Sizin ölənlərinizə rəhmət, ay Nəqliyyat Nazirliyi... - Xalq BNA-dan NARAZIDIR...
Tarix: 26-09-2019, 11:04 | Çap et
Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxt küçələrində dayanma-durma qadağasını günbəgün genişləndirməsi sürücülərin narazılığını artırmaqda davam edir. Hətta, bəzi sürücülər artıq Dövlət Yol Polisini (DYP) “hardasan, ay Məşədi Kazım” nisgili ilə axtarırlar.
AYNA sözügedən məsələ ilə əlaqədar sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Əhatəli cavabları təqdim edirik:
Nahid Əliyev: “Dayanma-durmanı qadağan edən nişanların əksəriyyəti o zaman Dövlət Yol Polisi tərəfindən qoyulub. Onu araşdırmaq lazımdır ki, bu və digər nişanların aktları varmı? Çünki Bakıda quraşdırılan nişanların çoxunun razılıq sənədi yoxdur. Digər yandan, dayanma-durma qaydalarının pozulması mənim kimi minlərlə piyadanın hüquqlarının pozulması deməkdir. Lakin zamanında DYP bu nişanın tələbinə əməl etməyənlərə cərimə yazmayıb. Ona görə bu nişan hörmətsiz nişan olaraq tanınır”.
Tamerlan Cəfərov: “Ümumi olaraq düz tətbiq edilir, amma bir az dərinə getsək, görürük ki, çoxunun dövlət standartı yoxdur, yaxud qüsurlar var. Ən çox gözə çarpan isə 1.1 xəttinin hələ də 1.4 ilə əvəz olunmasıdır”.
Tural Ağatlı: “Bu BNA ki, var, bunlar artıq DYP-nin 7 arxadan dönənlərinə rəhmət oxudurlar. Əməkdaşlarının hərəsinin qoltuğuna bir “dayan-durma qadağandır” nişanı veriblər ki, harda boş yer gördünüz, mıxçanızı basdırın ora. Üzünü sağa çevirirsən, sola qaytaranda bir qadağa nişanı görürsən. Qısası: BNA paytaxtın dörd-bir yanında pullu dayanacaqlar işlədir - yarım saatı 20 manat. Yetim "parkovşiklər" qəpik-quruş alırdılar...”
Yaşar Vəliyev: “Bizim ölkədə heç bir sistem düzgün işləmir. Şəhərin hər tərəfinə dayanmaq qadağandır nişanı qoyulub. Aptekin qarşısında 3-5 dəqiqə saxlayıb dərman almaq istəyənə cərimə tətbiq olunur. Bir sürücü avtomobilini saxlayıb sərnişin düşürür və 20 manat məbləğində cərimə olunur. Bu, nə qədər ədalətlidir? Əvvəla qurum düzgün işləsə, şəhərdəki bütün apteklərin qarşısında dayanmağa icazə verməlidir. Təsəvvür edin, mən “Beşmərtəbə”nin qabağında aptekdən dərman almaq üçün köhnə “Basin” küçəsini 2 dövrə fırlanıb, “podval”da maşını saxlayıb, sonra gedib aptekdən dərman alıb, təzədən “podvala” düşüb, yenə küçəni 2 dövrə vurub qayıtmaqdansa, Əhmədlidən piyada gəlib “Nizami” metrostansiyasının yanındakı aptekdən dərman alıb geri dönərəm. Doğrusu, BNA keçmiş Nəqliyyat Nazirliyindən heç də geri qalmır, hətta 1-2 ilə onu keçəcək”.
Bəkir Osmanoviç: “AMAY-ın qarşısında olan avtomobil dayanacağı qanunidir? Bu həftə iki dəfə orada avtomobilimi park etmişəm, amma axşam mesaj gəlib ki, dayanma nişanına görə cərimələnmişəm. Bu arada, şəkillər telefonla çəkilir, nəzarət kamerası ilə deyil”.
Naib Hacıyev: “Bakı Nəqliyyat Agentliyi sürücülərə bir ünvan desin, işimizi bilək. Belə getsə, biz sürücülər də Agentliyin işçilərinin avtomobillərini düzgün park etmədikləri yerdə çəkib göndərməli olacağıq. Onlar da cərimələnsinlər. Agentliyin işçiləri ancaq cərimələməklə məşğuldurlar, bəs onların özlərini kim cərimələyəcək?!”
Əzizə İsmayılova: “BNA nişan quraşdırmayıb, axı. Hələ ki, cərimə yazmaqla məşğuldur. O da hər yerdə olduğuna inanmıram. Çünki, “Qoşa qala qapısı”nın qarşısında, düz qadağan nişanının altında iki sıra maşınlar dayanır, özü də "stoyanşik"lə birgə. Nişanı göstərəndə, deyir: “Mən cavabdehəm, saxla”. BNA maşınları sağa da şütüyür, sola da. Azadlıq prospektində 2 polis bölməsi var. Nişanların altında şöbə əməkdaşları çox rahatlıqla avtomobillərini saxlayırlar. Ümumilikdə, şəhərin nişanlanması bərbad gündədir. BNA cərimə yazmaqla bərabər, harada ki, saxlamaqdan başqa çarə yoxdur, o nişanları oradan götürməlidir”.
Elyar Həsənov: “Problemin həlli üçün:
1. Baki şəhərinin parkinq potensialından maksimum istifadə edilməlidir;
2. Ümumi istifadədə olan küçələrdə parkinq xidmət haqqı tənzimlənməlidir (tənzimlənmir). Qanunsuz pul yığanlarla ciddi mübarizə aparılmalıdır;
3. Küçəni atasının həyəti hesab edib, öz kefi ilə avtomobili saxlayanlarla ciddi mübarizə aparılmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Bu gün, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Bu gün, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Bu gün, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
|