“Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                 

Bakının bir addımlığında məchul ünvan: - sakinlər harada yaşadıqlarını bilmirlər
Tarix: 20-09-2017, 10:12 | Çap et
Bakının bir addımlığında məchul ünvan:
Vətəndaşlar yenə tikinti şirkətindən narazılıq edirlər. Bu dəfə Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən "ünvansız" binanın sakinləri, binanı inşa edən "Real Ko" MMC-dən şikayətçidirlər.
Məsələ ondadır ki, Həsən Əliyev küçəsində, Bakı Mühəndislik Universitetinin yaxınlığında tikilən 3 binada mənzillərin əksəriyyəti satılıb. Hətta mənzil sahibləri mənzillərini təmir edib köçüblər də. Bina "Azərişıq" ASC-nin balansında olsa da, binalara elektrik enerjisi Ceyranbatan ərazisindən verilir. Binaya su nazik borularla ötürülür.

Bundan başqa, binada qaz da yoxdur. Sputnik Azərbaycan-ın əməkdaşına danışan sakinlər bildirirlər ki, 154 mənzildən 90-ı artıq satılıb. 45 mənzildə isə artıq yaşayış da var.
Bina sakini Xeyrulla Nəcəfovun sözlərinə görə, bina 2008-ci ildə tikilməyə başlayıb, 2014-cü ildə isə sakinlər binaya köçüblər: "Mən mənzilimi 42 min manata almışam. Mənə "Maliyyə arayışı" da veriblər. Deyiblər ki, "yaşaya bilərsiniz". Ancaq 3 ildir buraya köçməyimizə baxmayaraq, binamızın nə ünvanı var, nə suyumuz, nə də qazımız".
Bir neçə gün öncə binanın elektrik enerjisi 3 günlük söndürülüb. Xeyrulla Nəcəfov deyir ki, 90 yaşlı anası qaranlıqda yıxılıb, ayağı sınıb: "Həkimə apardım. Dedilər, "yaşlıdır, əməliyyat etmək olmaz". Vaxt qoydular onun üçün. Dedilər, "belə yaşlı insanlar gəzməkdən qalanda, dünyasını tez dəyişirlər". Mən anamı niyə kiminsə günahı üzündən itirməliyəm? Mən dərdimi kimə deyim?".

Bina sakinləri dəfələrlə tikinti şirkətinin rəhbərinə şikayət etsələr də, "bu gün olacaq, sabah olacaq" deyə sakinləri süründürməçiliyə salıblar. Sakinlər deyirlər ki, mənzillər satılarkən onlara ərazidə uşaq bağçası, mağazalar, apteklər, gözəllik salonları olacağı bildirilib. Bildiriblər ki, mənzillər "Çıxarış"lı, qazla, su və elektrik enerjisi ilə təmin edilmiş olacaq.

Şirkətdən, həmçinin bildiriblər ki, binanın səliqəli həyəti və uşaq meydançaları olacaq. Aradan 3-4 il keçib. Amma köçdükləri zaman bina hansı vəziyyətdə olubsa, indi də həmin vəziyyətdədir. Binanın arxasında olan avtomobil yoluna piyada keçidi də qoyulmayıb. Qısacası, sakinlər bildirirlər ki, onların burada yaşaması heç bir yerdə qeydiyyata alınmayıb. Hər hansı qəza baş versə, təcili yardım, xilasedici çağırmalı olsalar, deməyə ünvanları da yoxdur.
Bina sakini Emin Baloğlanovun bildirdiyinə görə, binada mənzillərin əksəriyyətinə qapı da qoyulmayıb. Binaya elektrik enerjisi fasilə ilə verildiyi üçün sakinlər mənzillərini təmir edib köçə bilmirlər: "İki-üç gün öncə binamızda elektrik enerjisini 3 günlük kəsdilər. Hara şikayət etsək də, faydası olmadı".
Digər bina sakini Vidadi Qasımov isə deyir ki, tikinti şirkətindən prokurorluğa şikayət ünvanlanıb: "Biz şikayət edəndən sonra şirkətin rəhbərliyi prokurorluqda bildirib ki, guya biz icazəsiz köçüb yaşamağa başlamışıq. Sizcə, bu, mümkün olan haldırmı? Bizə "Maliyyə arayışı" verilib. Deyilib ki, "yaşaya bilərsiniz". Təkcə binanın nə zaman təhvil verildiyi qeyd olunmayıb. Bina dövlətə təhvil verilmədiyi üçün şəraitimiz çox bərbad vəziyyətdədir".

Vətəndaşlar bildirirlər ki, binaya qaz çəkilməsi üçün şirkət hər mənzildən 1000 manat pul istəyib. Onların isə bu məbləği verməyə gücləri çatmır.

Binada elektrik enerjisi fasilələrlə verilir, tez-tez dayandırılır. Qış aylarında isə mənzillər elektrik enerjisi ilə qızdırıldığı üçün onlara enerjiyə görə böyük məbləğdə borc gəlir.
Sakinlər, başqa yerə köçməyə də imkanlarının olmadığını qeyd edirlər. Onlar Sputnik Azərbaycan vasitəsilə aidiyyatı qurumlara müraciət edib, problemlərinin həll edilməsinə yardım etmələrini xahiş edirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru