Daha bir orta məktəb dərsliyində ermənilərlə bağlı yanlış məlumat - Tarixçi alim nazirliyin səhvini üzə çıxardı
Tarix: 14-10-2017, 12:42 | Çap et
Ölkə gündəmi artıq neçə gündür ki, orta məktəbdə 10-cu sinif şagirdləri üçün dərc olunmuş tarix saxtakarlığından danışır.
GoldNews.Az xəbər verir ki, 10-cu sinifin "Azərbaycan tarixi" kitabında Azərbaycana məxsus əzəli torpaqlar Ermənistan ərazisi kimi göstərilib, daha sonra isə "Bir səhv, yanlışlıq olub" deyərək üstü örtülməyə çalışılıb.
Azərbaycanlı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev dərsliklərdə nəşr olunmuş daha bir yalançı "erməni tarixi"ni üzə çıxarıb. Əliyev bildirib ki, eyni adlı dərsliyin 7-ci siniflər üçün olan nəşrində ərəb istilası dövründə torpaqlarımızda ermənilərin yaşadıqları qeyd olunub. Əslində isə bu heç bir reallığı əks etdirmir.
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəşr etdiyi və rəy verdiyi bir dərslik daha. 7-ci siniflər üçün Azərbaycan Tarixi kitabı. Kitabda diqqətini çəkən bu cümlə oldu: Əbu Sac Divdad Sacilər dövlətinə itaət etmək istəməyən ermənilər və gürcülər Yusif ibn Saca qarşı çıxdılar Tarixə nəzər salsaq görərik ki, ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü Türk dövlətlərindən biri də Sacilər idi. 879-941-ci ilə qədər təxminən hakimiyyətə olub.
Söhbət eramızın VIII-IX əsrindən gedir. Üzümü tuturam bu dərsliyin müəlliflərinə. O dövrdə erməni feodalları hardan meydana çıxdı? Ümumiyyətlə Sacilərin əsas mərkəzlərindən biri Qarabağ zonasında o dövrdə ermənilər necə peyda oldular və üstəlik feodallar idilər?
Tarixdən məlumdur ki, Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı.
Bəs niyə tariximizdə şagirdlərə səhv tarix başa salırsız. Niyə onların beyninə yeridirsiz ki, ermənilər bu torpaqda qədimdən yaşayıb? Niyə Sünik, Sisakan, Şəki qalası (Qərbi Azərbaycanda Səhl İbn Sumbatın qalası) kimi albanlara məxsus tarixi ermənilərin adına yazırsız? IV əsrdə bütün albanlarla birlikdə Sisakan əhalisi də xristianlığı qəbul etmişdi. Bu sülalənin nümayəndələri «Saklı» (ərəb mənbələrində «Səhl») ləqəbini daşıyırdılar. «Səhl» (yəni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn Sunbat idi.Moisey Kalankatlının əsərini tədqiq etmiş Çarlz Dousett də Səhl ibn Sunbatın Arranşahik xanədanının Zarmixr nəslinə mənsub olduğunu və etnik mənşəcə alban olduğunu bildirmiş, onu Baqratuni xanədanına aid edən tədqiqatçıların fikirlərini qəti şəkildə rədd etmişdi. Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri «məlik» adlanırdılar. Səhl ibn Sunbat da məlik idi. Ərəb mənbələrində Səhl ibn Sunbat formasında yazılmış ad türkcə sun – ―gözətçi, ―keşikçi, ―nəzarətçi və bat – ―mətin, ―bahadır sözlərindən ibarətdir. Bu adın ikinci komponenti olan ―bat sözü albanlarda Urbat, VI əsrdə Orta Asiyada ağ hunlarda (eftalilərdə) Qrunbat, türk bolqarlarda Kurbat , 755-ci ildə Xorasanda ərəblərə qarşı 70 gün üsyan qaldırmış türk Sunbad, XII əsrdə Azərbaycanda Oğuz-Səlcuq əmirlərindən Əbubəkr Bahaəddin Sunbat və b. şəxs adlarının sonlarındakı ―bat sözü ilə eynidir. Göründüyü ki, Si sülaləsinin hakimləri etnik mənsubiyyətcə türk idilər.
Səhl ibn Sumbatın albanlığı və Mehranilər sülaləsinə mənsubluğu heç bir şübhə oyatmır. Səhlin mülkü hesab edilən Şəki ərazisi Azərbaycan Respublikasının Şəki şəhəri ərazisi yox, Zəngəzur ərazisində yerləşən Şəki kəndi olmuşdur. Hətta Türklərdə Seyid Battal adlı dastanda Səhli Seyid Battal adlandırılar.
Cənab Nazir, cənab və xanım məsullar. Niyə saxta tarixi dərsliklərə salırsız. Niyə beyinlərə burda ermənilərin qədimdən yaşaması kimi uydurma fikirlər yeridirsiz. Niyə bu coğrafiyada 17-ci əsrə qədər olmayan erməniləri soxuşdurursuz tariximizə. Niyə belə cinayətə, milli dövlətçliyə, tarixə, milli təhlükəsizliyə uzanan çirkli əlləri kəsmirsiz?
Hətta erməni müəllifləri belə bu torpaqlarda yaşamadıqların etiraf edirlər. B. İşxanyan- “Qafqaz xalqları”, Petroqrad, 1916-cı il səh.18-də konkret yazır "Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin böyük ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Bir hissəsi isə təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır."
Yaxud xalqımızın düşməni Zori Balayan- “Ocaq”, səh. 120, 192, 273-də konkret qeyd edir " 1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onilliklərdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçmüşdür."
Və son olaraq Haykaryan- “Erməni tarixi”, Paris, 1919- il kitabında yazır "Erməni sülaləsinin başçısı tarixdə olmayıb, o, nağıllardan götürülmüş uydurma şəxsiyyətdir."
Siz ermənilərin özlərinin etirafları, bu da bizim tarixçilərin "reallıqları".. Bizim tariximizi niyə ermənilşədirsiz? Niyə axı niyə"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|