“Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                 

“Vurulmuş” nazirin adı ilə bağlı müəmmalı cinayət dosyeləri... - İTTİHAM VAR
Tarix: 1-09-2017, 11:46 | Çap et
“Vurulmuş” nazirin adı ilə bağlı müəmmalı cinayət dosyeləri...
Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədə olduğu illər ərzində onun adı daim qalmaqallarda hallanıb. O, vəzifədən gedəndən sonra da adı mətbuatın gündəmindən düşməyib. Sonuncu dəfə Z.Məmmədovun adı İsveç məhkəməsində araşdırılan iş üzrə mətbuatda hallanmışdı.

Məsələnin mahiyyəti budur ki, Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycan vəzifəli şəxslərinə 56 milyon dollar “otkat” ötürülməsinə dair sövdələşmədə iştirak ediblər. İsveç məhkəməsi həmin vəzifəli şəxslərin kimliyini araşdırdığı bir vaxtda yerli mətbuatda həmin məmurların Ziya Məmmədov və onun müavini olmuş Arif Əsgərovun ola biləcəyi haqda iddialar yer alıb.

Sabiq nəqliyyat naziri hazırda işsizdir. Onun hərəkət sərbəstliyi olsa da, belə xəbərlər var ki, Z.Məmmədov ölkənin ərazisini tərk edə bilməz. Onun hazırkı statusuna “ölkə dustağı” adı da vermək olar. Maraqlıdır ki, nazir işlədiyi dövrlərdə Z.Məmmədovun ətrafında xeyli müəmmalı ölüm işləri də olub. Həmin hadisələr baş verərkən Azərbaycandakı şərtlər işi araşdıran müstəntiqlərə Z.Məmmədovu, onun yaxınlarını dindirməyə imkan vermirdi. Bununla belə, cinayət dosyeləri də toplanırdı. O dövrlərdə belə ehtimallar vardı ki, cinayət dosyeləri Z.Məmmədov vəzifəsini itirəndən sonra yenidən araşdırılacaq.

Ziya Məmmədovun adı hallanan sonuncu ölüm işi 2015-ci ilin martında baş verdi.

İş adamı, Z.Məmmədovun şirkəti ilə 3 illik məhkəmə davası olan 1970-ci il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti martın 11-də, səhər saat 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkarlandı. O, odlu silahdan ürək nahiyəsinə açılmış atəş nəticəsində həyatını itirmişdi. İş adamının ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandı və sonradan işə xiyam verdilər. Həmin vaxt Z.Məmmədov vəzifədə idi, vəzifəsini itirməyə 2 il qalırdı. Bu gün “vurulmuş” nazir statusunda olan Z.Məmmədovun ailə holdinqi Füzuli Qasımovun Goranboydakı gips karxanasını almaq istəyirdi. Ölümündən 3 il əvvəl, 2012-ci ilin martında F.Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, nəqliyyat naziri Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılsın. O dövrdə iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il aprelin 1-dəki sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik.

Həmin vaxt nazirlə çəkişən iş adamı qəzetimizə bunları demişdi.

Sitat: “Biz bu torpaqları ermənidən almışıq. İndi də Ziya Məmmədov, onun oğlu Anar Məmmədov və ətrafları bu torpaqları əlimizdən almaq istəyir. Sovet vaxtı ”Goranboy Gips" ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı. Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. Bilmək istəyirəm ki, biz ermənilərlə üz-üzə gələndə Ziya Məmmədovun oğlu Anar Məmmədov harda idi? “Goranboy Gips” ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası 2006-cı ildə iki mərhələdə Füzuli Qasımovdan alınaraq “ZQAN holdinqə” (hazırda “Garant holdinq” adlanır - E.M.) daxil olan “Azbentonit” MMC-yə verilib. “ZQAN-ın tərkibindəki ”Azbentonit" MMC-yə dövlət zəmanəti ilə 52 milyon manat kredit ayrılıb. Yarandığı gündən “Azbentonit” MMC xammal olmadığına görə fəaliyyət göstərə bilmirdi. Buradakı gips mədənlərini ələ keçirib özlərinə məxsus zavodu xammalla təmin etməyə nail olmaq istəyirlər. Digər tərəfdən də, Ziya Məmmədov “Azbentonit”i yaratmaqla ölkədə gips məhsulları istehsalını monopoliyaya almaq istəyir. Onların bu planları isə bizim kimi fərdi sahibkarların sıradan çıxarılmasından keçir".

Bu gün F.Qasımov dünyada deyil, onun “Goranboy gips”in karxanasından Ziya Məmmədovun holdinqi qazanır.

F.Qasımovun ölümündən 5 il əvvəl Z.Məmmədovun ətrafında daha bir müəmmalı ölüm işi baş vermişdi.

“Yeni Müsavat”ın 23.06.2010-cu il tarixli sayında “Ziya Məmmədovun adı şübhəli ölüm işində”

http://musavat.com/news/ziya-memmedovun-adi-subheli-olum-isinde_79305.html ttp://musavat.com/news/ziya-memmedovun-adi-subheli-olum-isinde_79305.html sərlövhəli yazıda sabiq nazirin adı Dövlət Dəmir Yol İdarəsinin rəisi işləmiş Adil Məmmədovun müəmmalı ölümündən söhbət gedir.

