Neft böhranının hədəfə aldığı Azərbaycan futbolu - ARAŞDIRMA
Tarix: 15-05-2017, 09:34 | Çap et
Futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsində - Topaz Premyer Liqasında fəaliyyətini dayandıran klubların sayı xeyli artıb. 2016-2017 - ci il mövsümü üçün liqada çıxış edən klubların sayı 12-dən 8-ə endirilib. Bəs bu hal Azərbaycan milli komandasına necə təsir edir?! Klublar niyə yaradılmışdı, indi niyə ləğv olunur?..
Modern.az bunun səbəblərini araşdırıb və ortaya maraqlı faktlar çıxıb.
Hazırda AFFA-nın məşqçilər komitəsində fəaliyyətini davam etdirən təcrübəli mütəxəssis Ağasəlim Mircavadov mövzuya dair fikirlərini bizimlə bölüşüb. “Mən klubların fəaliyyətini dayandırmasını maliyyə səbəbləri ilə əlaqələndirirəm. Bu çox böyük bir mövzudur. İki kəlmə ilə bu məsələni bitirmək olmaz. Ancaq konkret şəkildə deyə bilərəm ki, hazırda sponsor yoxdur. Bu da həlledici rol oynayır. Bu məsələlərə görə AFFA-nı günahlandırmaq düzgün deyil. Onlar 8 komanda saxlayır. Bu barədə əlindən gələni edir. Yaxşı oyunçuları AFFA təşkilatı dəstəkləyir və xaricə göndərir” .
Əməkdar məşqçi Premyer Liqada klubların sayının azaldılmasının milli komandaya da mənfi təsir etdiyini bildirib: “Siz özünüz təsəvvür edin. Biri var 8 klubdan oyunçu seçəsən, biri də var 16 klubdan. Yəni nə qədər oyunçu çox olsa, məşqçi tərəfindən keyfiyyətli seçim etmək imkanları bir o qədər geniş olur. Buna baxmayaraq, qeyd edim ki, hazırda milli komandanın Dünya Çempionatının seçmə mərhələsində çıxışı təqdirəlayiqdir. Bildiyiniz kimi, 7 xal toplamışıq. Bu çox yaxşı göstəricidir. Növbəti matç İrlandiya ilə gerçəkləşəcək. Bu da çox vacib oyundur. Onu da deyim ki, yığmaya cavan oyunçular da dəvət olunub. Hər halda iş gedir”.
Vaxtilə “Xəzər-Lənkəran”, “Bakı” kimi klubların məşqçisi olmuş futbol mütəxəssisi, bu klubların fəaliyyətini dayandırmasından təəssüf hissi keçirdiyini vurğulayıb: “Əlbəttə, “Xəzər-Lənkəran”, “Bakı” kimi nəhəng klubların Topaz Premyer Liqasında çıxış etməməsi Azərbaycan futboluna böyük bir zərbədir. Eləcə də digər klubların fəaliyyətini dayandırması. Mən “Xəzər-Lənkəran”da işlədiyim müddətdə o bölgədə hər məşq futbol bayramı havasında idi. Həmçinin, digər bölgələrimizdə də... Çünki Azərbaycanın hər bölgəsində futbola maraq yüksək dərəcədədir”.
Qoal.az saytının redaktoru Aydın Bağırov:
“Klublarının sayının azaldılması uşaq futbolundan başlayaraq, istər klublara, istərsə də milli komandanın bu gününə və gələcəyinə ciddi zərbədir. Belə amillərə görə milli səviyyədə uğur əldə etmək baxımından korluq çəkirik. Bildiyiniz kimi, son olaraq sayılıb-seçilən klublardan “Bakı”, “Xəzər-Lənkəran”, eləcə də “Araz-Naxçıvan” və “Simurq” axırıncı mövsümdə fəaliyyətini dayandırdı. “Bakı” klubu iş adamı Hafiz Məmmədovun iqtisadi vəziyyətinin ağırlaşması, “Xəzər-Lənkəran” isə “Palmali” şirkətindəki problemlərə görə çıxışını dayandırmaq məcburiyyətində qaldı. Bu, Azərbaycan futbolu üçün acı təcrübədir. “Araz-Naxçıvan”a gəldikdə, maliyyə deyil, başqa səbəblərlə əlaqəli fəaliyyətini dayandırdı”. A.Bağırov Azərbaycanda peşəkar klub anlayışının formalaşmadığını qeyd edib: “Azərbaycanda klublar birbaşa sponsordan asılıdır. Əslində isə belə olmamalıdır. Çox uzağa getməyək. Adicə qonşu ölkələrə nəzər saldıqda görərik ki, hər bir klubun yüzlərlə üzvü olur və hər ay üzvlük haqqı alınır. Bunun özü kluba böyük dəstəkdir. Həmçinin bilet, forma satışı və klubun atributlarından əldə olunan gəlir də əhəmiyyətli dayaqdır”. “Sponsorun öz həvəsi, stimulu olmalıdır” deyən jurnalist çatışmayan cəhətləri izah edib: “Adi qaydada, kluba sponsor olan şirkət (söhbət iri şirkətlərdən gedir), vergidən azad olunur və bu, onda bir stimul yaradır. Ona görə ki, bir kluba sponsorluq etsin, sərmayə qoysun. Məlumdur ki, klubun çıxışı uğurlu alınsa ,yəni UEFA Çempionlar Liqası və yaxud AvroLiqaya vəsiqə qazanarsa, əlavə gəlir əldə olunur”. Jurnalist klubların fəaliyyətinin dayandırmasından sonra futbolçulardan daha çox, işsiz qalan klub işçilərini düşündüyünü bildirib: “Müəyyən futbolçular var ki - təcrübəli və hazır formada olan oyunçulardır- özlərinə klub tapırlar. Lakin mən bu məsələyə təkcə bir tərəfdən yox, hər iki tərəfdən baxıram. Belə ki, klubun onlarla, yüzlərlə əməkdaşı var. Bu durumda onlar da işsiz qalmış olur. Özü də belə bir vaxtda. Məni daha çox kədərləndirən məsələ budur”.
İdman şərhçisi Ceyhun Rzayev ölkəmizdə yaşanan devalvasiyanın futbola təsirsiz ötüşmədiyini vurğulayıb: “Məlum olduğu kimi, AFFA bir tək SOCAR tərəfindən dəstəklənir. Hazırda bütün sponsorlar qırağa çəkilib və belə bir vəziyyət alınıb. Bu işlərdə maliyyə məsələləri mühüm rol oynayır. Peşəkar Futbol Liqasında klub sayının az olması gələcəkdə Azərbaycan futbolu üçün fəsadlar yarada bilər. Belə ki, həm oyunçu, həm də məşqçi yetişməsi baxımından klubun sayı nə qədər çox olsa, o qədər yaxşıdır”. Müsahibimiz klubsuz qalan oyunçular haqqında da fikir bildirib: “Fəaliyyətini dayandıran klubların növbəti mövsümdə də bərpa olunacağını düşünmürəm. Məndə olan məlumata görə, klubsuz qalan futbolçulardan bəziləri fubolu buraxır, bəziləri isə Türkiyənin 5-ci divizionu olan “ Bal liqası”nda çıxış edən klublara cəlb olunub. Bundan əlavə, AFFA-nın istedadlı oyunçuları dəstəklədiyi məlumdur. Elnur Cəfərov bu qəbildən olan futbolçulardandır. Hazırda bu futbolçu həmin dəstəklə Xorvatiyanın “NK Dugopolje” klubunda çıxış edir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
|