faktlarını inkar etsə də, əslində, ölkədəki hüquq-mühafizə orqanları və yüksək instansiyalar ASC-nin müqavilə bağladığı şirkətlərin su və kanalzasiya lahiyələrində korrupsiya fakltarının olduğunu yaxşı bilirlər. Qorxmaz Hüseynov nə qədər inkar etsə də, fakt ondan ibarətdir ki, “Azərsu” ASC-nin podratçı şirkətləri sədrin ən yaxın adamlarına məxsusdur və şirkətlər vasitəsi ilə dövlətin yüz milyonlarla manat vəsaitləri mənimsənilib.
“Hidro-İnşaat Servis” MMC oyunları
ASC sədri vəzifə səlaiyyətərindən istifadə edərək qohumlarının yaxın adamlarının adına müxtəlif şirkətlər açaraq həmin şirkətlərin bir çox rayonlarda həyata keçirilən su və kanalzasiya lahiyyələrində iştirakını təmin edərək böyük korrupsiya maxinasiyalarına yol açıb. Bu şirkətlərdən biri də «Hidro-İnşaat Servis» MMC-dir. Şirkət 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC 2011-ci il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra «Azərsu»nun layihələrinə cəlb olunub. «Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus» MMC-dir. «Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra – 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. «Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz «Hidro-Lotus» MMC-yə tapşırılıb. Qeyd edək ki, bu fakt Qorxmaz Hüseynovun kiçik korrupsiya faktlarından biridir.
Qohumbazlıq və qayının firmasında yeyinti
Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu bir neçə qanunla tənzimlənir. Ancaq ASC sədri ölkənin heç bir qanunlarını tapdalayaraq özünün bildiyi kimi hərəkət edib. Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılova məxsus “Hidro İnşaat Servis” MMC ilə bağlı cumhuriyyet.az-a bilgi verən mənbə qeyd edir ki, adıçəkilən şirkətə ASC sədrinin tapşırığı ilə onun ən yaxın adamı Yavər Miriyev rəhbərlik edir. Bu həmin Yavər Miriyevdir ki, şirkətin Bakı şəhərində həyata keçirdiyi böyük bir layihədə işçilərin əmək haqqısının yarı hissəsini kəsərək gündəmə gəlib. Həmin vaxt Yavər Miriyev əmək haqlarının 2 ayının kəsilməsini başının dərdə olması ilə izah edərək buna görə hüquq-mühafizə orqanlarındakı yüksək rütbəli şəxslərə 300 min manat rüşvət verdiyini iddia edib. Mənbə bildirir ki, «Hidro-İnşaat Servis» MMC-nin iştirka etdiyi bütün layihələrdə həyata keçirilən işlərin qiymətləri ən azı 5 dəfə şişirdilib. Şişirdilən rəqəmlərdən isə Yavər Miriyevlə ASC sədri Qorxmaz Hüseynov və onun qaynı Namiq Cəbrayılov külli miqdarda qazanc əldə ediblər. Buna misal olaraq, bir neçə rayonda yaradılan böyük təsərrüfat sahələrdini və on hektarlarla istixanaları göstərmək olar. Məhz Yavər Miriyevlə Namiq Cəbrayılov adı çəkilən rayonda özlərinin şəxsi kənd təsərrüfatı sahələrinə milyonlarla manat vəsait xərcləyiblər.
20 milyonluq çirkli pul
Məlumatda vurğulanır ki, Yavər Miriyev hər zaman “Azərsu” ASC sədri Qorxmaz Hüseynov və qaynı Namiq Cəbrayılovla isti yaxın münasibətlərindən gen bol danışır. Şirkət rəhbəri bir neçə məclisdə Qorxma Hüseynova Quba rayonun Qəçrəş kəndində möhtəşəm villa tikdirdiyini, həmçinin Türkiyədə ASC sədrinə ev tikdirməsini dəfələrlə dilinə gətirib. Məlumatlı mənbə adıçəkilən şirkətin layihələrində istifadə olunan texnikaların əslində bir çoxunun Yavər Miriyevin qardaşı Şakir Miriyevə məxsus olduğunu və müqavilənin onunla bağlanaraq ay ərzində külli miqdarda vəsaiti mənimsədiklərini bildirib. Şirkətdə işçilərə və görülən işlərə nəzarəti isə digər qardaş Rəşid Miriyev həyata keçirib. İddia olunur ki, Miriyev qardaşlarının “Hidro İnşaat Servis” MMC -dəki maxinasiyalar vasitəsi qazandıqları çirkli pulun miqdarı ən azı 20 milyon manatdan çoxdur. Çünki hər üç qardaş həm Bakıda, həm də Hacıkənddə eyni stildə dəbdəbəli vilalar inşa ediblər. Görəsən, qiyməti milyon manatlarla dəyərində olan bu villaları Miriyev qardaşları necə əldə ediblər? Bundan başqa, paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qardaşlara məxsus bir neçə bina evi və bir sıra obyektlər var. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfi dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
|