AAK rəhbəri bu qanunsuzluğa necə yol verib? - İTTİHAM
Tarix: 9-08-2018, 12:53 | Çap et
“Təzadlar”ın rəsmi saytının ötən günkü buraxılışında xəbər verdiyimiz kimi, AAK Rəyasət Heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 25.05.1996-cı il (protokol№15-r) qərarına əsasən 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçməlidir. Yəni, həmin diplomların respublikamızın ərazisində tanınması üçün müvafiq prosedurlardan keçirilməli və müsbət qərar verildiyi halda, iddiaçılar Azərbaycan AAK-nın diplomunu ala bilərlər. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirik ki, başqalarından xaricdə aldıqları diplomların təkrar qeydiyyatdan keçirilməsini, qanunun bu tələbinə əməl olunmasını tələb etdiyi halda, V.Hüseynov özü ciddi qanun pozuntusuna, hətta deyərdik ki, cinayət əməlinə yol vermişdir...
AAK rəhbəri bu qanunsuzluğa necə yol verib?
Budur, AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov fəlsəfə doktoru dissertasiyasını “Neytrin-leptonnıe proüessı vo vneşnom maqnitnom pole” mövzusunda 21 aprel 1994 -cü ildə Rusiya Federasiyasında müdafiə edərək həmin ilin dekabrında təsdiqini almışdır. Azərbaycanın elm ictimaiyyəti yaxşı bilir ki, həmin dövrdə bu sahədə xaos yaranmışdı və bir çox “alimlər” xarici ölkələrdən diplom alıb gətirirdilər və arzularına çatırdılar. Beləliklə, AAK-ın Rəyasət Heyətinin yuxarıda qeyd olunan məlum qərarına əsasən Vəli Hüseynovun da Rusiya Federasiyasında aldığı elmlər namizədi diplomu təkrar attestasiyadan keçməli idi. Ancaq bu prosedur olmamışdır və Vəli Hüseynovun elmlər namizədi diplomunu AAK-da təkrar attestasiyadan keçirməməsi bir yana, hətta o, birbaşa doktorluq dissertasiyasını müdafiə edərək təsdiqini almışdır. Bəs bu boyda qanunsuzluq indiyədək necə gizli saxlanılmışdır? “Təzadlar”ın Araşdırma Qrupu daxil olan məlumat və faktlar neçə ay idi ki, araşdırırdı. Nəhayət, ortaya olduqca ilginc faktlar çıxmışdır: yəni, Vəli Hüseynovun doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində ciddi qanun pozuntularına yol verilmişdir. Qanunun dili ilə desək, AAK sədrliyinə iddialı olan Vəli Hüseynovun doktorluq dissertasiyası legitim deyildir. Bunun da özəl səbəbi vardır: Vəli Hüseynov uzun illərdir AAK-da çalışır, sonradan AAK sədrinin müavini işlədiyindən hesab etmişdir ki, bu faktın üstünü açan olmayacaq və o, qanunsuz yolla əldə etdiyi doktorluq diplomundan istədiyi kimi istifadə edə biləcək. Bundan başqa, Vəli Hüseynovun fizika-riyaziyyat elmləri namizədi kimi işlədiyi təşkilatda da aldığı məvacib də qeyri-qanuni sayılmalıdır, həmin vəsaitlər dövlət büdcəsinə qaytarılmalıdır.
AAK- ın Rəyasət Heyətin rəsmi məlumatı Vəli Hüseynova aid deyildirmi?
“Təzadlar”ın Araşdırma Qrupu daha bir sensasion faktın üstünü açmışdlr. Belə ki, apardığımız araşdırma nəticəsində məlum oldu ki, elə AAK- ın rəsmi saytında Vəli Hüseynovun namizədlik və doktorluq diplomu ilə bağlı qanunsuz əməllərini inkar edən rəsmi məlumat yer alıb. AAK-ın rəsmi saytının “Bülletenlər” bölümündəki səhifə 125 və 126- da yazılır: “AAK rəyasət heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 07.01.2003-cü il tarixli (protokol No 15-R) və 25.05.1996-cı il (protokol No 15-R) qərarları: Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçılar 02.01.2004-cü il tarixdən etibarən yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin və ya kollegiyasının icazəsi ilə xarici ölkələrdə dissertasiya müdafiə edə bilərlər. 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK- da təkrar attestasiyadan keçirilməlidir”. Bizcə, əlavə şərhə ehtiyac qalmır və Vəli Hüseynovun məlum qanunsuz hərəkəti və onun saxta sənədlərdən istifadə, eləcə də vəzifə səlahiyyətlərini aşma cinayətlərinə əsaslı şübhələr olduğundan ölkənin tanlnmış vəkillərindən biri ilə müqavilə bağlanmışdır. Problemin hüquqi müstəvidə çözülməsi üçün eləsə də Prezidentə və Baş prokura müraciət hazırlanmışdır... Zəruri qeyd: “Təzadlar” AAK-ın rəsmi saytındakı “Bülletenlər” bölümündə yerləşdirilmiş və yuxarıda təqdim etdiyimiz məlumatlara Vəli Hüseynov tərəfindən düzəliş edilməsi ehtimalını nəzərə alaraq həmin bülleten foto və video qeydə alınmış, tərəfimizdən elektron qaydada vəkilimizin iştirakı ilə arxivləşdirilmiş, 5 nəfər mütəxəssisin iştirakı ilə akt yazılmışdır...
Bəs Vəli Hüseynov doktorluq elmi işini necə yazmışdır?
Ortaya başqa bir dəhşətli faktlar da çıxmışdır: “Təzadlar” jurnalist araşdırması apararaq aşkar etmişdir ki, Vəli Hüseynov 2003- cü ilin sentyabrında fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamənin 3-cü bəndinin 14-cü maddəsinə görə, iddiaçıların elmlər doktoru dissertasiyalarının nəticələrinə dair ən azı 20 elmi məqaləsi dərc edilməlidir. Bunlar AAK-ın rəsmi saytında da bəyan edilmişdir, öz əksini tapmışdır. Biz Vəli Hüseynovun avtoreferatına mütəxəssislərlə birgə nəzər yetirdikdə məlum oldu ki, onun cəmi-cümlətanı 10 məqaləsi olmuşdur. Bura eləcə də 3 tezis, 1 konfrans materialı da əlavə edilmişdir. Ən gülməli hal budur ki, Vəli Hüseynovun istifadə etdiyi və AMEA-nın Fizika İnstitunun 3 preprint materialını (tezis) heç cürə AAK-ın tələb etdiyi məqalə saymaq olmaz. Dəhşətlisi budur ki, Vəli Hüseynov namizədlik dissertasiyasının avtoreferatında da göstərdiyi 1 məqalə və 1 preprint materialını həm də doktorluq dissertasiyasının avtoreferatında (???) da göstərmişdir. Bu, AAK tarixində ən rüsvayçı faktdır, yolverilməzdir, belə hallar qanunsuzluq və fırıldaqçılıq sayılır.
Vəli Hüseynovun qanunsuz əməlləri istintaq predmetidir...
Beləliklə, doktorluq dissertasiyası qanunsuz olduğu, AAK-ın heç bir texniki ekspertizasının tələblərinə cavab vermədiyi, uyğun gəlmədiyi halda, Vəli Hüseynov vəzifəsindən sui-istifadə edərək həm prosedur pozuntuları ilə (namizədlik dissertasiyasının nostrifikasiyası olmadan), həm də AAK-ın ən vacib tələbləri pozulmaqla diplom almağa nail olmuşdur. Bu, qanunsuzluq və özbaşınalığın son həddidir və istintaq orqanları bütün bunları araşdırmalıdır. *** Sonda: təqdim edilən faktlar olduqca ciddidir və elm ictimaiyyəti bunun fərqində olmalıdır. Axı Vəli Hüseynov bir ildən çoxdur akademik Arif Mehdiyev kimi ciddi və ədalətli, nüfuzlu bir sədrin yerində əyləşib, bunun məsuliyyətini dərk etmirsə, daha sözümüz yoxdur. O, bu dövrdə elm adamlarını elə xırda bəhanələrlə süründürüb, bezdirib Prezidentə, məhkəmələrə, hüquq mühafizə orqanlarına şikayətlər yazmağa elə sövq edib ki... İndi deyəsən, artıq bıçaq boğaza dirənib... Nəhayət, daha vacib bir məqam: ADİU rektoru Ədalət Muradovun doktorluq və professor diplomları ilə bağlı məlum qalmaqallara dair məhkəmə çəkişməsi dövründə (1 saylı İnzibati-İqtisadi Məhkəmənin qərarından verilmiş apellyasiya şikayətinə avqustun 30-da hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq) Vəli Hüseynovun redaksiyaya 10-a yaxın rəsmi imzalı məktubları göndərilib, təqdim olunub. V.Hüseynov bütün rəsmi blankda yazılmış məktublarında imzasının ardınca vəzifəsini “AAK-ın sədr əvəzi” yazmışdır. Lakin dünən redaksiyaya təqdim olunmuş məktubunda o, vəzifəsini belə göstərmişdir: “Prezident yanında AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən”. Müraciət etdiyimiz məlumatlı mütəxəssislərdən biri bunun izahını belə verdi: “Bildiyimə görə, Prezident Administrasiyasında Vəli Hüseynova sərt formada irad tutublar ki, sən bu vəzifədə müvəqqətisən, ona görə də bundan sonra rəsmi məktublarında “AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən” yaz...”. Mövzuya qayıdılacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
|