Bu rayonun təhsil sistemində özəl qaydalar hökm sürür - GİLEY
Tarix: 31-01-2018, 09:46 | Çap et
Ötən ay – dekabrın 27-də “Azərbaycan bayrağını təhqir edən direktor haqqında SENSASİON FAKTLAR - "Məktəbə öz adını vermək istəyir..." sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Astara rayon Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin direktoru Həsənova Maya Əliməmməd qızının Azərbaycan bayrağına hörmətsizlik etməsindən bəhs olunurdu. Qeyd edilirdi ki, direktor məktəb binasının üzərindən asılan bayrağın dalğalanmasının qarşısını almaq üçün onu 3 yerdən bağlayıb. Buna valideynlər etiraz etsə də, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanununa zidd olaraq, direktor onlara əhəmiyyət verməmişdi…
Bütün bunlar haqda ötən məqaləmizdə geniş məlumat verdiyimizdən, bu yazımızda təkrarçılığa yol verməyə ehtiyac görmürük. Amma onu da bildirək ki, həmin informasiya işıq üzü gördükdən sonra valideynlər və sözügedən məktəbin müəllimləri tərəfindən redaksiyamıza çoxsaylı zənglər daxil oldu. Bu zaman məlum oldu ki, direktor Maya Həsənova bu biabırçı hadisədən nəticə çıxarmaq əvəzinə, bayrağı birdəfəlik məktəb binası üzərindən götürüb. Bu haqda da “Direktor dövlət bayrağının məktəb binasından asılmasına imkan vermir – VALİDEYNLƏR ETİRAZ EDİR” sərlövhəli yazımızda dəyərli oxucularımızı bilgiləndirmişdik.
Direktorun qanunsuzluğu haqda məlumat verən mənbə deyirdi ki, ümumiyyətlə, pensiya yaşını keçən Maya Həsənovanın sağlıq durumunda problem var: “Direktorun sağlamlığı yerində deyil, sərbəst hərəkət edə bilmir, axsaya-axsaya yeriyir, yaddaşı tez-tez itir. Bu səbəbdən də çox vaxt dərslərini başqa müəllimlər keçir, amma onun adı gedir”.
Həmçinin o da vurğulanırdı ki, məktəbdə direktorun qol çəkməli olduğu sənədlərə çox vaxt onun əvəzinə katibəsi imza atır və möhür vurur: “Halbuki direktorun möhürü altında katibənin imza atması tamamilə qanunsuzluqdur”.
Məlum etirazlardan sonra isə direktor müəllimləri toplayaraq bildirib ki, kimin nə etməsindən asılı olmayaraq 70 yaşına qədər bu vəzifədə çalışacaq. Hətta o, kimlərəsə acıq verirmiş kimi, məktəbin ona məxsus olduğunu, özəlləşdirəcəyini və 2 ildən sonra öz adını daşıyacağını deyib”.
Təbii ki, direktorun bu kimi qanunsuz əməlləri təkcə valideynlərin deyil, müəllimlərin də etirazına səbəb olub. Ən azı ona görə ki, sözügedən məktəbdə direktor olmağa layiq olan müəllimlər olsa da, pensiya yaşını keçən və artıq idarəçilik potensialı tükənmiş M.Həsənovanın öz kreslosundan ikiəlli yapışması gənc kadrların önünə sipər çəkib. Halbuki, bu məktəbə daha gənc və perspektivli bir şəxs rəhbərlik etsə, bu, tədrisin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, dirktorun ətrafına topladığı savadız, təcrübəsiz qohumlarının da tədricən yeni və layiqli kadrlarla əvəzlənməsi nəticəsində məktəbdə savadlı müəllimlər üçün də yeni perspektiv açmış olar. Hansı ki, ötən yazımızda da qeyd etmişdik ki, hazırda təkcə 6 nəfər ibtidai sinif müəllimi, eləcə də digər müəllimlərin əksəriyyəti direktorun qohumudur...
Lakin belə aydın olur ki, Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova ilə Maya Həsənovanın “işgüzar işbirliyi” uğurlu alındığından, direktorun bütün qanunsuz əməlləri birinci tərəfindən ört-basdır edilir və o, açıq-aşkar himayə olunur. Məsələn, qeyd etdiyimiz kimi, həmin məktəbin özündə direktorluğa layiqli namizədlər olsa da, Təhsil Şöbəsi onların qabağını kəsərək, M.Həsənova ilə müqaviləni hər il uzadır.
