Gədəbəydə büdcə pullarını, kimlər hansı yollarla talayırlar? - İDDİA
Tarix: 25-11-2016, 08:57 | Çap et
Uzun müddətdən bəridir ki, Gədəbəydə yaşanan çoxsaylı qanunsuzluqlar, baş alıb gedən haqsızlıqlar və bu rayonda vəzifə sahibi olanların süründürməçilik amillərinin varlığı və s. onu söyləməyə əsas verir ki, halhazırda rayonu təsir dairəsində saxlayan şəxslərin məqsədləri, heç də sakinlərə məxsus problemləri həll etmək deyil, daha çox var-dövlətə nail olmaqdan ibarətdir. Məsələn, hələlik adicə bir məqama toxunaq. “Gündəm Xəbər” qəzetinin ötən saylarının birində yazıb qeyd etmişdik ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev şəxsi maraqlarının həlli naminə, xəstəxananın əsas giriş qapısını bağlatdırmış və həmin yerdə özünə “NUR” restoranı və “NUR” market də tikdirimişdir. Belə olan halda xəstəxanaya üz tutanlar, xəstəxanaya yan qapıdan girməyə məcbur olurlar. Xüsusi qeyd ediləsi hal odur ki, xəstəxanaya verilən ərzaq məhsullarını, dərman preparatlarını, bir çox ləvazimatları, nəqliyyat vasitələrinə ayrılan yanacağın müəyyən hissəsini, fəaliyyəti dayandırılmış ABU-nun arayışı ilə işə həkim götürməsi və s.kimi əməlləri ona bəhs etmir ki, bu gün o belə bir addımlarını da atır. Bəli, bütün bunlar səhiyyəmizin bir sahəsi olan Gədəbəy MRX-da yaşanan rəzalətlərdir. Amma digər rəzalətləri eşitdikcə, sanki dəhşətə də gəlirik. Məsələn, əslən Gədəbəy rayonundan olan və işıq üzü görən belə bir açıqlama ilə bağlı, hələlik adının çəkilməsini istəməyən şəxsin bildirdiyinə görə, rəzalət təkcə MRX-da deyil, bu gün rayonun digər sahələrində də tüğyan etməkdədir. Həmin şəxsin bildirdiyinə görə, hələ bir müddət bundan əvvəl rayondakı 1 saylı uşaq bağçası Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovla, səlahiyyəti müəyyən mənada əlindən alınmış maliyyənin “şefi” Namiq Məmmədov tərəfindən satılır. Bağçanı alan şəxs isə, rayonda un biznesinin “kralı” adı ilə tanınan Xəndan İbrahimov (ona el arasında Xəndan İlyas deyildiyi bildirilir) alır. Satışa çıxarılan bağçanın uşaqları isə, rayonun mərkəzindəki 2 saylı bağçaya köçürülür. Xoşagəlməz hal odur ki, həmin bağçada nə mavi qaz olur, nə də ki, davamlı elektrik enerjisi ilə təminat həyata keçirilir. Belə bir səbəb üzündən də, təqribən 70 nəfər azyaşlı uşaq, 30-a yaxın işçi soyuqda qalırlar. O məqamı da xüsusi qeyd edək ki, satışı həyata keçirilən bağçanın satışı qanunla yolverilməz haldır. Amma, adları çəkilən vəzifə sahibləri qanunun belə bir tələbinə əməl etmədən, bu cür addımlarını atırlar. Gədəbəydə qol qoyulan maxinasiyalardan ən əsası, çirkli pulların müəyyən yollarla yuyulması olur. Həmin şəxs bu haqda da məlumatları “Gündəm Xəbər” çatdıraraq bildirir ki, “çirkli pullar RİH-nin başçısı, maliyyənin “şefi” və şəhər icra nümayəndəsinin iştirakı ilə həyata keçirilir. Həmin vaxt ən optimal variant, Gədəbəy şəhər icra nümayəndəsi olan Şahbaz Bayramovun oğlu Amin Quliyevə məxsus “Bulaq-6” MMC-dən, “Balıqaltı” MMCdən (vöen-400731590) və “Dağlaroğlu” MMC-dən (vöen-400861770) istifadə olunur. Belə ki, mənimsənilməsi nəzərdə tutulmuş pullar ilk öncə anasının soyadını daşıyan Quliyev Amin Şahbaz oğluna məxsus MMC-ə köçürlür, az sonra da mənimsənilir. Onu da vurğulamaq yerinə düşər ki, Namiq Məmmədov bu gün də rayonda müəyyən təsir imkanı olan şəxslərdən biridir. Belə bir səbəblər üzündəndir ki, o, nəinki bu gün, hətta ötən illər ərzində də, çirkli pulların yuyulmasında yaxından iştirak etmişdir. Daha çox isə o, yaxın qohumu Qoşqar adlı şəxsə məxsus MMC-dən istifadə etmişdir. Belə ki, çatdırılan məlumatlarda