"Qurddan başqa çörəyin içərisində uzun iplər də olub" - İTTİHAM VAR
Tarix: 4-03-2017, 10:11 | Çap et
Binə Çörək Zavodundan yenə şikayət var.
AFN-in redaksiyası ilə əlaqə saxlayan oxucularımız bir müddət əvvəl saytımızda gedən yazıdan sonra KİV vasitəsilə bəzi suallara aydınlıq gətirilməsini istəyirlər. Mətləbə keçməzdən öncə qeyd edək ki, bir neçə gün əvvəl saytımızda Binə Çörək Zavodunda istehsal edilən çörəyin içərisindən naməlum əşya tapılması ilə bağlı yazı dərc edilmişdi. Yazıda bildirilirdi ki, Bakı sakini A.Həsənova 22.02.2017-ci il tarixdə saat 19.00 radələrində Xəzər rayonu Binə qəsəbəsində marketdən çörək alıb. Evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb. Məsələ ilə bağlı mağazaya şikayət edilib. Bildirilib ki, çörək Binə Çörək Zavodunun məhsuludur. Binə Çörək Zavodunun məhsulu olan çörəyin içindən çıxan əşyanın fotoları da həmin yazıya əlavə edilmişdi.
Rdaksiyaya müraciət edən oxucularımız isə buna oxşar halın bir neçə ay əvvəl də baş verdiyini xatırladırlar. Bildirirlər ki, ötən il mediada Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yaşayan Nicat Vəlizadənin aldığı Binə Çörək Zavodunun istehsalı olan çörəyin içindən qurd çıxması haqda da yazı gedib: “Qurddan başqa çörəyin içərisində uzun iplər də olub. Bunlar hələ ictimailəşən faktlardır. Bizim özümüz də əvvəllər həmin zavodun çörəyindən alırdıq, amma bu cür halların baş verdiyini görüb evdə çörək bişirmək qərarına gəldik. Ondan əvvəl aldığımız başqa yerli zavodların məhsulları da keyfiyyətsiz çıxmışdı. Amma bizi narahat edən bu zavodun arxasında kimin dayanmasıdır. Kimdir bu qədər arxalı adam ki, zavodla bağlı az qala ayda bir dəfə neqativ hal baş verməsinə baxmayaraq, müvafiq qurumlar orada yoxlama aparmır? Bir balaca bahalaşma yaranan kimi ən birinci qiyməti Binə Çörək Zavodu qaldırıb həmişə. Qiyməti açıq-aydın qaldırmağa cəsarət etməyəndə çəkisini salıblar. Alın çəkin baxın, 600 qram olmalı olan çörəkləri maksimum 480-500 qramdır. Bu da qiymət artırmağın bir yoludur”.
Oxucularımız bizə daha ilginc bir fakt haqda da məlumat verdilər. Bildirdilər ki, Binə Çörək Zavoduna aid avtomobil ötən il ölümlə nəticələnən qəza törədib. Sürücülük vəsiqəsi olmayan adam zavodun məhsullarını daşıdığı zaman qəzaya səbəb olub, amma zavod rəhbərliyi hər hansı məsuliyyətə cəlb olunmayıb: “Zavoda məxsus “Ford” avtomobili “07” ilə toqquşmuşdu, 2 nəfər ölmüşdü, 4 nəfər yaralanmışdı. Həmin vaxt bu barədə saytlardan bəziləri yazdı, “Ford”un sürücüsünün vəsiqəsi yox idi. Zavod rəhbərliyi bu hadisəyə görə heç bir məsuliyyət daşımadı”.
Məsələ ilə bağlı google.az axtarış sistemində axtarış verdik və oxucularımızın iddialarının haqlı olduğunu gördük. Belə ki, ötən il iyul ayının 22-də baş verən hadisə haqda belə bir məlumat yayılıb: Qala-Türkan yolundakı dairədə – yanacaqdoldurma məntəqəsinin qarşısında “VAZ-2107” markalı, 10 XF 917 dövlət nömrə nişanlı və “Ford” markalı, 90 HJ 927 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov avtosfer.az-a deyib ki, hadisə ilə bağlı aparılan ilkin araşdırma zamanı “Ford”u idarə edən 1994-cü il təvəllüdlü, Hacıqabul rayonunda anadan olmuş və Binə südçülük sovxozu ərazisindəki yeni yaşayış massivində yaşayan Əliyev Vasif Fuad oğlunun sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. O, həmin avtomobillə Binə çörək zavodunun çörək və digər un məmulatlarını Şüvəlan, Mərdəkan və Həşəxunu yaşayış məskənləri ərazisində daşımaqla məşğul olurmuş. Hadisə zamanı ölənlər Xocalı şəhər sakini, Ramana qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Əsədov Rüstəm Elbrus oğlu və Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü Əliyev Zahir Tapdıq oğludur. Məlumata görə, Rüstəm Əsədov “07”nin sürücüsü, Tahir Əliyev isə onun sərnişini olub. Həmin avtomobildə olan digər iki sərnişin xəsarət alıb. “Ford”un sürücüsü və sərnişini də yaralanıb və ilkin tibbi yardım göstərilib. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. Vaqif Əsədov onu da bildirdi ki, hüquqi və fiziki şəxslər məhsulların daşınmasını həyata keçirərkən istifadələrində olan nəqliyyat vasitələrini idarə edənlərin sürücülük hüququnun olub-olmamasına diqqət etməli, onların reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Əks halda, qanunvericiliyin tələbinə əsasən, onları da ciddi cəzalar gözləyir: “Zavod rəhbəri həmin şəxsin sürücülük vəsiqəsi olmadığını bildiyi halda avtomobili ona verməsəydi, belə hadisə də baş verməzdi. Bu cür müəssisə rəhbərləri belə məsələlərdə diqqətli olmalı və qanunun tələblərinə əməl etməlidirlər”.
Göründüyü kimi, möhtərəm oxucularımız bizə heç də yanlış məlumat verməyiblər. Onların narahatlığını nəzərə alaraq həmin hadisə üzrə istintaqın gedişi və nəticəsi haqda məlumat əldə etməyə çalışacağıq.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
|