Travmatoloji məntəqədə soyğunçuluq... - GİLEY
Tarix: 26-04-2018, 09:26 | Çap et
32 illik iş təcrübəsi olan tibb bacısı çalışdığı müəssisədə haqsızlıqla üzləşib. Buna qarşı mübarizə aparmağa çalışan tibb bacısı hazırda işini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Pozulmuş hüquqlarının bərpası ilə bağlı cavabdeh qurumlara rəsmi müraciət edən şikayətçi məsələnin ictimailəşməsi üçün “Cümhuriyət” qəzetinə üz tutub.
Söhbət Nəsimi rayonundakı 20 saylı poliklinikanın travmatoloji məntəqəsində tibb bacısı vəzifəsində işləyən Bikəxanım Zeynalovadan gedir. Qadın iddia edir ki, çalışdığı səhiyyə müəssisəsində gördüyü haqsızlıqlardan, özbaşınalıqlardan və işçilərin hüquqlarının pozulmasından yorulub. İllərdir ki, bununla mübarizə aparır, amma nəticəsi yoxdur. Əksinə, vəziyyət onun ziyanına işləyir. İş o yerə çatıb ki, səhiyyə müəssisəsində işləyən digər işçilər də rəhbərliyin təzyiqi ilə Bikəxanım Zeynalovaya qarşı qaldırılıb.
Travmatoloji məntəqədə soyğunçuluq...
Tibb bacısının sözlərinə görə onun 32 illik iş təcrübəsinin 22 ilini travmatologiya şöbəsində, 7 ildən çoxunu isə sırf 20 saylı poliklinakının travmatologiya mənqəsində gibs mütəxəssisi olaraq çalışıb. Bu illər ərzində respublikanın çox tanınmış travmatoloqları, elmi işçiləri ilə işləyib və onlar işindən həmişə razı qalıb. B.Zeynalova hazırda işlədiyi 20 saylı poliklinikanın travmatoloji məntəqəsinin böyük tibb bacısı Aynurə Adıgözəlovadan şikayətlənib. Böyük tibb bacısının rolu ilə müəssisə daxilində baş verən özbaşınalıqlardan danışıb. O, travmatologiya mənqəsinin fəaliyyətə başladığı müddət ərzində Aynurə Adıgözəlovanın gips otağında səhər növbəsində heç bir texniki işlə məşğul olmağa imkan vermədiyini və bu işlə yalnız özü məşğul olduğunu bildirib:
“Məntəqədə bir sarğı, bir gips otağı var. Söhbət gibs otağından gedir. Hansı ki, burada yalnız gips texniki kursunu keçmiş mütəxəssislər işləyə bilər. Aynurə Adıgözəlova 7 ildə, məzuniyyətdə olduğu günlərdə belə bu otaqda səhər növbəsində heç birimizin işləməsinə icazə verməyib, özü işləyib. Bunu gips otağında işlənən materiallar və həmin otağın təhvil-təslim jurnalındakı imzalar da təsdiq edir. Xəstələrin qəbul jurnalında da hansı tibb bacısının bu işi gördüyü qeyd edilir. Aylıq qrafik tutulan zaman bir neçə dəfə bu məsələyə etirazımı bildirmişəm. Ona səhər növbəsində bizim də işləmək hüququmuzun olduğunu demişəm. Çünki onun işi baş tibb bacısı olaraq başqadır. O, isə mənə “get, kimə, hara istəyirsən, şikayət elə, mən böyük tibb bacısıyam, necə istəyirəm, elə də işləyirəm” deyə özbaşına iş sistemi qurub. Halbuki nizamnaməyə əsasən texniki kurs keçmiş hər bir tibb bacısı həm səhər, həm günorta, həm də axşam növbəsində işləməlidir. Tibb bacısı Adıgözəlova boynuna düşməyən işləri çox həvəslə gördüyü halda, məsuliyyət daşıdığı işlərdə qanunsuzluqlar edir. Şöbənin materialla təmini məsələsində əməlli-başlı soyğunçuluq yaradıb. Travmatoloji məntəqədə ən çox işlənən bintdir. Amma o, hər növbəyə bir və ya iki bint qoyur. Çox vaxt isə məntəqədə bint olmur. Günortadan sonra bizə müraciət edən xəstəni bint almaq üçün aptekə göndərəndə nələr dediyini təsəvvür edin. Onun bu hərəkətinə görə xəstə əvvəl növbədə olan həkimi və tibb bacısını təhqir edir. Dəfələrlə buna görə xəstələr narazı halda yola salınıb. Dövlət xəstəxanasının bu vəziyyətdə olmasına etiraz edərək, haqlı narazılıqlarını dilə gətiriblər”.
“Düz danışan adamı təkləyirlər”
Bikəxanım Zeynalova deyib ki, dəfələrlə böyük tibb bacısının bu hərəkətlərinə etiraz edib. Amma bunun əvəzində hər dəfə haqsız duruma salınaraq, işçilər arasında da gözdən salınıb:
“Bu adam şöbəni zəruri təsərrüfat malları ilə təmin etmir. Yəni bütün tibb müəsssisələri təsərrüfat sabunu, təmizləyici vasitələr, qab şampunu, təsərrüfat əlcəkləri və s. ilə təmin olunduğu halda, bizim şöbədə bunların hamısını işçilər alır. Bəzən isə bu təminatlar birinci növbədə olur. Əlbəttə ki, bu məlum səbəbdən və yaxud hansısa komissiyanın gələcəyi gözlənilən zaman baş verir. Dövlət verir də bunu, amma hardasa “ilişir”. Bilmirəm Aynurədə “ilişir”, yoxsa ondan əvvəlkində “ilişir”. Axır ki, süzgəcdən keçir və xəstəyə gəlib çatmır. Camaatı niyə narazı salaq? Mən niyə əsəb keçirməliyəm? Hicablı xanımam. Mənə deyilməyən söz qalmır ki, başında yaylığın var, “abırınız, həyanız olsun, utanmırsız” kimi sözlər eşidirəm.
Xəstələri inandıra bilmirəm ki, bu materialları bizə verməyiblər. İşçiləri bir-birinə qatırlar, yalançı ajiortajlar, heç nədən mübahisələr yaradırlar. Düz danışan adamı təkləyirlər. Bu kollektivdə mən özümə qarşı bir təklənmə hiss edirəm. Bilirəm ki, Yaponiyada iş kollektivində xasisyyəti tutmayan işçiləri bir-birinin yanında saxlamırlar. Hətta siqaret çəkənlərlə çəkməyənləri bir-birinin yanına salmırlar. Çünki bu işin keyfiyyətinə təsir edəcək. Hər şeyi fikirlərşirlər.
Mən şikayət edən adam deyiləm. Amma bıçaq sümüyə dirənib. Yay olur, kondinsioner işləmir, pul yığırlar, sonra işləyir. Qışda da həmçinin... Rentgen aparatı sınır, işçilərdən onun düzəlməsi üçün pul yığılır. 170 manat maaş alırıq. Niyə bunları verməliyik? Quru əməkhaqqıya işləyirəm, niyə verməliyəm axı? Mənə yaraşmaz ki, xəstəyə deyim 5-10 manat “hörmət” etsin. Bunu bacaranlar var. Amma mən o işlərdə yoxam”.
Şikayətçi səhər növbəsində üzləşdiyi haqsızlığa görə rəhbərlikdən əmək müqaviləsini tələb edib: “Hansı ki, orada yazılıb ki, daxili nizamnamə necə olmalıdır. Əlbəttə ki, orada sürüşkən qrafik mütləq yazılıb. Mən istəyirdim biləm ki, hüquqlarım nə dərəcədə pozulur. Amma onu mənə göstərən olmadı. Şöbə müdiri dedi ki, ümumiyyətlə, belə bir sənəd yoxdur. Necə ola bilər ki, idarədə daxili nizamnamə olmasın”.
“Bilirəm ki, buna görə başımı heç kim sığallamayacaq”
Bikəxanım Zeynalova qeyd edib ki, əslində çalışdığı müəssisədən şikayət etməsində başı ağrıyacaq. Hətta onu bu şikayətinə görə işindən də kənarlaşdıra bilərlər: “Bilirəm ki, buna görə mənim başımı heç kim sığallamayacaq. Bu məsələ ictimailəşəndən sonra daha da pis olacaq. Hətta kollektiv üzümə dura bilər. Çünki şöbə müdiri desə ki, qatıq qaradır, hamı bununla razılaşacaq. 5-3 manat pul məsələsi var, onlar da buna məcburdurlar. Çünki bir dəfə belə bir şey olub. İşçilərin hər birinə rəhbərlik mənə qarşı imza atdırıb. Onlar da baxmayıblar nəyə imza atıblar. İclasda məlum olmuşdu ki, hamı məndən şikayətçidir. Mən yaltaqlığı, xəbərçiliyi sevmirəm. Sadəcə, istəyim və tələbim hüquqlarımın bərpası və iş rejiminin bütün işçilərə bərabər şəkildə sistemləşməsidir”.
Bikəxanım Zeynalovanın sözlərinə görə, müəssisənin məsul şəxsləri ona olan münasibətə görə Əmək Məcəlləsinin 290-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin pozulmasına görə cavabdehlik daşıyırlar.
Şikayətçi bununla bağlı Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi xidmətinə, Əsgər Anaları Cəmiyyətinə, 20 saylı Polinklinikanın baş həkimi Tamerlan İsmayılova rəsmi müraciət edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
|