“Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                 

Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış... - FOTOLAR
Tarix: 28-07-2017, 09:46 | Çap et
Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...
Bu gün paytaxtın Yasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri "Elite City" MMC tikinti şirkətinə etiraz əlaməti olaraq aksiya keçiriblər. Sputnik Azərbaycan-ın əməkdaşı əraziyə gedərək şikayətçi sakinləri dinləyib.

Sakinlər bildiriblər ki, ərazidə problemlər mart ayında ağacların kəsilməsi ilə başlayıb. Sonradan məlum olub ki, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başıçısı İbrahim Mehdiyev ərazidə 14 mərtəbəli, iki bloklu binanın tikilməsi üçün sərəncam veribmiş.
Ərazi sakini Emil Abbasovun bildirdiyinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi məktuba əsasən, ərazidə bina tikilməsinə sərəncam verib. Sonradan ərazi sakinləri Komitəyə müraciət ediblər. Araşdırma aparıldıqdan sonra Komitədən Yasamal Rayon İcra Hakimiyyətinə, ərazidə çoxmərtəbəli binanın tikintisinin məqsədəuyğun olmadığı tövsiyyə edilib.
"İbrahim Mehdiyev işdən azad edilsə də, verdiyi sərəncam qüvvədə qalır və Komitəsinin ikinci məktubuna heç kim əhəmiyyət vermir" — E. Abbasov qeyd edib.
Hazırda binanın tikintisi nəzərdə tutlan ərazidə 3 fin evi var. Həmin evlərdə 24 ailə məskunlaşıb. Tikinti şirkəti fin evlərinin sakinləri ilə razılığa gəlib. Lakin fin evləri ərazidə olan 3 ədəd 9 mərətəbli binanın həyətində olduğu üçün, 14 mərtəbəli binanın tikilməsi də həmin 9 mərtəbəli binaların arasında nəzərdə tutulur.
Binalardan birinin sakini Cəmaləddin Fərhadovun sözlərinə görə, qanunla binalar arasında məsafə binanın hündürlüyü və eni toplanaraq ikiyə vurularaq hesablanır: "Bizim binalar arasında isə 58 metr məsafə var. Yəni bu kiçik ərazidə çoxmərtəbəli bina tikilsə, bizim nəfəs almağa yerimiz qalmayacaq".
"Binamızın arxasında 16 mərtəbəli bir bina tikilir, 14 mərtəbəli bina da öndə tikilsə, bizim binalar gün işığından məhrum olacaq. Uşaqlarımız üçün oynamağa da yer yoxdur" — C. Fərhadov əlavə edib.
Ərazidə yaşayan Gülnar Əliyeva da uşaqlıqdan bu ərazidə yaşadığını deyir: "Əvvəllər burada həyətdə fəvvarə, müxtəlif meyvə ağacları vardı. Həyətimiz cənnətə bənzəyirdi. İndi vəziyyəti görürsünüz, burada bina tikilsə, addım atmağa yer qalmayacaq".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İbrahim Mehdiyevə ünvanladığı məktubİbrahim Mehdiyevin verdiyi son sərəncamYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblərYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblərYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblərYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblərYasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən 25, 27, 29 saylı binaların sakinləri Elite City MMC tikinti şirkətinə etiraz olaraq aksiya keçiriblər

Digər sakin Dilavər Sultanov qeyd edir ki, artıq 3 binanın sakinləri 1 saylı İqtisad Məhkəməsinə müraciət ediblər: "Artıq məhkəməyə müraciət etmişik. Gözləyirik, görək, nə qərar veriləcək. Özünüz də görürsünüz ki, binaların həyətində çoxmərtəbəli bina tikilməsi üçün yer yoxdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3-cü məktubunda qeyd edilir ki, ərazidə üçmərtəbəli qeyri-yaşayış binası tikilə bilər. Biz isə həyətimizin yaşıllaşdırılmasını istəyirik. Yaşlı vaxtımızdır, nəfəs almağa yer tapmırıq".
Sakinlərin hüquqlarının müdafiəçisi Habil İsgəndərovun Sputnik Azərbaycan-a vediyi məlumata görə, ərazidə 3 ədəd 9 mərtəbəli və bir ədəd 5 mərtəbəli bina var: "Mən həm də ərazi sakiniyəm. Həyətimiz qapalı həyətdir. Burada 3 ədəd ikimərtəbəli fin evi var. Həmin evlərdə 24 ailə yaşayır. Bizim binalarda isə 300 ailə yaşayır".
"İndi bir tikinti şirkəti ortaya çıxıb, mart ayında gəlib ağacları kəsdilər. Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyev işdən azad edilməmişdən bir həftə öncə fin evlərinin yerində, həyətin içində 14 mərtəbəli binanın tikilməsi üçün sərəncam verib. Sakinlər də həyətdə yeni bir binanın tikilməsinə qarşıdırlar. Çünki burada yeni bina tikilsə, ayaq atmağa yer qalmayacaq. Sərəncamın ləğvi üçün artıq məhkəməyə müraciət etmişik" — İsgəndərov qeyd edib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarında birmənalı olaraq göstərilir ki, rayon icra hakimiyyəti tikintiyə yalnız Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyini almaqla icazə verə bilər. Lakin Komitə tərəfindən təqdim olunmuş məktublardan da göründüyü kimi, Dövlət Komitəsi həmin həyətdə yaşayış binasının tikintisinə müsbət rəy verməyib.
"Biz həmin ərazidəki fin evlərinin sökülməsinə etiraz etmirik. Əksinə, həmin binaların sökülməsini və ərazinin abadlaşdırılmasını istəyirik. Lakin, həyətimizdə 14 mərtəbəli bina tikilərsə, bizim yaşadığımız mənzillərə təbii günəş işığının düşməsi, mənzillərin təbii havalanması mümkünsüz olacaq. Qapalı həyətdə sakinlərin istirahəti, uşaqların oynaması üçün yer qalmayacaq, nəinki avtomobillə, ayaqla belə hərəkət etmək çətinləşəcək. Nəzərə alınmalıdır ki, göstərdiyimiz binalarda 300-dən çox mənzil var və hər mənzildə orta hesabla 4-5 sakin yaşayır. 1200-1500 sakinin yaşadığı binaların yeganə çıxış imkanı, şəhərə çıxışı üçün yolu keçən həyətdə hündürmərtəbəli binanın tikintisi bizim öz mənzillərimizdə rahat, sanitar-epidemioloji şəraitdə yaşamağımızı məhdudlaşdıracaq. Avtomobillərin saxlanması üçün park yerləri, uşaqların çıxması, oynaması, yaşlıların istirahəti üçün başqa bir yer yoxdur. Bizim binalar 3 tərəfdən — Ə.Cəmil, Şəhriyar və Z.Xəlilov küçələri, bir tərəfdən də elə həmin “ELİTE CİTY” MMC-nin hazırda tikintisini davam etdirdiyi 16 mərtəbəli 4 bloklu yeni tikili ilə əhatələnib" — deyə İsgəndərov əlavə edib.
Qeyd edək ki, etiraz aksiyasınını gedişi zamanı əraziyə Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Müseyib Bayramov gələrək baxış keçirib. Həmçinin, həyət ölçülüb, qeydə alınıb. Bura yenidəb baxış keçirilməsi də planlaşdırılır.
Aksiya zamanı fin evlərinin sakinləri ilə digər binaların sakinləri arasında qarşıdurmanın yaranmaması üçün əraziyə Yasamal Rayon Polisinin Çevik Polis Alayının əməkdaşları da cəlb edilib.


Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...
Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...
Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...
Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...
Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...
Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...
Qanunsuz qərara getməzdən 1 həftə imza atıbmış...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru