Valideynlər körpələrini kimə əmanət etdiklərini bilmək istəyir... - Təftiş tələbi...
Tarix: 30-04-2016, 10:58 | Çap et
Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti açıqlamalarda Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 313 saylı körpələr evi-uşaq bağçasının fəaliyyətində yer almış bir sıra neqativ hallardan bəhs edilir. Bu xüsusda bizimdovr.az-a gələn məlumatlarda qeyd olunur ki, Aybəniz Əsgərovanın rəhbərlik etdiyi bu müəssisədə rüşvət yığımları bu gün artıq çox yüksək həddə çatmışdır. İlk növbədə övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlərdən təxminən 150-200 manat məbləğində pul ödəmək tələb olunur. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər ilkin ödənişdə nəzərdə tutulmur. Bəzi mənbələrin iddiasına görə, hazırda 313 saylı bağçada “bağça fondu”nun hesabına və tərbiyyəçi-müəllimlərin mükafatlandırılmasına hər uşağa görə valideynlərdən ayda 20-30 manat pul yığılır. Biz ötən yazılarımızda da qeyd etmişdik ki, uşaq məktəbəqədər müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra orqanlarının tabeliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar yaratmışdır. Göründüyü kimi, bəzi müəssisə rəhbərləri bu qərardan öz qanunsuz fəaliyyətlərini daha da genişləndirmək məqsədilə yararlanmaqdadırlar. Belə ki, bir çox bağça müdirləri icra strukturlarının yüksək vəzifəli əməkdaşları tərəfindən onlara “aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, rəhbərlik etdikləri müəssisələrdə həyata keçirilən pul yığımlarının intensivliyini bir qədər də artırmışlar. Redaksiyamıza daxil olan məlumatlarda 313 saylı uşaq bağçasında da məhz bu xüsusda çeşidli qanun pozuntularının müşahidə olunduğu bildirilir. Halbuki, müxtəlif uşaq müəssisələrinin fəaliyyətində müşahidə olunan analoji neqativ hallarla bağlı daxil olan çoxsaylı şikayətlərə cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vəziyyətə dəfələrlə konkret münasibət bildirilmişdir. Tövsiyyə olunmuşdur ki, istənilən bir uşaq bağçasında yer almış pul yığımının təsdiq olunduğu halda, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Və istənilən halda bu neqativ təzahürlərin BŞİH ilə hər hansı formada əlaqələndirilməsi qətiyyən yolverilməzdir. Yeri gəlmişkən qeyd etmək istərdik ki, BŞİH rəsmilərinin bu bəyanatından uşaq bağçalarında rüşvət tələbləri ilə rastlaşan bütün valideynlər yetərincə yararlana bilərlər. Konkret olaraq 313 saylı körpələr evi-uşaqbağçasında baş verən qanun pozuntularına gəlincə isə, düşünürük ki, bu müəssisənin fəaliyyəti daha səlahiyyətli orqanlar tərəfindən ciddi şəkildə təftiş olunmalıdır. Qeyd edək ki, bizimdovr.az-a daxil olan açıqlamalara görə, bu gün Aybəniz Əsgərovanın rəhbərlik etdiyi bu müəssisədə pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, 313 saylı bağçada uşaqlara verilən yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır, ərzaqların da dövlət standartı haqqında heç bir sənədi yoxdur. Bundan başqa isə, bu gün sözügedən tərbiyə ocağında uşaqların təlim və tərbiyyəsi ilə məşğul olan kadrlar arasında da müvafiq təhsili və hazırlığı olmayanlara kifayət qədər rast gəlmək olur. Eyni zamanda da Aybəniz Əsgərova heç bir əmək müqaviləsi bağlamadan tərbiyyəçilərin qanunsuz işləməsinə şərait yaradır...
Birdəfəlik olaraq belə bir həqiqəti qəbul etmək lazımdır ki, uşaq müəssisələrində əsaslı islahatların aparılması və ən əsası da bu islahatların real müsbət nəticələr verə bilməsi üçün, ilk növbədə həmin müəssisələrə rəhbərlik edən şəxslərin fəaliyyətləri tam ciddiliyi ilə təftiş olunmalı, korrupsiya hallarına və digər qanun pozuntularına yol verən məmurlar cəzalandırılaraq uşaq bağçalarında əmək fəaliyyəti gösərmək imkanlarından həmişəlik məhrum olunmalıdırlar.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
|