Gülağa İslamov əlili niyə hədələyir? - ŞİKAYƏT VAR
Tarix: 25-05-2016, 08:55 | Çap et
Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan Quliyev Rəfail Ağamir oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, üzləşdiyi problemlərdən danışıb. Onun şikayətini olduğu kimi təqdim edirik: “Mən 2009-cu ildən əlil arabasına möhtac qalmışam. Buna qədər də mənzil şəraitim çox pis idi, ancaq buna baxmayaraq ayaq üstə olduğum üçün umidim var idi ki, gələcəkdə munasib şərait quracam. Əlil arabasına möhtac olandan sonra, umidim hər yerdən kəsildi. 2010- cu ildə yerli bələdiyəyə bir- iki dəfə müraciət etdim onlar da mənə 20-30 manat köməklik göstərirdilər. Bununla ev-eşik qurmağın mümkünsüzlüyü məlumdur. Bu baxımdan 2011-ci ilin əvvəllərində sakini olduğum Xəzər rayon İcra Hakimiyətinin başçısı cənab G. İslamova müraciət etdim. İlk müraciətlərim cavabsız qaldılar. Sonra aidiyyəti üzrə millət vəkillərinə, nazirlərə dəfələrlə müraciətlər etmişəm. Bütün müraciətlərim Xəzər rayon icra hakimiyyətinə göndərilir və ordan mənə heç bir cavab verilmirdi. Mən bundan sonra ölkə başçımız respublika prezidenti İ. H. Əliyev cənablarına müraciətlər etdim. Bu, 2013- cü ilin mayında olmuşdur. Ərizəm yenidən Xəzər rayon icra hakimiyyətinə göndərilmiş və onlara ərizəmlə maraqlanmalarına dair tapşırıq verilmişdi. Eyni vaxtda Bakı şəhər icra hakimiyyətinin başçısı cənab H. ABUTALIBOVA da oturaq dinc aksiya keçirmək üçün müracıət etmişdim. Nəhayət Xəzər rayonn icra başçısının müavini V. Həsənovun başçılığı ilə yerli icra nümayəndəsi, və bələdiyyədən gəlib mənim vəziyyətimlə maraqlandılar. Bu isə 2013- cü ilin iyun ayında olmuşdur. Başçının müavini vəziyyəti telefonla başçıya mərüzə etdi və onlar mənim üçün munasib şəraitin yaradılmasına söz verdilər. Özü də elə bir söz verdilər ki, inanmamaq mümkün deyildi, lakin mən də onlara inandım. Cüzi köməklik etdilər və sonra dedilər imkanımız yoxdur. Dövlət budcəsindən pul ayrılmır və.s. Hazırda öz hesabıma və qohumların dəstəyi ilə müəyyən işlər görmüşəm, lakin evin içində yaşamaq mümkün olmadığından, dövlətin dəstəyindən istifadə etmək üçün yenidən müraciətlər etdim.2015-ci ilin may ayında Xəzər rayon İcra Hakimiyyətinin başçısı G. İslamov məni qəbul etdi. Qəbul zamanı mənə bir daha dedi ki, dövlət budcəsindən onlara əlillərə hər hansı bir köməkliyin göstərməsi üçün vəsait ayrılmır: “ Bizdən sənə heç bir köməklik ola bilməz. Sən də yığışdır bu yazışmaları. Yığışdırmasan baxmaram əlil arabasındasan tikdirdiklərini də texnika ilə bir dəqiqənin içində yerlə yeksan edərəm”. Mən yenidən Prezidentə müraciət edəcəyimi deyəndə, o, bildirdi ki, heç kimdən qorxmur: “Get hara istəyirsə şikayət elə. Yazdıqların mənim üstümə göndəriləcək, mən də sənə cavab vermərəm. Doğurdan da, elə də edir. 2011-2015 -ci illər ərzində aidiyyəti üzrə təşkilatlara saysız hesabsız müraciətlər etmişəm. Təkcə ölkə başçısı İ. H. Əliyev cənablarına bu müddət ərzində 30 dəfə ərizə, iki dəfə teleqram, dəfələrlə də elektron ünvanına ərizə ilə müraciətlər etmişəm. 2014-2015 – ci illər ərzində 6 ( ALTI ) dəfə cənab Prezidentin qəbuluna getmiş, onunla şəxsən görüşmək istəmişəm. Qapıları üzümə sıx bağlayaraq içəri buraxmamışlar. Dəfələrlə mənə rayon icra hakimiyyətindən hədə qorxu gəlmişlər. Nəhayət 2016-cı ilin üç ayında bir neçə dəfə prezidenin elektron poçtuna müraciət etmişəm. İcra Hakimiyyətindən mənə gələn hədə-qorxulara görə Baş Prokurorun elektron ünvanına müraciət etsəm də, qəbul edildiyi göstərilsə də , prokurorluq həmin ərizələrimi qeydə almayıb. Sonuncu dəfə isə sosial səbəkədən feysbuk səhifəmdə birbaşa cənab prezidentə müraciət ünvanlamışam və buna da əhəmiyyət verən yoxdur. Sanki mən heç bu ölkənin vətəndaşı deyiləm, etdiyım müraciətlərin də bunlara heç bir aidiyyatı yoxdur. Yeddi nəfər ailə üzvümlə cəmi 25 kv.m sahəsi olan bir yaşamaq üçün yararsız bir tikilidə yaşayırıq. Bu qədər biganəliyə baxmayaraq, oğlanlarım hərbi xidmət keçmiş və hər biri də komandanlıq tərəfindən vətənpərvərliklərinə görə yüksək dəyərləndiriliblər. İki övladım hələ də məktəblidir. Bütün bu haqsızlıqların ictimailəşdirilməsində mənə köməklik göstərməyinizi istəyirdim. Xahiş edirəm mümkün olanını edin, bəlkə bir köməyi dəydi”. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|