“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                 

Fuad Muradovun 100 günlük “salnaməsi” və “vəd olunan torpaqlar” - ciddi bir irəliləyişin olmadığı da görünür
Tarix: 31-07-2018, 11:16 | Çap et
Fuad Muradovun 100 günlük “salnaməsi” və “vəd olunan torpaqlar”
Son prezident seçkilərindən sonrakı təyinatlardan üç aydan çox vaxt keçir və bu müddətdə mediada adı daha çox hallanan yeni təyinat almış yüksək çinli məmurlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur. Düzdür haqqında yazılan neqativ yazılarla medida Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yeni şefi Sahil Babayevdir. Necə deyərlər Sahil Babayev elə ilk gündən mətbuatın hədəfindədir və bu belə də davam edir.

Fuad Muradov isə ötən 100 gün ərzində daha çox piar kampaniyaları ilə diqqəti cəlb edib. Gah baş redaktorlar üçün verdiyi qonaqlıqlardan, gah dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları rəhbrələri ilə görüşlərindən çəkdirdiyi şəkillərlə yerli KİV-lərin bəzəyinə çevrilmiş gənc diaspor şefinin fəliyyəti ilk baxışdan müsbət təəssürat doğurur. Lakin fəaliyyəti diqqətlə izləyənlər üçün ciddi bir irəliləyişin olmadığı da görünür.

Əslində baş verənlər Fuad Muradovun şəxsi PR-na işləyən görüntülərdən başqa bir şey deyil. Başa düşürük ki, disaporla iş sahəsində elə bir bərbad durum var ki, bu vəziyyəti düzəltmək üçün illər lazım gələcək. Amma yeni sədrin bu vəziyyəti düzəltmək üçün “yol xəritəsi” yoxdur. Əgər olsaydı, ermənilərə “xox” gələn populist bəyanatlardansa, bu fəəliyyət xəritəsini təqdim edərdi. Etməyib, çünki yoxdur.

Amma buna baxmayaraq Fuad Muradov hər yerdə “yeni strategiyadan” danışır. APA-nın Rusiya bürosuna verdiyi açıqlamada “Bizim diaspor məsələri ilə bağlı strateji istiqamətimiz olmalıdır. Bu istiqamət təkcə Rusiyadakı deyil, digər ölkələrdəki diaspor təşkilatlarımızın da yaşadıqları ölkə ilə Azərbaycan arasında körpü rolunu oynamasından ibarətdir”, deyən Fuad Muradov bu istiqamətlərin konkret olaraq nədən ibarət olduğunu hələ də bəyan etməyib. Bildiyimizə görə Fuad Muradov diaspor təşkilatların nümayəndələri və jurnalistlərlə görüşlərdə də tez-tez “yeni strategiya” ifadəsini işlədir.

Əslində yeni strateji istiqamətə heç ehtiyac da yoxdur və axtarmağa da dəyməz. Çünki bu istiqamətlər hələ 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanında müəyyən edilmişdi. Həmin fərmanda diasporla işin strateji istiqamətləri çox açıq və konkret şəkildə müəyyən edilmişdi.

Belə görünür, F. Muradov özünü diaspor işinin bilicisi sayaraq xaricdə yaşayan soydaşlarımzla yeni strateji istiqamətlərə ehtiyacın olduğunu düşünür. Lakin həmin yenilik barədə hələ ki, bir kəlmə də danışmır. Danışdqıları isə H. Əliyevin zamanında müəyyənləşdirdiyi konsepsiyadan kənara çıxmır. Elə isə hansı yenilikdən söhbət gedir?

Əslində yeni strategiyaya yox, diasporla işin təşkilinin taktiki hədəflərini müəyyən edən konspetual bir sənədə - “yol xəritəsi”nə ehtiyac var. Cənab Muradovun cızdığı “xəritə” isə özündə kor-koranə, konseptual yanaşmadan uzaq görüşləri, yeyib-içmək məclislərini ehtiva edir. Fuad Muradovun həm media, həm disapor təşkilatlarının rəhbərləri ilə görüşlərinin sonuclarına baxsaq, zəngin yeyib-içmək məclislərindən çox da fərqlənmir. Hamı toplanır, bir-birinin üzünə tərif deyilir, badələr toqquşdurulur, səhərisi gün isə heç nəyin dəyişmədiyi, hər şeyin köhnə qaydada davam etdiyi bəlli olur.

Məsələn, yeni sədr Ukraynada diaspor təşkilatları ilə görüşəndən, daha doğrusu, yeyib-içəndən sonra belə məlumat yayıldı ki, Fuad Muradov dost ölkədəki həmin təşkilatları barışdırıb. Ancaq Ukraynda yaşayan soydaşlarımız bildirirlər ki, hazırda vəziyyət əvvəlkindən fərqlənmir: Diaspor təşkilatlarının rəhbərlərinin biri digərinə tabe olmaq, koordinasıyalı fəaliyyət göstərmək fikrində deyillər. Ukraynadakı həmyerlilərimizdən biri Fuad Muradovun Ukrayna səfəri haqqında bir qədər ritorik danışıb: “Fuad Muradov gəldi, diaspor təşkilatlarının rəhbərləri ilə deyib- güldü, “öz müdrik məsləhətlərni” verdi, məclisdən sonra hamı evinə dağlışdı, vəssalam... Yenə də “Köhnə hamam, köhə tas””, deyə Ukraynadan olan diaspor nümayəndəsi MilliYol-a bildirib.

Təşkilat rəhbərləri ölkə və millət xatirinə bir-birinə güzəştə getmək fikrində deyillər, biri digərini haqsız sayır. Bəs Fuad Muradov nədən belə tələskənlik etsin?

Xatırladaq ki, təqribən iki həftə əvvəl Ukraynaya səfər edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədir Fuad Muradovun uzun illər boyu yola getməyən iki diaspor nüməyəndəsini, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevlə Ukrayna Azərbaycancılıların Birləşmiş Təşkilatının sədri Hikmət Cavadovu barışdırması haqqında məlumat yayılıb. Lakin Ukraynadan olan həmyerlimiz MilliYol-a bildirib ki, bu barışıq formal xarakter daşıyır və tərəflər arasında heç bir əməkdaşlıq perespektivləri görünmür.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin apreldən üzü bəri fəaliyyətinə diqqət yetirsək, görərik ki, sözügedən sahədə heç bir ciddi irəliləyiş yoxdur, lakin mediada Fuad Muradovun çoxlu görüş şəkilləri və adının saysız zikr olunduğu məlumatlar var.

Əcəba, cənab Muradov bu görəvə komitə üzərindən öz PR-ı ilə məşğul olmaq üçün təyin olunmuşdumu? Komitə onun şəxsi QHT-sidirmi? Bizcə yox!
Mənbə: MilliYol.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru