MTN bandasının “Xəzər əməliyyatı”nda sensasion gizlinlər - Araşdırma
Tarix: 10-02-2017, 08:54 | Çap et
MTN bandası və Eldar Mahmudovun şəbəkəsi barədə hər gün yeni-yeni səhifələr açılır. Aydın olur ki, 2004-cü ildən təhlükəsizlik sektorunda kök salmış bu qruplaşma öz istəklərini zaman-zaman həyata keçiriblər. Onların toruna düşmüş və ya himayəsi altında qanunsuzluqlar etmiş məmurların bir-bir ifşa edilməsi qaranlıqları işığa çıxarır. Vaxtilə media üçün də müəmmalı olan olayların üstü açılır. “Gündəm-Xəbər”in apardığı təhlillər və araşdırmalar, o cümlədən media üzərindən əldə etdiyi informasiyalar, vəkil Ramiz Zeynalovun açıqladığı faktlar bütövlükdə Eldar Mahmudovun niyə məhz Bakının Xəzər rayonunda daha çox mülklərə sahiblənməsini aydınlaşdırıb. Araşdırmanı və mediada yer alan iddiaları təqdim edirik:
"Gülçülük” sovxozundan tanışlıq
MTN generalları ilə sıx əlaqədə olan və uzun illər boyunca qarşılıqlı mənfəətə əsaslanan icra başçılarından biri də Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov olub. Gülağa İslamovun özü də xəbəri olmadan və istəmədən sabiq MTN naziri Eldar Mahmudovun tələsinə düşdüyünü anlayıb. Sonra oyundan çıxa bilməyib. Gülağa İslamov vaxtı ilə "Gülçülük” sovxozunun direktoru olduğu dövrlərdə sabiq nazirlə çox yaxın münasibətlərə malik olub. Eldar Mahmudov MTN naziri təyin olunduqdan bir il sonra, 2005-ci ildə Gülağa İslamov Xəzər rayon icra başçısı təyin edilib. Onun təyinatını isə birbaşa Eldar Mahmudovun təqdimatı ilə həyata keçirildiyi qeyd olunur. Xəbərə görə, icra hakiminin MTN rəhbəri Eldar Mahmudova və bandasının üzvlərinə bağışladığı mülklər üzə çıxıb. Məlum olur ki, G.İslamov imzaladığı qanunsuz sərəncamlarla E.Mahmudova torpaqlar, restoranlar, ərazilər ənam verib. MTN işində adı keçməyən və himayə olunan Xəzərin icra başçısının əməlləri vəkil Ramiz Zeynalov tərəfindən faş olunub.
Türkan və Mərdəkanda ərazilər
Vəkilin mətbuatda çapı olunan irihəcmli müraciətində sensasion faktlar açıqlanıb. Siyahını təqdim etməzdən qabaq bildirək ki, G.İslamovun bu qərarları barədə araşdırma aparılsa, məsuliyyətə cəlb oluna bilər. R.Zeynalov yazıb ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi var imiş. Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və İHB Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib. 2013-cü ildə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi də icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir. Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan “Abşeron sanatoriyası”nın torpaq sahələrinə aid 5 hektarlıq sahəni qanunazidd olaraq, 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb.
PA-ya çağırılıb və...
Vəkil isə məktubda daha müdhiş faktlar açıqlayıb. 2011 -ci ildə Buzovna qəsəbə sakini Əzizağa Murtuzayevə məxsus, Qala yolunun solunda “Qala bazar” restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzbəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 saylı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq E.Mahmudova verilib. 2015-in may ayında Akif Çovdarov quldur dəstəsi ilə birlikdə Xəzər RİH-ə gələrək, icra hakimiyyəti ilə “Azİmport” MMC arasında bağlanmış podrat müqavilələrini, Forma № 2 və görülən işlərin təhvil-təslim aktlarını götürərək külli miqdarda yeyintiləri müəyyən edib. Bunun müqabilində icra başçısı G.İslamovdan 5 milyon manat rüşvət alıb. Xəzər RİH-nin İctimai-Siyasi Humanitar Məsələr Şöbəsinin müdiri Gülbala Qurbanov o zaman mətbuata deyib ki, Gülağa İslamov PA-ya çağırılıb, məsələ həllini tapıb.
