“Ziraat Bank”— Azərbaycanda itirilməkdə olan şöhrət - GİLEY
Tarix: 28-08-2017, 10:12 | Çap et
“Necə türk bankısız bilmirəm, amma filialınızda 1 türk lirəsi də ala bilmədim”.
Axar.az-ın araşdırmasına səbəb olan bu sözlər “Ziraat Bank Azərbaycan”ın Feysbuk səhifəsində bankın müştərisinin yazdığı şikayətdə yer alıb.
Bank ilə bağlı şikayətlər təkcə bununla kifayətlənmir. Həmin səhifədə apardığımız qısa axtarış zamanı məlum oldu ki, “Ziraat Bank Azərbaycan”ın müştərilərinin çox hissəsi bankdan narazıdır. Belə ki, müştərilər bankın ATM sayının azlığından və filiallarının yetərli olmamasından da şikayətlənirlər. Ən maraqlısı isə banka gələn müştərinin adi bir bank əməliyyatı üçün 35 dəqiqədən çox gözləməli olduğu faktıdır.
Bəlkə də bütün bu şikayətlərin əsas məğzini təşkil edən problemləri bankın hələ tam qüvvəsi ilə işə başlamaması və ya digər iqtisadi səbəblərlə əlaqələndirmək olardı. Amma araşdırmamızı davam etdirdikcə daha məyusedici və əsaslı boşluqlarla qarşılaşdıq.
2014-cü ilin dekabr ayında Mərkəzi Bankdan lisenziya almış və iki ildən artıqdır ki, yuxarıda qeyd etdiyimiz şikayətlər fonunda fəaliyyət göstərən “Ziraat Bank Azərbaycan”ın yaydığı illik və rüblük prudensial hesabatlarında yer alanları sizlərə təqdim edirik.
Bank, yoxsa valyuta dəyişmə məntəqəsi?
2017-ci ilin ikinci rübündə “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 1 milyon 743 min manat olub. Bunun 1 milyon 469 min manatı xarici valyuta ticarəti üzrə gəlirlərdən əldə olunub. Digər rüblərə aid göstəricilərdə də eyni hal təkrarlanmaqdadır. Sual yaranır: Türkiyənin dünyaca məşhur “Ziraat Bank”ı, necə deyərlər, Azərbaycanda bank adı ilə valyuta dəyişmə məntəqəsimi açıb?
Hesabatda bankın 2016-cı ildə kənd təsərrüfatına 837 min manat kredit ayırdığı da göstərilir. Bu isə “Ziraat Bank Azərbaycan”ın kredit portfelinin heç 1,5 faizini də təşkil etmir. Məlumat üçün bildirək ki, “Ziraat” sözü Türkiyə türkcəsindən tərcümədə “kənd təsərrüfatı” deməkdir... Adına yaraşırmı?!
Bu ilin ikinci rübündə bankın aktivlərinin həcmi 154 milyon manat, kredit portfeli isə 65 milyon manat təşkil edib. Ən təəccüblü məqam ondan ibarətdir ki, bankın kreditlər üzrə məqsədli ehtiyatları cəmi 23 min manat təşkil etməkdədir. Maraqlıdır, görəsən, bu məhdud məbləğlə bank gözlənilməz risklərdən necə qorunmağı düşünür?
Daha bir mühüm məqam: dünya şöhrətli bir bankın Azərbaycandakı törəməsi sahib olduğu kredit portfelinin 88%-ini cəmi 14 borcalana verib. (2016-ci ilin yekun hesabatı – red.) Bu cür məhdud müştəri qrupu ilə çalışmaq axı nə Türkiyə, nə də Azərbaycan bankı üçün təqdir olunası bir hal deyil.
“Ziraat Bank Azərbaycan”ın rəsmi saytında yerləşdirilən hesabata görə, məcmu kapital rüblər üzrə dəyişsə də (50 milyon, 57 milyon, 60 milyon manat), məcmu kapitalın adekvatlıq əmsalı 10 faizdən nə aşağı olur, nə də yuxarı. Doğrudur, 10 faiz adekvatlıq əmsalı Mərkəzi Bank tərəfindən qoyulmuş normadır... Amma belə bir təsəvvür yaranır, sanki bank özü rəqəmləri elə tənzimləyir ki, 10 faizlik normadan aşağı düşməsin.
Bankın korporativ məsuliyyət nümunəsi
Göründüyü kimi, faktların yer aldığı hər bir hissə cavab tələb edir. Elə bu məqsədlə də açıqlama almaq üçün “Ziraat Bank Azərbaycan” ilə əlaqə saxladıq. Əvvəlcə Marketinq Departamentinin direktoru Zümrüd Hacıyeva ilə müsahibəyə dəvət edildik. Amma bankda bizə dedilər ki, həmin department direktoru hansısa vacib bir işinə görə işdə yoxdu. Və suallara bankın İdarə Heyətinin üzvü Vüqar Rəfiyevin cavab verə biləcəyini bildirdilər. Təəssüf ki, V.Rəfiyevdən də cavab ala bilmədik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|