"Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                 

İcra başçısı göyçaylıların gününü “göy əski”yə büküb - GİLEY
Tarix: 28-01-2019, 10:16 | Çap et
İcra başçısı göyçaylıların gününü “göy əski”yə büküb
...Azərbaycanın “nar paytaxtı” - Göyçaydayıq. Bizi həftəsonu bura gətirən səbəb bölgədən saysız-hesabsız şikayətlər, narazılıqlar olmasıdır.

İstər onlayn mediada, istərsə sosial şəbəkələrdə göyçayıların davamlı olaraq rayondakı sosial problemlərdən, icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin özbaşınalıqlarından yazdıqları bizi deyilənləri yerindəcə araşdırmağa məcbur elədi.

Dövlət başçısı da nöqsanların göstərilməsində ictimai nəzarətin vacibliyini vurğulamışdı, məmurların özbaşınalıqlarından bəzən mətbuat vasitəsi ilə xəbər tutduğunu bildirmişdi.

Elə son dövrlərdə yerli icra strukturlarında edilən dəyişikliklərin ana xəttini də məhz əyalət “padşah”larının necə işləməsi təşkil edir. Hansı bölgədən daha çox şikayət gəlirsə, çox çəkmir ki, ora əl gəzdirilir və yeni icra başçısı ilə əvəzlənir.

Prezident Nazirlər Kabinetinin son iclasında da qeyd etmişdi ki, kadr və struktur islahatları davam edəcək: “Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin.

Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü".

Bu baxımdan Göyçayda olarkən şahidi olduğumuz problemlər, ayrı-ayrı sakinlərin söylədiyi məsələlər dəyişikliyi qaçılmaz edir. Çünki göyçaylılar icra başçısı Mehdi Səlimzadənin idarəçiliyindən cana doyublar...

Bərgüşad yolu - Suriyanı xatırladır

Sakinlərin sözlərinə görə, M.Səlimzadənin gəlişi ilə Göyçayda zərrə qədər irəliləyiş olmayıb: yollar bərbad, şəhər axşamlar zülmət, abadlıq-quruculuq yox, hər yer zibil dağları, işıq dirəkləri əyilib, yaşıllıqlar məhv olunub və s.

Göyçaylılardan əvvəlcə öyrənirik ki, rayondan Ucara, Kürdəmirə aparan Bərgüşad yolunun pulu mənimsənilib.

Bu yolun asfaltlanmasına 150 mindən çox vəsait ayrılıb. Amma iki ildir ki, yol düzəldilmir. Rayon sakini Kazım yolun cəmi 1-2 kilometrinin düzəldildiyini bizə göstərir: “Baxın, yolu ala-bula düzəldib, qalanı kələ-kötürdür. Bilirsiz niyə? Çünki başçı həmin pulu həzm-rabedən keçirdib.

Bu cür əhəmiyyətli yol iki ildir düzəldilməlidir, ortada heç nə yoxdur. Bu yol Ucara, Kürdəmirə gedir. Kürdəmir yolu ilə Bakıya gedənlər bu yoldan istifadə edir Həmçinin, rayonun 10-dan çox kəndi bu yolun üstündədir, nəqliyyatın intensiv hərəkət etdiyi istiqamətdir. Mehdi müəllimi isə burada zülüm çəkən insanlar maraqlandırmır".

Çinar ağaclarına qətliam, kəndlərdə boru alveri...

Kazım deyir ki, Potu kənd ərazisində də ağaclar kəsilib. Kəndə gedərək həmin yaşıllıq massivini sakinlərdən soruşuruq. Deyirlər ki, bu ərazidə köhnə su boruları olub.

Onların tərkibi misdir, yəni qiymətlidir. Həmin su borularını çıxarıb satırlar. Bu işi görəndə yüzillik çinar ağaclarını kəsiblər, məhv ediblər: “Sizcə bunu kim edəcək? Əlbəttə ki, icranın işidir. Bir akt tərtib ediblər, protokollaşdırıblar, vəssalam. Köhnə boruları oradan çıxarmaq, satmaq kimin yadına düşər? Axı orda heç bir iş görülməyəcək?! İndi yaxşı boruları satırsız, heç olmasa işi səliqəli görün də. Elə vəhşiliklə ediblər ki, çinar ağaclarını da məhv ediblər. Bu adamlar elə bil təbiət düşmənləridir”.

Eyni işi Mirzəhüseynli kəndində də həyata keçiriblər. Əkin torpaqlarının suvarılması üçün sovet vaxtı Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilib. Bələdiyyə sədri saxta akt tərtib edərək texnikaları qazıb çıxartdırıb, satdırıb.

