Bu məmura qarşı ciddi ittihamlar VAR
Tarix: 8-07-2017, 10:42 | Çap et
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi tədbirdə Prezident İlham Əliyev bildirdi ki: “Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır. Xoşagəlməz hallarla ciddi mübarizə gedir. Bu sahədə görülən tədbirlər ciddi nəticələr verir. Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir.” Təəssüflər olsun ki, Dövlət Başçısının korrupsiya və rüşvətxorluqla mübarizə istiqamətində apardığı məqsədyönlü fəaliyyətə mane olmaq cəsarətində olan məmurlar hələ də görəvlərinin başındadırlar. Bəzi nazirliklərin, dövlət komitələrinin, səhmdar cəmiyyətlərin rəhbərləri qüsurlu hərəkətləri, təkəbbürü, ən başlıcası isə yarıtmaz əməlləri ilə vətəndaşı öz dövlətindən və hakimiyyətindən narazı salan bu cür müəssisə rəhbərlərini nəinki gizli, hətta açıq şəkildə qoruyurlar. Sanki yöndəmsiz idarəçiliyi ilə ad çıxarmış bu cür müəssisə rəhbərləri bilərəkdən şımarıqlaşdırılır. Beləliklə bir nazirin, komitə sədrinin və ya səhmdar cəmiyyət rəhbərinin hikkəsinin nəticəsi ölkə insanının dövlətinə və hökumətinə inamını sarsıdır. Hər halda bunu məntiq deyir. Conflict.az-ın ötən saylarında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində baş verən rüşvət olayları ilə bağlı bir neçə audio – müsahibələr dərc edilmişdi. Xatırladaq ki, həmin səs yazılarının birində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov təqaüdü hesabına köçürülməyən III qrup əlildən müxtəlif bəhanələr gətirməklə, pul istəyit. Bakir Məmmədovun öz dili ilə rüşvət istədiyi səs yazısı belə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyini, konkret nazir Səlim Müslümovu hərəkətə gətirmədi. İnspektorun öz dili ilə rüşvət istəməsi və nazirliyin bu cür biabırçı olaya seyirçi mövqedə qalması olduqca təəccüb və təəsüf yaradacaq vəziyyətdir. Görəsən cənab Səlim Müslümov bununla nə demək istəyir? Axı baş verən hadisə ilə nazirin KİV-də səsləndirdiyi fikirlər tərs mütənasibdir. Əgər nazir son illər vətəndaş – məmur təmasının minimuma enməsini iddia edirsə, İmişlidə Səlim Müslümovun rəhbərlik etdiyi qurumda çalışan məmur artıq vətəndaşın nəinki özü, hətta birbaşa cibi ilə təmas qurur. 4 aydır təqaüdünü ala bilməyən əlil probleminin araşdırılması üçün İmişli DSMF-yə müraciət edir, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov III qrup əlilə onun “probleminin” həllinin olduqca çətin olduğunu deyir. Ustalıqla müxtəlif bəhanələr uyduran inspektor marağı təmin edilmədiyi üçün təqüdçüyə çatan 4 aylıq vəsaitin yalnız 15 günlük miqdarını ala biləcəyini söyləyir. Yəni III qrup əlilin dövlətdən aldığı təqaüdü belə İmişli DSMF-də şöbə əməkdaşının “yardımı” olmadan alması mümükünsüzdür. Bakir Məmmədovun janqlyorluğunun sonu III qrup əlildən 30 manat rüşvət istəməklə sonuclanır. Nəticə, Bakir Məmmədov və onu birbaşa himayə edən İmişli DSMF-nin müdiri İntiqam Əliyev hətta bu hadisədən sonra belə hələ də görəvlərinin başndadırlar.
Məlumatın dərcindən cəmi iki gün sonra Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucov redaksiyaya telefon açaraq bildirdi ki, İmişli DSMF-nin müdiri İntiqam Əliyev ona iş otağında oğlu, II qrup əlil Orucov Elgün Yaqub oğlunun təqaüdünü kəsəcəyini deyib. İntiqam Əliyev Y.Orucova buna səbəb kimi Elgünün işlədiyi müddətdə əmək haqqından DSMF-yə hər hansı məbləğin daxil olmamasını göstərib. Şikayətçi cavabında bu məsələnin həlli məsuliyyətinin fəhlənin deyil, məhz müəssisənin aidiyyatı strukturunda olduğunu söyləsə də, DSMF müdiri məcburi köçkünlə razılaşmayıb və onu otağından qovub. Yaqub Orucov II qrup əlil övladına qarşı atılan bu addımı DSMF sədrinin ondan maddi istəklərinin olması ilə əlaqələndirmişdi. “...Əgər məndən umacaqları olmasa idi sənədlərimi əvvəldən qəbul etməzdilər. Mən sənədi təqdim edəndə İmişli DSMF-nin əməkdaşı biz sənin işini “düzüb-qoşacağıq”, səndə bu işlərin necə “həll” olunduğunu bilirsən də, mənə istəyini açıq şəkildə bildirmişdi.” – deyə əməkdaşımıza audio – müsahibə verən Yaqub Orucovla bağlı məlumatın dərcindən bir gün sonra məcburi köçkünə qarşı İmişli DSMF-nin rəhbərliyi tərəfindən təzyiqlər başladı.
Təkrar redaksiyaya telefon açan məcburi köçkünə mətbuatda dərc edilən audio – müsahibəsindən imtina edəcəyi və ittihamlarını əsəbi halda söylədiyi ilə bağlı izahat yazacağı təqdirdə əlil övladının təqüdünə toxunulmayacağı vədini verirlər. Biz həmin vaxtda qeyd etmişdik: Əlil və ya qocanın təqaüd, müavinət və ya s. adda aldığı müavinət kimsənin şəxsi əmlakı deyil. Ölkə Qanunları əsasında təyin olunmuş dövlət vəsaitidir. Bəs elə isə nədən Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin İmişlidəki qurumunun rəhbəri İntiqam Əliyev bu kateqoriyaya aid olan insanların özünə borclu olduğunu düşünür? Bu gün Yaqub Orucovun sağlıq durumu ilə bağlı Conflict.az-a daxil olan məlumatda bildirlir ki, həmin hadisədən sonra II qrup əlil olan məcburi köçkünün səhhətində ciddi problemlər yaranıb. Əslində Yaqub Orusov audio – müsahibəsində İntqam Əliyevin öz xidməti otağında ona qarşı hədələyici hərəkətlərindən sonra özünü olduqca pis hiss etdiyini qeyd etmişdi. Audo - müsahibəsində “pilləkənləri necə düşdüyümü bilmədim” – deyən II qrup əlil məcburi köçkünə qarşı sonrakı təhrikedici təzyiqlər də nəticədə Yaqub Orucovun səhhətinə təsirsiz qalmadı. II qrup əlil olan məcburi köşkünə qarşı DSMF-nin İmişli rayon şöbəsindəki məlum hadisədən isə cəmi bir gün sonra, eyni məzmunlu hərəkətlər yazıçı – jurnalist, II qrup əlil Məryəm Şahverdiyevaya qarşı da edilir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, özüdə II qrup əlil olan Məryəm Şahverdiyevanın yaşlı anasının problemləri ilə bağlı DSMF-nin İmişli rayon şöbəsinə müraciəti zamanı şöbə müdiri İntiqam Əliyev xəstə qadını nənki qəbul etməyib, hətta köməkçisinə onu qəbul otağından uzaqlaşdırmağı tapşırıb. Redaksiyaya telefon açan Məryəm Şahverdiyeva əməkdaşımıza verdiyi audio – müsahibəsində bildirdi ki, DSMF-nin İmşli rayon şöbəsinin əməkdaşlarından biri onun gözləri önündə şöbəyə müraciət edən vətəndaşdan 15 manat rüşvət alıb. Yazıçı – jurnalistin DSMF əməkdaşının hərəkətinə etirazından sonra aldığı cavab isə daha orjinal olub: “Məryəm xanım bu rüşvət deyil şirinlikdir.” Xatırladaq ki, Yaqub Orucovun audio – müashibəsini dinləyən DSMF-nin İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyevdə sonda eyni məzmunlu cümlə ifadə etmişdi: “burada nə var ki, aldığımız rüşvət deyil şirinlikdir”.
DSMF-nin İmişli rayon şöbəsinin müdiri və əməkdaşları ilə bağlı vətəndaşın öz səsi ilə səsləndirdiyi ittihamlara məhz Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, konkret nazir Səlim Müslümovun hələ ki, biganə qalması, İnitqam Əliyevin və onun komandasının məğlubedilməz obarazını yaradır. Əslində ən böyük yanlışlıq da budur. Bu cür düşünənlərə ən tutarlı cavabı cənab Prezidentin məmur övladları ilə bağlı söylədiyi fikirlərində axtarmaq lazımdır: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. Mövzuya qayıdacağıq. Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|