Bu haqda qəzetə açıqlama verən A.Məmmədovun qardaşı F.Məmmədov bunları demişdi.

Sitat:

“Adil Moskva Dəmir Yol İnstitutunu qırmızı diplomla bitirdi. 80-ci illərin əvvəllərində Bakıya qayıdaraq Dövlət Dəmir Yol İdarəsində (DDYİ) işə düzəldi. Həmin vaxt indiki nəqliyyat naziri Ziya Məmmədov da həmin idarədə depoda işləyirdi. Bildiyimə görə, Ziya Məmmədov institutu qiyabi, güc-bəla ilə 10-11 ilə bitirib. 90-cı ilin əvvəllərində Dövlət Dəmir Yol İdarəsinin tabeçiliyində ”Azərreyl" şirkəti yaradılıb. O vaxt bu şirkəti MDB məkanında Boris Berezovski təsis etmişdi. Adildən əvvəl həmin şirkətin prezidenti Bəhram adlı şəxs olub. Adil isə onun müavini idi. Təxminən 1999-cu ildə Adil həmin şirkətin prezidenti oldu. Ziya Məmmədov Dəmir Yol İdarəsinə rəis təyin ediləndən sonra qardaşımla münasibətləri pisləşdi.

Bundan sonra Adil Məmmədov “Azərreyl” prezidenti vəzifəsini itirdi. Adil 1999-cu ildə “Azərreyl” şirkətində mühasib işləyən Şəlalə Rəhman qızı Verdiyeva ilə ailə qurmuşdu. Adil gec evləndi. Ailə qurduğu qadın əvvəllər ərdə olmuşdu. O qadın əslən Kəlbəcər rayonundan olsa da, Bakıda böyümüşdü. Birinci ərindən bir övladı da var idi. Şəlalə ilə Adilin rəsmi nikahı olub-olmadığını da dəqiq bilmirəm. Çünki qardaşımın ölümündən sonra bunu da araşdıran olmadı. 2004-cü il iyul ayının 15-də gecə Adilin səhhəti Mərdəkandakı bağ evində qəfil pisləşib. Həmin gecə intuitiv olaraq nəsə hiss etdiyimdən Adilin mobil telefonuna zəng etdim. Bunu lazım olsa rəsmi qurumlar yoxlaya bilərlər. Həmin vaxt Adilin yaxın dostları da ona zəng ediblər, amma telefona cavab verən olmayıb. İyulun 16-da axşamtərəfi eşitdim ki, qardaşım dünyasını dəyişib. Bakıya gəldik. “Göy Məscid”də meyiti ekspertizadan keçirmədən kəfənə bükülmüş vəziyyətdə bizə təhvil verdilər. Biz də meyiti Qubaya aparıb orada dəfn etdik. Deyilənə görə, Adil vəziyyəti pisləşəndən bir neçə saat sonra Mərdəkandakı Kordioloji Mərkəzə gedib və orada ona iynə vurublar. Vəziyyəti yaxşılaşsa da, sonradan qəfildən ölüb".

F.Məmmədov qardaşının ölümü ilə bağlı bir neçə müəmmalı məqama toxunmuşdu. Onlardan ən sensasionu və diqqət çəkəni sabiq nəqliyyat naziri Ziya Məmmədovla bağlıdır. F.Məmmədov demişdi ki, qardaşının həyat yoldaşı söhbət zamanı ona Adilin Ziya Məmmədov tərəfindən öldürüldüyünü deyib.

Sitat:

“Mən Şəlalədən niyə telefona cavab vermədiyini və vaxtında təcili yardım çağırmadığını soruşanda o, rusca ”Eqo Ziya ubil da" deyə cavab verdi".

F.Məmmədov qardaşının ölümündən sonra hüquq-mühafizə orqanlarından heç kimin ölüm işi ilə bağlı onları dindirmədiyini də demişdi.


Sitat: “Qardaşımın ölümündə bir neçə şübhəli məqamlar var. Hamı deyirdi ki, Adili öldürüblər. Onun ölümünün əsl səbəbini müvafiq araşdırmalardan sonra dəqiq bilmək olar. Amma Azərbaycanda bu işin düzgün araşdırılacağına inanmıram. Qardaşımın ölümü ilə bağlı mətbuata açıqlama verəndən sonra özümə qarşı təxribatların, təzyiqlərin olacağını bilirəm”.
Z.Məmmədovun oğlu Anar Məmmədovun adının mərkəzi fiqur kimi keçdiyi bir ölüm işi haqda 2013-cü ilin iyul ayının 17-də Türkiyənin “Hürriyet” qəzetində Yalçın Bayerin köşə yazısında bəhs edilirdi. Yazıda nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun mühafizəçisi olan bir Türkiyə vətəndaşının güllələnməsindən bəhs edilirdi.