Mahmudovla Çovdarovun Zirə əməliyyatı
R.Zeynalov müraciətində Zirə qəsəbəsində eks-nazirə və onun məmurlarına hədiyyə edilən obyektləri də sıralayıb. Zirə qəsəbəsi: 1. G.İslamov 2013-cü ildə Zirə qəsəbəsində - qoruğa gedən yolda 15 hektar torpaq sahəsini qanunsuz sərəncamı ilə Əli Əsədova və şəriki "TV Musa ləqəbli" Musa Süleymanova verib. Həmin sahədə mənimsənilmiş pul hesabına zavod inşa edilib və dənizin içinə körpü salınıb. 2. A.Çovdarova isə Zirə qəsəbəsində 10 hektar torpaq sahəsi ayrılıb. Vəkil iddia edir ki, bu torpaq sahəsi Xəzər RİH başçısı tərəfindən 2011-2012-ci illərdə ayrılıb, hasarı isə icra başçısının tapşırığı ilə Zirənin bələdiyyə sədri Firuz Rzayevin hesabına çəkdirilib. R.Zeynalov müraciətində həmçinin qeyd edir ki, 2004-cü ildən 2011-ci ilə qədər MTN-in Xəzər rayon şöbəsinin rəisi vəzifəsində sabiq nazir E.Mahmudova ən yaxın adamlardan biri olan nardaranlı Həsən Ağayevdir. 2011-2014-ün noyabrına qədər Xəzər, həmin ildən indiyə qədər isə MTN-in Binəqədi rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunan soyadı məlum olmayan Rafiq adlı şəxs, ondan sonra isə sabiq nazir və Akif Çovdarovun yaxın adamı Fərhad adlı şəxs təyin edilib. Vəkilin yazdığına görə, bu şəxslərin hər biri vəzifə və qulluq mövqeyindən sui-istifadə edərək qanunsuz sərəncamlar əsasında torpaq sahələrinə yiyələniblər.
Lalə Əhmədova niyə geri çəkildi?
Mediada gedən iddialara görə, 2014-cü ilin yanvar ayında Xəzər rayon icra başçısının müavini təyin olunan Lalə Əhmədova da Eldar Mahmudovun ən yaxın adamlarından biri olub. Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılmışdı. Lakin Eldar Mahmudov 17 oktaybrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü. Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər dolaşdı. Məlumata görə, Lalə Əhmədova Eldar mahmudovun yaxın qohumudur və onun Xəzər rayon İcra başçısının müavini təyinatında da Eldar Mahmudovun rolu az deyil. Bildirək ki, İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. Poltava Koorperasiya İnstitutunun Əmtəəşünaslıq ixtisasını bitirmişdir. Maraqlıdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 1995-ci il tarixli Fərmanı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bütün bu iddia və vəkilin açıqladığı faktlar həm də onu deməyə əsas verir ki, G.İslamov MTN şəbəkəsinin toruna düşüb və bu gücün qarşısında səsini çıxara bilməyib. Əslində, onun vəziyyətini başa düşmək də olar. Çünki MTN rəhbərliyi özünü dövlət içində dövlət kimi aparıb və bir rayon rəhbərinin onun əmrlərinə qarşı getməsi qeyri-mümkün idi. Bu baxımdan hörmətli Gülağa İslamovu dinləməyə və müsahibə almağa, onun mövqeyini dərc etməyə də hazırıq.
MTN-lə işləmiş başçılar cəncəldə
Bu arada onu da deyək ki, Azərbaycan hakimiyyəti sensasion bir əməliyyata hazırlıq görür və proses qeyrirəsmi şəkildə həyata keçirilir. Məlumatda iddia olunur ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Məlumatlıq qaynaq iddia edir ki, hazırda qeyri-rəsmi siyahı tərtib olunur. Hakimiyyət mətbuatda da adı keçmiş icra hakimləri ilə bağlı araşdırmalar aparır. Qeyd edə ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra adı çəkilən qurumda aparılan təmizləmə əməliyyatı ölkədə şok effekti yaratdı. Mətbuatda adı "MTN işi” kimi hallanan təmizləmə əməliyyatında indiyə kimi xeyli sayda general, polkovnik və yüksək rütbəli zabitlər həbs olunub. Haqqlarında vəzifəslərindən sui-istifadə etmək, soyğunçuluq, dövlət əmlakını ələ keçirtmək, şantaj, reketçilik, adam oğurluğu və sair maddələrlə təqsirləndirilən sabiq MTN rəhbərlərinin hələ də əlaqədə olduqları və yaxud da cinayətə sürüklədikləri bir çox adamlar etdikləri cinayət tərkibli əməllərin cəzasını çəkmirlər. Halbuki həmin adamların fəaliyyəti nəticəsində minlərlə insanların hüquqları tapdanılıb, onların mülkiyyətlərinə əl qoyub, özləri isə fiziki və mənəvi ziyanlara məruz qalıblar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
|