Mikayıl Cabbarov bu işçisini cəzalandırır? - İTTİHAM VAR
Tarix: 4-04-2016, 09:31 | Çap et
Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev neçə gün öncə Təhsil Nazirliyinə çağırılıb. Bu barədə redaksiyamıza şöbə müdiri Malik Vəliyev özü məlumat verdi. Səbəbini deməsə də, hesab edirik ki, şöbə müdirinin Təhsil Nazirliyinə çağırılmasının səbəbi son günlər Laçının təhsili ilə bağlı sosial şəbəkələrdə yayılan şok şikayətlərdir. Həmin şikayətlərdə Laçın rayon təhsil şöbəsində baş verən korrupsiya və rüşvət faktları yer alıb.
Belə bir şikayət məktubu bu günlərdə «Təzadlar»ın da elektron poçtuna daxil olub. Şikayət məktubu redaksiyamıza Laçın rayonunun Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən göndərilib. Təhsil şöbəsinin müdiri M.Əliyevin korrupsiya əməllərində ittiham edildiyi şikayət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya ünvanlanıb. Konkret faktlar sadalanan müraciətinin dərcini xahiş edən şikayətçi ümid edir ki, məsələ araşdırılacaq və hüquqi qiymətini tapacaq. Müraciətdə deyilir: “Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Laçın rayon təhsil şöbəsinin müdri Malik Vəliyev yuxarı dövlət orqanlarında sözükeçən yaxın qohumu Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun imkanlarından sui-istifadə edərək, rəhbərlik etdiyi qurumu bazara çevirib. Korrupsiya və rüşvətxorluq pik nöqtəyə çatıb. Təhsil şöbəsinin müdiri Malik Vəliyev Laçın rayon Maliyyə Şöbəsi ilə əlbir olaraq məktəblərdəki texniki və psixoloq ştatlarını məktəb direktorları vasitəsilə satırlar. Onu da qeyd edim ki, rayonun ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin texniki işçilərinin əksəriyyəti başqa ərazilərdə yaşayır və onların əmək haqqı kartı M.Vəliyevin cibindədir. Məsələn, Bakı şəhərində yerləşən Laçın rayon 9 №-li tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri İsmayıllı rayonunda, xadiməsi isə Şəki rayonunda yaşayır, əmək haqqı kartı isə Malik Vəliyevdədir».
«Malik Vəliyev Laçın rayon təhsil şöbəsini bazara çevirib»
«M.Vəliyev fiziki qüsurlu uşaqlar üçün ayrılmış dərs saatlarını məktəb direktorları vasitəsilə onlara qohum olan müəllimlərin adına yazdıraraq pulunu özü mənimsəyir. Qanunda nəzərdə tutulmuş qaydada əlil uşaqlara dərs keçirilmir. Həmin əlil uşaqları özləri üçün gəlir mənbəyinə çeviriblər. Bu uşaqlar arasında sorğu keçirilərsə, uşaqların onlara dərs keçəsi müəllimləri tanımadıqları aşkar olunar. Hətta bir çox hallarda sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək, fərdi dərs saatları yazıb dövlət büdcəsini talan edirlər. Qeyd etdiyim kimi, Malik Vəliyev Laçın rayon təhsil şöbəsini bazara çevirib. Belə ki, o, latın əlifbasını bilməyən, məhdud hərbi xidmətə yararlı olan, hərbi xidmət keçmiş şəxslərdən külli miqdarda rüşət alaraq daxili əmrlə hərbi hazırlıq müəllimi təyin edir. M.Vəliyev vərəm, şəkərli diabet və hepatit C xəstəlikləri ilə pensiya alan müəllimlərə 36-48 saat dərs tədris etdirir, əvəzində, aylıq hesab alır. M.Vəliyev təhsil şöbəsindəki vakansiyaları Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyadan gizlədərək müsabiqəyə vermir, yüksək məbləğdə rüşvət alaraq satır. M.Vəliyev Laçın rayon idarə və müəssisə rəhbərlərindən rüşvət alaraq övladlarını təhsil şöbəsində vəzifəyə təyin edir. M.Vəliyevin verdiyi əmrlər (müəllimlərin yerdəyişməsi və işə qəbul musabiqəsindən keçməyən namizədlərin işə qəbulu) araşdırılsa, bütün qanunsuzluqlar, külli miqdarda rüşvətalma faktı aşkar olunar».
«Malik Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayonun yüzdən çox məktəbində monopoliya yaradıb»
«M.Vəliyevin əsas gəlir mənbələrindən biri də kağız üzərində mövcud olan məktəblərdir. Məsələn, Gəncə şəhərində və İsmayıllı rayonunda “saxladığı” doqquzillik məktəblər məhz bu qəbildən olan müəssisələrdəndir. Malik Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayonun yüzdən çox məktəbində monopoliya yaradıb. M.Vəliyev Laçın rayon təhsil şöbəsinə müdir təyin edildikdən sonra məktəbin müəlliməsinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə rayonun 45 №-li tam orta məktəbin direktorluğundan azad edilmiş bibisioğlu Füzuli İbadovu yenidən 13 №-li tam orta məktəbə direktor təyin edib. İstər ciddi qanun pozuntularına yol verən, istərsə də digər səbəblərdən məktəb direktorlarının tutduqları vəzifədən azad olunmaq məcburiyyəti yarandıqda M.Vəliyev şəxsi marağı xatirinə onların yerinə ya həyat yoldaşlarını, ya da qohumlarını direktor təyin edir. Məsələn, Abşeron rayonunun Atyalı qəsəbəsində yerləşən Qozlu tam orta məktəbinin direktoru Rəhman Səfərov məktəbdə yol verdiyi ciddi qanun pozuntularına görə təhsil naziri cənab Mikayıl Cabbarov tərəfindən işdən çıxarılmasına baxmayaraq, M.Vəliyev yüksək məbləğdə rüşvət alaraq direktor vəzifəsinə onun gəlinini təyin etmişdir. Rayon məktəblərinin əksəriyyətində direktor və direktor müavini ər-arvaddır ki, bu da ciddi qanun pozuntusudur. Rayonun 13 №-li tam orta məktəbinin direktoru (M.Vəliyevin bibisioğlu) Füzuli İbadov 2013-2014-cü tədris ilində Rusiyaya getmiş Təhminə Məmmədovanı işdən azad etməyib, onun adına dərs saatı yazdıraraq, əmək haqqısını M.Vəliyevlə birlikdə mənimsəyiblər. Ərazidə yaşamayan müəllimlərin adına əmək haqqı yazılaraq mənimsəmə hallarına rayonun bir çox məktəblərində rast gəlmək olar. Məsələn, M.Vəliyev Goranboy rayonunda yaşayan müəllimin adına Bakının Yasamal rayonunda Rabitə Kollecinin yataqxanasında yerləşən 35 №-li tam orta məktəbdə dərs saatları yazdıraraq pulunu mənimsəyir. Araşdırma aparılsa, Laçın rayon təhsil şöbəsində yüzlərlə belə fakt aşkarlanar. Ağcabədi rayonunun Taxtakörpü deyilən ərazisindəki Laçın obalarında yerləşən 30-dan çox məktəbin əsaslı təmirinə, məktəblərin istilik sisteminə ayrılmış yanacaq pulu və satınalmalar üçün ayrılmış 100 min manatlarla vəsaiti M.Vəliyev Laçın rayon Maliyyə Şöbəsi ilə əlbir olaraq saxta sənədlər düzəltməklə mənimsəyiblər. Təhsil Nazirliyi tərəfindən rayon təhsil şöbəsinə verilən dərs vəsaitləri və məktəbli ləvazimatları M.Vəliyevin rəhbərliyi altında satılır. Rayonun ümumtəhsil məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi üzə çıxar. M.Vəliyev dərs saatlarını alver predmetinə çevirib. Belə ki, direktorlara qohum olan müəllimlər iki məktəbdə formal olaraq adına 36-48 dərs saatı yazdıraraq dövlət büdcəsini talan edirlər».
«Prezidentin sərəncamından şəxsi mənafeyi üçün istifadə edən Malik Vəliyev hansı tədrisdən danışa bilər?»
«Malik Vəliyev hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri vermir və müsabiqədə uğur qazanmayan namizədlərə qeyri-qanuni olaraq satır. Azərbaycan Respublikası Prezidentinin sərəncamından şəxsi mənafeyi üçün istifadə edən Malik Vəliyev hansı tədrisdən danışa bilər? Prezidentin müvafiq sərəncamına əsasən, yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. Lakin M.Vəliyev heç bir zərurət olmadığı halda həmin müəllimləri 1 illik müqavilə ilə müəllim və psixoloq işlədir. M.Vəliyev saxta diplomlu şəxslərdən külli miqdarda rüşvət alaraq, onları əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonra onlara dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək, həmin şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edir. M.Vəliyev hər il qeyri-qanuni məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub sinif komplektlərini süni surətdə artıraraq satır».
«Korrupsiyanın tüğyan etdiyi təhsil şöbəsində elə məktəblər var ki, aylarla qapısı açılmır»
«Ağcabədi rayonunun Taxtakörpü ərazisində kənd icra nümayəndəsi işləyən dövlət qulluqçularının adına Bakı şəhəri ərazisində yerləşən Laçın rayonuna məxsus məktəblərdə 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti birlikdə mənimsəyirlər. Məsələn, Laçın rayon 35 №-li tam orta məktəb buna əyani faktdır. M.Vəliyevin əsas gəlir mənbələrindən biri də fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın yazılıb mənimsənilməsidir. M.Vəliyev hər dərs ilində məktəblərin hesabatlarını qəbul edərkən sinif komplektlərinin sayından asılı olaraq (siniflərin sayı artdıqca rüşvətin məbləği də artır) bütün məktəb direktorlarından hesab alır. Korrupsiyanın tüğyan etdiyi təhsil şöbəsində elə məktəblər var ki, aylarla qapısı açılmır. Bir çox məktəblərin müəllim və şagirdləri bir-birini tanımır. M.Vəliyev riyaziyyat, kimya, fizika və coğrafiya fənləri bir çox məktəblərdə formal olaraq fiziki tərbiyə və ibtidai sinif müəllimlərinə “tədris” etdirilir və əvəzində, məktəblərdən aylıq hesab yığılır. Nəticədə, təlimin və tədrisin keyfiyyəti aşağı düşür. M.Vəliyev təhsil şöbəsində işləyən metodist və məsləhətçilərin adına ayrı-ayrı məktəblərdə 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti qarşılıqlı mənimsəyirlər. M.Vəliyev müəllim və pedaqoji işçilərin əməkhaqqısından tutulan pullar hesabına təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən həmkarlar təşkilatının büdcəsinə yığılan pulları müəllimlərin adına yazdıraraq mənimsəyir».
«Təhsil naziri cənab Mikayıl Cabbarova ünvanlanan çoxsaylı şikayət və ərizələri Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi ört-basdır edir»
«Malik Vəliyevin təhsil şöbəsində yol verdiyi korrupsiya faktları və özbaşınalığı haqqında Laçın rayon sakinləri tərəfindən təhsil naziri cənab Mikayıl Cabbarova ünvanlanan çoxsaylı şikayət və ərizələri Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi ört-basdır edir. Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! İnanıram ki, Sizin müdaxiləniz nəticəsində sadaladığım faktlar araşdırılacaq, təhsil şöbəsində qayda-qanun bərpa olunacaq, məktəbləri bazara çevirənlər cəzasını alacaq və nəhayət, şagirdlərə elm və təhsil öyrədilməsinə başlanılacaq. M.Vəliyev deyir ki, «Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmyerlim var, əliniz hara çatır şikayət edin». Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevdən xahiş edirəm, qeyd etdiyim korrupsiya faktları rəhbərliyi altında yoxlanılsın. Əgər araşdırma aparılarsa, yazdığım korrupsiya əməlləri Laçın rayon təhsil şöbəsində mövcüd olan korrupsiya faktlarının heç 10 faizi olmadığı aşkar olunar».
«Laçın rayon xeyriyyə fondu Eldəniz Qasımova xidmət edir»
«M.Vəliyevin təhsil şöbəsində yol verdiyi ciddi qanun pozuntuları və özbaşınalıqlar haqqında cənab prezidentə və aidiyyəti dövlət orqanlarına edilən müracətlər baxılması üçün aidiyyəti üzrə Laçın rayon İcra Hakimyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göndərilsə də, şöbə müdiri Eldəniz Qasımov tərəfindən ört-basdır edilir. E.Qasımov Laçın rayon xeyriyyə fondundan külli miqdarda dövlət vəsaitini yaxın qohumlarının adına yazaraq mənimsədiyi üçün Laçının sabiq icra başçısı tərəfindən işdən çıxarılsa da, yenidən həmin vəzifəni tutub. Demək olar ki, Laçın rayon xeyriyyə fondu Eldəniz Qasımova xidmət edir. Belə ki, fonddan külli miqdarda pulu qohumlarının və dost-tanışının adına yazaraq dövlət büdcəsin talayır. Cənab Prezidentə və aidiyyəti dövlət qurumlarına Malik Vəliyevin təhsil şöbəsində yol verdiyi korrupsiya faktları haqqında etdyim müracətlərə görə M.Vəliyev məni və ailə üzvlərimi rayon prokuroru və məkəməsi ilə hədələyir. Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Sizdən acizanə xahiş edirəm, mənim və ailə üzvlərimin respublikanın başqa bir rayonuna köçüb qeydiyyata düşməsinə kömək edəsiniz. M.Vəliyev məni və ailə üzvlərimi şər-böhtan ataraq həbs etdirəcəyi ilə hədələyir. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm, bizim təhlükəsizliyimizi təmin etsinlər”.
*** Məsələ ilə bağlı Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyevin mövqeyini öyrənmək üçün onunla telefon əlaqəsi saxladıq. Təhsil Nazirliyində olduğunu deyən şöbə müdiri ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirdi. Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
|