“Azeri Bakanın türk korumasına ne oldu?” başlıqlı yazıda bildirilirdi ki, İsmayıl Gənc adlı mühafizəçi Anar Məmmədovun başqa cangüdənləri ilə atışma zamanı güllə yarası alıb və onun harada olduğu, öldüsü-qaldısı bəlli deyil. Bundan sonra “Yeni Müsavat” qəzeti olaraq dəfələrlə yazılar dərc etdik. Nazir oğlunun vəkili Ruslan Məmmədov hər dəfə “Hürriyet” qəzetinin təkzib verəcəyini söylədi. Təkzib isə olmadı, sadəcə, R.Məmmədovun qəzetə göndərdiyi mövqe dərc edildi.


“Hüriyyet” isə bugünlərdə sözügedən olayla bağlı daha ətraflı məlumat yaydı. Məlum oldu ki, 2012-ci il mayın 14-də Antalyada, Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının və “Garant Holding”in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında qanlı olay yaşanıb. Hadisə A. Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı təqaüddəki zabit İsmayıl Gənclə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında baş verib. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb. 2013-cü il, dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb. Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, A. Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsini istəyib, amma o, bundan imtina edib. Kubilayın bildirdiyinə görə, A. Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. A. Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Azərbaycandan Türkiyəyə köçürdüyü qara pullardan oğurlayırmış.

K. Gölün bildirdiyinə görə, o, İ.Gənci öldürməkdən imtina etsə də, bir müddət sonra onunla üz-üzə gəlməli olublar. K. Göl istintaqa deyib ki, bu para oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün onlar İ. Gənclə Antalyadakı Əski Sənaye deyilən yerdə görüşüblər. Mübahisə silaha qədər böyüyüb. Mühafizəçi istintaqçılara “Mən vurmasam, o məni vuracaqdı”- deyib.

İ. Gənc Məmmədovlar ətrafında olan və güllə yarası alan ilk mühafizəçi deyil. Hələ onu bəxti gətirmişlərdən də saymaq olar. Salyan qəbiristanlığında Anar Məmmədovun mühafizəçisi olmuş Nizami Dadaşov adlı şəxsin qəbri var. Bu şəxs 2000-ci ilin mayına qədər A. Məmmədovun mühafizəçisi olub. İdmançı olan həmin şəxs güllə ilə vurularaq öldürülüb. Rəsmi versiyalarda onun avtomobil qəzasında həlak olduğu iddia edilib. Amma camaat arasında belə söhbət gəzir ki, meyiti yuyan molla “mərhumun bədənində güllə yarası var” sözlərini ağzından qaçırıb. Bundan sonra bir neçə gün yoxa çıxıb, sonra isə bu söhbəti tamamilə “unudub”.

N.Dadaşovun öldürülməsindən bir müddət sonra Ziya Məmmədovun başqa bir mühafizəçisi, Şimali Qafqazdan olan Altaf adlı idmançı yoxa çıxıb. Mühafizəçi Azərbaycan vətəndaşı olmadığına görə onun necə yoxa çıxdığı, öldüsü-qaldısı bu gün də bilinmir. Z. Məmmədovun daha bir mühafizəçi, Masallıdan olan Eldəniz Qurbanovu 2008-ci il, martın 1-də qətlə yetiriblər. Bu günə qədər bu qətlin hansı şəraitdə törədilməsi ictimiyyətdən gizlədilər. Məlum olan odur ki, 2008-ci ildə Nəsimi rayon prokuroru Aqşin Ziyadov dələduzluqda təqsirləndirilən Emin Əmirovun bu iş üzrə şahid qismində dindirilməsini tələb edib. Prokurorun sorğusuna əsasən E.Əmirovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə olan cinayət işi ona göndərilib. A.Ziyadov özü mətbuata deyib ki, E.Əmirov bu işdə yalnız şahid qismində dindirilir. Prokuror istintaq sirrinə əsaslanıb məlumat verməyib.


Z.Məmmədovun Cəmil adlı cangüdəni isə vaxtilə Salyanın Qaraqaşlı kəndində yaşayıb. O, nazirin mühafizəsindən ayrılandan sonra ciddi təqiblərə məruz qalıb. Onu uzaq Sibirdə aşkarlayıb qətlə yetiriblər.

Sabiq nazirin oğlu A.Məmmədovun da ətrafında ölüm kabusu dolaşır. 2014-cü il iyulun 11-də “Garant Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Natəvan Əliyevanın meyiti yaşadığı ünvanda aşkarlanmışdı. Salyandan olan bu xanımın evində usta işləmiş şəxs tərəfindən öldürüldüyü açıqlanmışdı...

2008-ci ildə isə Ziya Məmmədovun şəxsi mühafizəçisi Eldəniz Qurbanov də qətlə yetirilib. Onun ölümü də müəmmalı olaraq qalır, qatilləri tapılmayıb.


Məmmədovların adının keçdiyi, zaman-zaman baş vermiş və araşdırılmasına bu gün də zərurət olan bir sıra qaranlıq və müəmmalı ölüm işləri haqda yazdıq, xatırlatdıq. Həmin cinayət dosyeləri bu gün də toz-torpaqlı arxivlərdədir. Araşdırılacağı günlərini sayırlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru