Madər Musayev qoçuları ilə bərabər Qarabağ əlilini döyəndə... - ŞİKAYƏT VAR
Tarix: 23-12-2016, 09:00 | Çap et
Bakının Binəqədi rayonundan millət vəkili seçimi zamanı "uğur" daim alnına yazılmış Madər Musayevin, -ətrafındakı qoluzorlularla bərabər, - bir müddət öncə 1-ci qrup Qarabağ əlilini döyməsi faktı xeyli vaxt mətbuat səhifələrindən düşmədi. araz.az saytı olaraq, biz də, hiddət doğuran bu hadisəni tam təfərrüatı ilə bir-neçə dəfə işıqlandırdıq.
Lakin... ...Deputat yumruğunun ağrısından hələ də özünə gəlməyən əlil Faiq Firdovsi oğlu Quliyev redaksiyamıza yenidən şikayət məktubu ünvanlayıb. Məktub müəllifi dönə-dönə xahiş edir ki, onu mühafizəçiləri ilə bərabər vəhşıcəsinə döyən deputatın bu cinayətkar əməlini yenidən bir daha işıqlandıraq: "Var olsun, ölkə mətbuatı! Mənim vicdansızcasına döyülməyimə biganə qalmadı. Deputat KİV-lərin bu barədə xeyli yazı verəcəyini gözləmirdi. Bu, Madər Musayevi çox narahat etdiyindən, araya adamlar salaraq, üzr istədiyini mənə çatdırdı və yuxarı instansiyalara ünvanladığım şikayət ərizələrimi geri götürməyimi məndən xahiş etdi. Üstəlik, şirnikləndirici bəzi "yağlı" vədləriylə məni susdura bildi; Guya, Madər Musayev qeydiyyatda olduğum Bakı şəhər Nəsimi rayonunun deputatları Ziya Səmədzadə və Məlahət İbrahimqızı ilə danışdığını, onların vasitəçiliyi ilə, yaxın vaxtlarda mənə - haqqım olduğu üçün - əmək və Əəhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev verdirəcəyini bildirdi və məni buna inandırdı.. ". Onsuz da, ailəsi ilə bərabər olduqca acınacaqlı və dözülməz şəraitdə yaşayan Qarabağ əlili deputatın bu şirin yalanlarına inanmalı idi. Elə, bu səbəbdən də, mətbuata və hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərini geri götürdü. Lakin... Sən demə, çox məmurda daim olan yalan vəd mərəzi Madər Musayevdən də yan keçməyibmiş. Döyüldükdən sonra hələ də qanı qurumamış və yaraları sağalmamiş Qarabağ əlilini beləcə aldatmaq mümkün olub və bu istiqamətdə əməli bir addım atmaq deputatın ağlına belə gəlməyib. Faiq Quliyev aldadıldığını gec də olsa başa düşüb və araz.az saytından bu narahatlığını dərc etməyi xahiş edib - heç olmasa təsəlli üçün! Bu yerdə, Qarabağ əlilinin başına gətirilənlər barədə olan Əəvvəlki yazılarımızın qısa xülasəsini bir daha hörmətli oxucularımızın diqqətinə çatdırmağı lazım bildik. Çünki aldığı təqaüdlə dolana və normal yaşaya bilməyən bir Qarabağ əlilinin acınacaqlı durumu hamını narahat etməlidir - daha çox səlahiyyət sahiblərini. O, belə çox səlahiyyətlilərin qəbulunda olub. Milli Məclisin deputatı Hadı Rəcəblinin qəbulundakı kimi... Hadı Rəcəbli əlil vətəndaşı dinləyib, ona diqqətlə qulaq asıb, ərazi aidiyyatı üzrə Binəqədi rayonundan bir neçə dəfə deputat seçilmiş Madər Musayevə müraciət etməyi məsləhət görüb. Lakin başı daim "Favorit" Marketlər Şəbəkəsinin və bu kimi böyük gəlir gətirən bir neçə obyektin işinə qarışan xalqın elçisi ilə görüşmək ona nəsib olmayıb. Madər Musayevi aylarla obyektlərində tapa bilmədyini görən Qarabağ əlili, nəhayət, 05.10.2016-cı il tarixində Hacı Madərin villasına üz tutub. Ona, həm də deyiblərmiş ki, burda iş də tapa bilər. O, daha çox, bu ümidlə də ora yollanıb. Elə, birinci qrup Qarabağ əlilinin xoşagəlməz, dəhşətli, təhqiramiz... döyülmə olayı da burda baş verib. Belə ki, qoluzorlu cangüdənləri ilə villasına gələn Madər Musayev, qapısında gördüyü yad adamın kim olduğunu soruşub. Qarabağ Əəlili dərdini söyləyib, xahiş edib ki, problemlərinin həllində ona yardımçı olsun və bacara biləcəyi bir iş versin. Bundan, nədənsə, olduqca çox qəzəblənən Madər Musayev cangüdənlərinə əlili villasının həyətinə salmağa göstəriş verib. Adi bir səbəb belə olmasa da, onu villanın həyətində deputatın özü və qoçuları o ki var döyüblər. Zərbələrdən huşunu itirməkdə olan əlil, birtəhər, güc-bəla həyat yoldaşına zəng vura bilib və deyib ki, az sonra onu öldürməyi planlaşdırırlar. Bu xəbərdarlıqla o, yaxınlarından birtəhər kömək istəyə bilib.. Hacı Madər isə bundan daha da qəzəblənib: "Get, kimə nə istəyirsən de, mən 26 ildir deputatam, heç kim mənə heç nə edə bilməz, məni yuxarı dairələrdə də yaxşı tanıyırlar," - deyib, onu bir daha yumruq, təpik və söyüş atəşinə tutub. Düşünürük ki, bir deputata yaraşmayan, ona xas olmayan pis hərəkət insana qəm, ağır həyat bağışlayır. Möhtərəm Prezident İlham Əliyev cənabları da dəfələrlə cıxışlarında məmurlara səmimi, sadə, insanpərvər olmağı tövsiyyə edib. Görünür, 26 illik deputatlıq səlahiyyətləri Hacı Madər Musayevin gözünü tutmuş, onu "yenilməz" etmişdir. Qəddarlıq heç vaxt yaddan çıxmır. Məsələni araşdırmaq üçün, bir daha Madər Musayevə zəng çaldıq. Həmişəki kimi, ona zəng çatmadı. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da zənglərimizi cavabsız qoydu. Bu səbəbdən, məsələni gündəmdə saxlamağı vacib bildik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
|