o da vurğulanır ki, əgər hər hansı bir idarənin, müəssisənin, təşkilatın təmirinə, tikilinin inşaasına və s. ehtiyac duyularsa və bununla bağlı tender keçirilərsə, o halda tenderin “qalibi”nin Namiq Məmmədovun qohumunun olması heç kimdə şübhə doğurmur. Həmin şəxs bildirir ki, Qoşqar adlı şəxsin inşa etdiyi tiklilərin əksəriyyəti olduqca yarasız, keyfiyyətsiz, qüsurlu və şişirdilmiş rəqəmlər əsasında inşa olunur. Belə bir səbəb üzündən də, hələ bir müddət bundan əvvəl onun Gədəbəy rayon mərkəzində inşa etdirdiyi “Mərasim evi”nin hasarı uçur. Bu azmış kimi Hesablama Palatası tərəfindən aparılan yoxlamalar zamanı, bəzi faktlıar da ortaya çıxır. Belə ki, bəlli olur ki, “Mərasim evi”nə məxsus pəncərələrin hər biri guya 400-500 manata düzəltdirilib. Amma, verilən dəqiq məlumatlarda o da bildirilir ki, həmin pəncərələr 45-50 manata ərsəyə gətirilib. DSMF-nun Gədəbəy rayon şöbəsində yaşananlar da, davam etdirilən rəzalətin tərkib hissəsidir. Belə ki, uzun müddətdən bəri üz-üzə qaldığı çoxsaylı problemlərinin həllinə nail ola bilməyən və adı çəkilən qurumda yaşananlar barədə “Gündəm Xəbər”ə məlumatları çatdıran Gədəbəy rayon sakini bildirir ki, “şöbə müdiri Məsud Məmmədov vətəndaşlarla təmasa girməkdən çəkinir və ətrafında çoxsaylı makler şəbəkəsi qurur. Belə bir yolla da o, saxta sənədlər əsasında pensiya təyinatları həyata keçirir”. Belə olan halda meydana belə bir sual çıxır ki, doğrudan da cənab Səlim Müslümov korrupsiyanın qarşısını almaq istəyirsə, o halda araşdırsın ki, niyə adıçəkilən şöbədə saysız-hesabsız maxinasiyalara qol qoyulur. Rayonun mədəniyyət şöbəsində yaşananlar da, bu gün Gədəbəydə davam etdirilən rəzalətin “pik nöqtə”sində dayanır. Məlumatlı mənbə onu da vurğulayır ki, mədəniyyət şöbəsində elə maxinasiyalara qol qoyulur ki, gəl görəsən. Bu maxinasiyalar, bəlkə də digər sahələrdə belə həyata keçirilmir. Şöbənin nəzdindəki kənd kitabxanalarının, mədəniyyət evlərinin günlərlə, həftələrlə, bəlkə də aylarla bağlı qalması bir kimsəni narahat etmir, hər kəsi narahat edən digər səbəblər olur. Məsələn, mənbə bildirir ki, rayondakı muzeyə 150-200 min manat dəyərində, guya hansısa avadanlıqlar alınması barədə sənədləşmə ediblər. Əslində muzeydə heçnəyin olmaması bildirilir. Rayonun “Aşıqlar evi”nin stat cədvəlində adı olanlar, “Aşıqlar evi”nin ünvanını tanımırlar. Orada işləyənlərin incəsənət təhsili olması olduğu halda, tam əksəriyyətinin belə bir təhsilə sahib olmadıqları da bildirilir. Baxmayaraq ki, qanunla adı stat cədvəlində olanlar ali təhsilli olmalı və ara-sıra istedadlarının da ortaya qoymalıdırlar. Sızan məlumatlarda xüsusi qeyd olunur ki, Ramiz Məmmədov “Aşıqlar evi”nə aid ştatı 5 min manata satır. Hətta, bəzi şəxslər zarafata salaraq “Ramiz müəllim bazarda stat satır” deyənlər də olur. Ümumiyyətlə, verilən məlumatlarda bildirilir ki, hal-hazırda Gədəbəy rayon Mədəniyyət Şöbəsində müxtəlif adlar adı altında elə mənimsəmələr həyata keçirilir ki, onlar haqda məlumatları eşidən hər kəs sanki “dəli” də olar. Bu cür mənimsəmələrin nəticəsidir ki, adicə mədəniyyət şöbəsində mühasib işləyən şəxsin 2 ədəd 70-80 min manat dəyərində “PRADO” markalı avtomaşınını olduğu da bildirilir. P.S. Hörmətli oxucular! Gədəbəydə yaşananlar olduqca yaralı yerimiz olduğundan, növbəti sayımızda “Kapital Bank”ın rayon şöbəsində yaşananlardan, DƏDRXİ-i, 11 saylı ərazi idarəsi rəisinin Gədəbəydə səlahiyyət verdiyi 3 nəfər “makler”in əməllərindən və digər olaylardan bəhs edəcəyik. Odur ki, bizi izləyin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|