İcra başçısı yeyintidə ittiham olunur - NARAZILIQ VAR...
Tarix: 30-05-2016, 12:59 | Çap et
Beyləqan rayonunda məmur özbaşınalıqları dözülməz həddə çatıb. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin bitib-tükənməyən qanundan kənar əməlləri yerli əhalini narazı salmaqla yanaşı, onların yaşayış səviyyəsinə də öz mənfi təsirini göstərib. Belə ki, bu gün rayonda yerli sakinlər normal iş tapa bilmirlər. Buna görə də əhalinin bir hissəsi iş ümidi ilə başqa rayonlara və paytaxta üz tuturlar. Az öncə qeyd etdiyimiz kimi, Beyləqanda sosial problemlərin özünü daha qabarıq şəkildə göstərməsi icra başçısının fəaliyyətindəki qüsurlarla birbaşa bağlıdır. Bu haqda mətbuat səhifələrində çox yazılıb. Gundelik-baku.com-un araşdırmaları göstərir ki, Vaqif müəllim rayona icra başçısı keçdikdən sonra büdcədən ayrılan milyonlarla vəsaitin böyük hissəsini təyinatı üzrə xərcləməyib. Əldə etdiyimiz məlumatlara görə, Vaqif Abdullayev Beyləqan Kommunal Təsərrüfat Birliyinin keçmiş rəhbəri Azil Aslanov və Məhəmməd Həsənovla birlikdə saysız-hesabsız qanunsuzluqlara imza atıb% «Rayona ayrılan maliyyə vəsaitləri Həsənova məxsus MMC-lər vasitəsi ilə yuyulub. Başçı Beyləqana gəldikdən sonra Azil Aslanovu şəhər Ərazi İnzibati nümayəndəsi təyin edib. Beləcə adıçəkilən şəxslər rayonun mühüm postlarını ələ keçirərək icra başçısının himayəsi altında talan əməliyyatına start veriblər. Maliyyə maxinasiyalarının qanuniləşdirilməsini isə Məhəmməd Həsənov həyata keçirir. Onun bir neçə MMC-si var. Maxinasiyaya cəlb olunan şirkətlərdən biri Atamoğlan Məmmədov adlı şəxsin adına qeydiyyatdan keçən "Mirdamət-2008” MMC-dir. 2013-cü ildə Beyləqan rayon Mədəniyyət və Türizm Şöbəsinin təmirini və şəhərin abadlaşdırılması üçün "Mirdamət-2008” MMC-yə üst-üsta 300 min manatdan çox vəsait ayrılıb. Deyilənə görə, icra başçısının göstərişi ilə "Mirdamət-2008” MMC şirkətinə ayrılan pul sadəcə hesabdan hesaba köçürülüb və bankdan çıxarılaraq nəqdləşdirilərək məlum şəxslərin arasında bölüşdürülüb. Bunun müqabilində isə icra başçısı köçürtmə əməliyyatında iştirak edən şirkətə 16 faiz «əməliyyat haqqı»verib. 2014-cü il üçün isə Beyləqan rayon büdcəsi üçün nəzərdə tutulan vəsaitdən Beyləqan şəhərinin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün "Mirdamət-2008” MMC-yə 240 min manat ayrılıb. Bu vəsaitin də yarıdan çoxu mənimsənilib və ayrılan vəsaitin yalnız 13 faizi "Mirdamət-2008” MMC-nin gördüyü işlərə yönəlib. Məlumatda bildirilir ki, Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi işləyən Məhəmməd Həsənova məxsus "Elmir-Murad” MMC də bir sıra layihələrin icrasında iştirak edib: «Bu şirkət kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün ayrılan vəsaitlərin böyük qismini göyə sovurub. Məsələn, ötən il mədəniyyət və turizm şöbəsinə ayrılan 120 min manat Məhəmməd Həsənova məxsus "Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların "cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına "xərclənib»». Araşdırmalar göstərir ki, Beyləqan rayonunda təmir-tikinti layihələrinin bir çoxu tendersiz həyata keçirilir. Məsələn, Bir müddət əvvəl icra başçısı «İSPİK» şirkətinin sahibi Qabil Mustafayevi qəbul edib və Beyləqanda olanda stadionun bərpa işlərini onlara təklif edib. Qarşı tərəf bu təklifi qəbul edib. 2014-cü ilin aprel ayında bərpa işlərinə başlanıb. Məlumata görə, şirkət icra başçısına 895 min manatlıq smeta təklif edib və Vaqif Abdullayev bununla razılaşıb. Amma maraqlıdır ki, tərəflər arasında heç bir rəsmi müqavilə imzalanmayıb və şirkət 2014-cü ilin aprelində işə başlayaraq iyun ayında işi yekunlaşdırıb. Sonda isə icra hakimiyyəti tərəfindən şirkətə vəd edilən 895 min manatın əvəzində 632 min manat verilib. Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsindəki 2014 və 2015-ci illər üzrə rəsmi hesabatlarda Beyləqan rayon İcra Hakimiyyətinin büdcə vəsaitlərinin qanunun tələblərinə uyğun olaraq necə xərclənməsinə dair rəqəmlərdən məlum olur ki, Beyləqan Mərkəzi Stadionunun əsaslı təmirinə dair bir maddə belə yoxdur. Elə bu yeyintilərin nəticəsində istifadəyə verilən rayon mərkəzi stadionu bir müddət sonra çökdü. Əslində, çökən təkcə stadion yox, dövlət büdcəsinin pulları idi. Maraqlıdır ki, bu qədər yeyinti faktlarına və şikayətlərə baxmayaraq, Vaqif Abdullayev qanunsuz əməllərindən əl çəkmək bilmir ki, bilmir. Rayondan gələn məlumatlar isə belə deməyə əsas verir ki, artıq beyləqanlıların səbr etməyə dözümü qalmayıb. Əgər Vaqif Abdullayev və ona yaxın olan məmurlar dövlət büdcəsinin vəsaitlərini dağıtmaqdan, insanları incitməkdən və onlara əlavə problemlər yaratmaqdan əl çəkməsələr, rayonda vəziyyət qəlizləşə bilər. Odur ki, icra başçısı özbaşına əməllərinə dərhal son qoymalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|