“Xəzər Dəniz Gəmiçiliyi”nin şefi barədə iddialar - İTTİHAM VAR
Tarix: 2-08-2017, 09:45 | Çap et
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev zaman-zaman mətbuatın hədəfinə gəlsə də iş prinsipində dəyişiklik etmək fikrində olmadığını israrla nümayiş etdirir. Rəhbərlik etdiyi qurumu rüşvət və korrupsiya yuvasına çevirən QSC sədri heç nəyə və heç kimə məhəl qoymadan oxşar davranışlarını bu gün də davam etdirməkdədir. Mətbuatda yazılanlara biganə münasibəti ilə seçilən Rauf Vəliyevin son vaxtlar ciddi narahatçılıq keçirdiyi haqda məlumatlar dolaşır. Məlumatlarda o da qeyd olunur ki, neçə illərdir “Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi iqtisadi baxımdan çox gəlirli sahəyə rəhbərlik edən Rauf Vəliyevin korrupsiya şəbəkəsi yaradaraq mənimsədiyi pullar yuxarı dairələrin də diqqətindən yayınmayıb. Hətta bununla bağlı ona ciddi iradların bildirildiyi də iddia olunur. Bütün bunlara baxmayaraq QSC sədri hələ ki, postunda oturmaqda davam edir.
Gəmilərdən və tankerlərdən qazanılan aylıq vəsaitlər yüz minlərlə ölçülür... Tia.az-ın məlumatına görə R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir. Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. Əslində müavinlər onlara çatacaq “paket”lə kifayətlənərək susurlar. Gəlirin böyük faizi məhz Rauf Vəliyevə çatır. “Yuxarılar”la anlaşmağın zəruri olduğunu müavinlərin diqqətinə çatdıran QSC sədri məharətlə çirkli pulların böyük bir qisminə nəzarəti həyata keçirir. «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodlarının da daxil olduğunu deyən məlumatlı şəxs qeyd edir ki, nəqliyyat donanmasının tərkibində 98 gəmi, o cümlədən 34 tanker, 13 gəmi-bərə, 14 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 35 texniki, təchizat və xidməti-köməkçi gəmi mövcuddur: «İxtisaslaşdırılmış donanma isə 188 gəmidən, o cümlədən 21 kran, 22 təchizat-yedək, 29 sərnişin, 2 borudüzən, 11 dalğıc, 7 yanğınsöndürən, 5 mühəndis-geoloji, 7 liman-yedək gəmisindən və 84 xidməti və köməkçi gəmidən ibarətdir. Nəzərinizə çatdırım ki, bu cür QSC-nin rəhbər postlarında çalışan şəxslərin əksəriyyəti «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır. Gəmilərin və tankerlərin təmiri adı altında milyonlarla vəsaitin mənimsənildiyi barədə daxil olan informasiyalar isə daha ciddi qanun pozuntularından və korrupsiyadan xəbər verir. Əldə etdiyimiz məlumatlara görə mənimsənilən milyonların qarşılığında gəmi və tankerlərə texniki xidmət demək olar ki, həyata keçirilmir. Məhz buna görə də, tez-tez Xəzər Dəniz Gəmiçiliyinə aid gəmi və tankerlərdə texniki nasazlıqlar baş verir. Bu haqda gələn yazılarımızda daxil olan məlumatlar əsasında başqa bir məqaləmiz işıq üzü görəcək.
