O da yaxın vaxtlarda istefa verəcək... - İDDİA
Tarix: 23-10-2019, 11:16 |
Çap et
DİA.AZ: - Gələn ilin fevral ayında 86 yaşı tamam olacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Akif Əlizadə vəzifəsindən istefa verib. Bu gün AMEA-ya kimin rəhbərlik edəcəyi məlum olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı nəslin yüksək vəzifəli şəxslərinə ünvanladığı çağırışını eşidən Akif Əlizadəyə hörmət etməyə dəyər. Xüsusilə prezident iki gün əvvəl səhhətinə görə təqaüdə çıxan ölkənin Baş nazirinin keçmiş müavini Hacıbala Abutalıbovla görüşdə qeyd edib ki, 70 yaşına çatmış məmurlar gənclərə yol verməlidirlər. Onlardan birincisi Akif Əlizadə oldu.
Eyni zamanda, qeyd etməliyik ki, bu gün hökumətdə və digər dövlət qurumlarında hələ 70 yaşdan yuxarı məmurlar var. Onlardan biri - Azərbaycan Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə 72 yaşındadır.
DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, yaxın vaxtlarda Əhməd Əhmədzadə də istefa verəcək. "Bu barədə qərar var" deyən mənbə prosesin davam edəcəyini də xüsusi olaraq vurğulayıb.