Əldə etdiyimiz məlumata əsasən, Astara rayon Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin direktorluğuna layiqli namizədlərdən biri, əksər müəllimlərin və valideynlərin direktor vəzifəsində görmək istədiyi tarix müəllimi Hüseynova Şahsənəm Elman qızının qarşısı da saxtakarlıqla kəsilib. Bu fakt məhkəmə sənədlərində və hakmin çıxardığı qərarda da öz əksini tapır. Lakin bu məsələdən öncə Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanın Ş.Hüseynova barəsində rayon İcra Hakimiyyətinin şifahi sorğusuna cavab olaraq göndərdiyi müraciətlə oxucularımızı tanış edək:
“Astara rayon Təhsil Şöbəsi şifahi sorğunuza cavab olaraq bildirir ki, 1978-ci ildə anadan olmuş Hüseynova Şahsənəm Elman qızı 2004-cü ildən Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin rus bölməsində ixtisası üzrə tarix müəllimi işləyir. O, ixtisası üzrə rus bölməsində işləyən yeganə müəllimdir, ixtisasını yüksək səviyyədə bilir, savadlı və təcrübəlidir. Şahsənəm Hüseynova müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmiş və 51 bal toplamışdır. Rayonun ümumtəhsil məktəblərindən şəhər 4 nömrəli, Pensər 1 nömrəli, Pensər 2 nömrəli və Şahağac 1 nömrəli kənd tam orta məktəblərində vakant qalmış direktor vızifələrindən birini tutmaq üçün Şahsənəm Hüseynova elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət etmişdir. Bildiririk ki, Şahsənəm Hüseynovaya şəhər 2 nömrəli tam orta məktəbin rus bölməsində tarix müəllimi kimi işləmək üçün zəruri ehtiyac yaranmışdır. Ona görə də onun rayonun yuxarıda adları çəkilən məktəblərin hər hansı birində direktor vəzifəsində işləməyi məqsədəmüvafiq hesab edilməmişdir”.
Məlumat üçün bildirək ki, bütün bu qanunsuzluqlardan sonra 26 dekabr 2017-ci ildə Hüseynova Şahsənəm Elman qızının iddiası əsasında Şirvan İnzibati-İqtisad Məhkəməsində hakim Allahverdiyev Zaur Mirzağa oğlunun sədrliyi ilə məhkəmə prosesi keçirilib. Belə ki, Şahsənəm Hüseynova Astara Təhsil Şöbəsinə qarşı iddia qaldıraraq, onun tərəfindən Təhsil Nazirliyinin məktəb direktorlarının işə qəbul müsabiqəsindən qanunsuz olaraq kənarlaşdırılmasına etiraz edib.
Məlumata əsasən, Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova və işlədiyi məktəbin rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılan Ş.Hüseynova sözügedən müsabiqədə iştirak etmək üçün elektron qaydada ərizə ilə qeydiyyatdan keçib. 23 iyun 2017-ci ildə onun ərizəsinin qəbul olunduğu və müsabiqəyə buraxıldığı qeyd edilsə də, 25 iyun 2017-ci ildə yerli təhsil idaretmə orqanının mənfi rəyi əsasında, o, növbəti mərhələyə buraxılmayıb. Təhsil Şöbəsinin mənfi rəyinə “əsas” olaraq Astara rayon İcra Hakimiyyətinə göndərdiyi müraciətdə əks olunan fikirlər göstərilib.
Odur ki, bu qanunsuzluqlardan sonra məhkəmə Ş.Hüseynovanın iddiasının qismən əsaslı olduğunu qərara alıb: “Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır”.
Məhkəmə təsdiq edir ki, Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova namizəd barəsində Təhsil Nazirliyinini Müsabiqə komissiyasına heç bir qanuni əsas olmadan mənfi rəy təqdim etmiş və məhz həmin mənfi rəyə əsasında Şahsənəm Hüseynovanın müsabiqədə iştirakı məqsədəmüvafiq hesab olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab olunmalıdır.
Yekun olaraq məhkəmə qərara alıb ki, “iddia tələbi qismən təmin olunmalı, Hüseynova Şahsənəm Elman qızının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müsabiqə komissiyasının ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı müsabiqədə iştirakından imtinası qanunsuz hesab olunmalı və Hüseynova Şahsənəm Elman qızının ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı imtahana buraxılması məsələsi məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, yenidən araşıdırılması Azərbaycan Respublikası Təhsil Nazilriyinə həvalə edilməlidir”. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|