Xəzərin dalğalarında Panamaya qədər gedib çıxan Rauf Vəliyev Daha bir məlumat isə Rauf Vəliyevin topladığı çirkli pulların ofşor zonalara transfer edilməsi ilə bağlıdır. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda Rauf Vəliyevin adının çəkilməsi heç də təsadüfi deyil. Qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.(vizual)Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə gələcək araşdırmalarımızda məlumat verməyə çalışacağıq. . Qeyd edək ki, Rauf Vəliyev "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin olunmazdan əvvəl uzun müddət SOCAR-da çalışıb. O, sonuncu təyinata qədər SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi olub. R.Vəliyevin 2000-ci ildə Braxon Group S.A şirkətini yaradan zaman bu qurumda çalışması və birdən-birə belə yüksək vəzifəyə təyinatı onun SOCAR şefi Rövnəq Abdullayevlə yaxın münasibətləri olduğundan xəbər verir. Ümumiyyətlə oliqarxa çevrilən Rauf Vəliyevin topladığı pulların xaricdə müəyyən işlərə yatırması barədə məlumatlar da diqqət çəkir. Elə Azərbaycanda da lüks həyat keçirən Rauf Vəliyevin sərhədlərimizdən kənara meyl etməsi düşündürücü faktordur.
Rüşvət yuvasına çevrilən QSC Ölkə mətbuatında Xəzər Dəniz Gəmiçiliyində hökm sürən neqativ hallar barədə yetərincə məlumatlar getsə də Rauf Vəliyev susmağa üstünlük verir. Məsələn, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz Həsənov prezident İlham Əliyevə və xanımı Mehriba Əliyevaya ünvanladığı müraciətdə Rauf Vəliyevin qəbulunda olmağına baxmayaraq, ondan işə düzəlmək üçün 5 min manat pul istənildiyi barədə ittiham irəli sürür. Təbii ki, bu məsələ ictimailəşəndən sonra Rauf Vəliyevin də bundan xəbərdar olmaması inandırıcı görünmür. Rüşvət hallarl tək bunula yekunlaşmır. QSC-nin daxilində rüşvət hallarının kifayət qaədər çox olması artıq, kollektivi də hərəkətə gətirib. Redaksiyamıza müraciət edən QSC əməkdaşları adlarını anonim saxlamaqla baş verənlərin ictimailəşməsinə yardımçı olacaqlarını bildirirlər. QSC-də neqativ hallar və qanunsuzluqlar o həddə çatıb ki, Rauf Vəliyev ağlasığmaz qərarlar verməkdən belə çəkinmir. Məlumatlı mənbədən verilən informasiyada bildirilir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbəri Rauf Vəliyev daxili bir qərar imzalayıb. Qərara görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə müraciət edən bütün Qarabağ şəhidi ailələri, Milli Qəhrəman ailələri, Qarabağ əlilləri, bir sözlə, 1-ci Qarabağ savaşında özü və yaxınları iştirak etmiş bütün şəxslərə istənilən bir mövzuda rədd cavabı verilməlidir. Xəbəri verən mənbə bildirir ki, Rauf Vəliyevin göstərişinə əsasən sözügedən kateqoriyadan olan vətəndaşların qurumun qapısından qovulması net şəkildə ifadə olunub.
Rauf Vəliyevin arxasında dayanan qüvvələr kimlərdir? Yuxarıda qeyd etdiyimiz kimi Rauf Vəliyevin SOCAR prezidenti Rövnəq Abdullayevə güvəndiyi barədə iddialar mövcuddur. İddia olunur ki, dəfələrlə yuxarıların qəzəbinə tuş gələn Rauf Vəliyevi məhz Rövnəq Abdullayev son anda xilas edə bilib və yuxarıları inandıra bilib ki, onu kadrı “sədaqətli və təmizdir”. Bu arada, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin sədrinin əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olduğunu deyən mənbə qeyd edir ki, Rauf Vəliyev himayəsində olduğu şəxsin – Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovun dəstəyi ilə uzun müddət ARDNŞ-də mühüm postlarda təmsil olunub: «Belə ki, o, 2006-2007-ci illərdə Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. Deyilənlərə görə, Mikayıl İsmayılovun adamı kimi xarakterizə olunan Rauf Vəliyevin «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin sədri vəzifəsinə gətirilməsində də Dövlət Neft Şirkətinin vitse-prezidentinin müstəsna xidmətləri olub. Məqalədə adıçəkilən şəxsləri mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Ardı var…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|