Göyçay sakinləri Bığır kəndində də “boru əməliyyatı” olduğunu söyləyirlər. 100 kilometr su borularını satıb 700 min manat qazanc əldə olunub.

Rayon zibillənib, İH-nin arxasındakı zibillik isə “göz deşir”

Rayonda diqqətimizi çəkən antisanitariyanın olması, hər yerin zibillik olmasıdır. Göyçay küçələrində zibil qutuları tapa bilməzsiniz.

Hər addımbaşı qida tullantıları qalaqlanıb. Məscidin yaxınlığında, Əli Kərim küçəsində, 17-ci əsrə aid yeraltı hamam olan tarixi abidənin qarşısı zibilliklərlə əhatələnib. Hamamın qarşısındakı ağaca vurulan xəbərdarlıqda zibil atmamaq tələb olunur.

Amma zibil dizə qədərdir. Çünki bir zibil qutusu belə yoxdur. Ən əsası bu zibillik Rayon İcra Hakimiyyətinin binasının arxasında da özünə “yer tapıb”.

Göyçay RİH-nin arxasında, orta məktəbin yanında zibillik göz deşir, amma nə rəhbərliyin, nə Kommunal Təsərrüfat İdarəsinin vecinədir.

Sakinlər şikayətlənirlər ki, Göyçay zibilliyə qərq olub, əhalinin sağlamlığı təhlükədədir. Azyaşlı uşaqlar zibillikdə oynayır, küçə itləri çoxalıb.

Göyçay Kommunal Təsərrüfat İdarəsində 40-a yaxın işçi var. Hər ay evlərdən zibil pulu adı ilə 1 manat yığılır. Bu da ayda 15.000 manatdan çox edir. Çünki Göyçayda 15-20 min arası ev olduğu deyilir.

Göyçayın baxımsızlığı fasad örtüklərinin sökülüb qopmasında özünü xüsusi göstərir. Keyfiyyətsiz görülən “abadlığın” nəticəsidir ki, örtüklər qopub, rayona gələn qonaqların ilk diqqətini də çəkən bu rüsvayçı mənzərə olur.

Sakinlər bildirirlər ki, M.Səlimzadə bu yoldan hər gün xidməti maşınında keçir və fasadların nə gündə olduğunu yaxşı görür, amma əlini ağdan qaraya vurmaq, o qopuq yerləri bərpa etdirmək ağlından keçmir.

Əgər İH rəhbərinin fikrindən abadlıq işləri keçsəydi, axşam 5-dən sonra zülmətə bürünən Göyçayın işıqlandırılması üçün göstəriş verərdi, avtovağzalın yanında əkilən və rayonun iqliminə heç bir dəxli olmayan solmuş palmaların yerində ağaclar əkdirərdi. Göyçay Ərəbistan deyil ki, palma əkəsən...

Avtovağzal demişkən, yenicə istifadəyə verilən avtovağzalın adı rayonda lağ-lağı obyektinə çevrilib. M.Səlimzadə “kreativ” ideya fikirləşərək Göyçayla əlaqəsi olmayan bir sözü - “Perron” adını avtovağzala verdirib.

“Perron” sərnişin platforması deməkdir. Sakinlər isə təklif edirlər ki, əvvəlcə Göyçay abadlaşdırılsın, rayon müasirləşdirilsin, fermerlərin, kəndçilərin, sahibkarların işinə şərait yaradılsın, sonra vağzala əcnəbi ad vermək olar.

Sakinlər deyir ki, rayonda biznes mühiti boğulub, investisiya yatırmaq istəyən iş adamlarına süni əngəllər yaradılır, aqrar sektor inkişaf eləmir. Göyçaylıların əsas məşğuliyyəti nardır.

Sakinlər isə deyirlər ki, sonuncu Nar bayramı festivalında onların başına gətirilənlər bir dərs olub. Nar bayramına sponsorluq edilməsinə baxmayaraq, icra başçısının göstərişi ilə hər piştaxtadan günə 50-100 manat alıblar.

Üç gün davam edən festivala görə başçı hər piştaxtadan 200-300 manat qazanıb. Təqribən 200-250 piştaxta olduğunu nəzərə alsaq, böyük qazanc götürülüb. Halbuki, festivalın xərcləri sponsorlar tərəfindən ödənilmişdi.

Bir sözlə, Göyçay prezidentin elan etdiyi kadr islahatına ehtiyacı olan əyalətlərdən birinə çevrilib və yuxarıda göstərdiyimiz sosial problemlər girdabında boğulan rayon camaatının gözü siyasi rəhbərliyə dikilib...
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru