Goranboyda büdrəyən YENİ SİYASƏT... - İslahatlara kim mane olur?
Tarix: 14-09-2020, 09:56 | Çap et
Prezident İlham Əliyevin 2018-ci ildən başlayaraq həyata keçirdiyi dəyişikliklər, reputasiyası zədələnməmiş kadrları irəli çəkməsi göstərdi ki, iqtidar yeni strategiya və model ortaya qoymağı hədəfləyib. Bu siyasətin tərkib hissəsi yerli idaretmə orqanlarının fəaliyyətində əsaslı islahatlar aparmaq, köhnə qvardiyanın korrupsioner maraqlarına xidmət edən məmurları strukturlardan uzaqlaşdırmaqdır. Artıq 6 icra başçısının həbs olunması, bir neçəsinin vəzifəsindən azad edilməsi təsdiqləyir ki, hakimiyyət əyalətlərdə idarəçiliyə radikal şəkildə əl gəzdirir. Bu prosesin davamının gələcəyi də şübhə doğurmur. Prezidentin “Ağ inqilab” adlandırılan dəyişiklikləri nazirlikərlərdən, parlamentdən tutmuş, İH-lərə qədər hər yeri əhatə edəcək. Xüsusən də, icra hakimlərinin fəaliyyətində hələ də vətəndaşları narazı salan, süründürən, korrupsiyaya səbəb olan hallar var. Goranboyda mehdiyevizm ənənəsi araz.az-ın siyasət şöbəsinin məlumatına görə, yerli icra orqanları arasında ən çox qaranlıq işləri diqqət çəkən, tez-tez medianın gündəminə gələn, adı müxtəlif maxinasiyalarda, xoşagəlməz hadisələrdə hallanan Goranboy Rayon İcra Hakimiyyətidir. KİV üzərindən monitorinqlər, müşahidə və araşdırmalar bu qənaəti hasil edir ki, Goranboy İH və onun rəhbərliyi prezidentin yuxarıda sadaladığımız islahatlar kursuna daban-dabana zidd fəaliyyətdədir. Rayonun icra başçısı Məhərrəm Quliyev Ağstafadan Goranboya transfer edilməsinə, ona siyasi rəhbərlik tərəfindən böyük etimad göstərilməsinə, hər iki bölgədə nələrin baş verdiyini, rüşvət üstündə həbslər olduğunu hamının bilməsinə baxmayaraq, öz xoşagəlməz əməllərini, ənənəvi idarəçilik metodlarını tərgitmir. M. Quliyevə elə gəlir ki, köhnə əyyamlardır, Ramiz Mehdiyev nomenklaturası davam edir və özünü “kiçik padşah” kimi apara bilər. Nağdəliyev sayəsində yüksəliş və... Sirr deyil ki, M. Quliyev Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin kadrı kimi tanınır. Z. Nağdəliyev hələ Lənkəranın icra başçısı postunu tutarkən əslən bu bölgədən olan və yerli İH-də işləyən M. Quliyevi yanına çəkir, müavin təyin edir. Halbuki, Məhərrəm Quliyevin dosyesi ürəkaçan deyildi. Mediada gedən iddialara görə, atası Böyükağa Quliyev Lənkəran İH-də şöbə müdiri vəzifəsində çalışdığı dövrdə yol verdiyi korrupsiyaya görə həbs edilib. Başqa iddialara görə, M. Quliyev “Avrora” sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulub. Söhbət 1993-cü ildən gedir və həmin dövrdə Lənkəranda hansı siyasi hadisələrin cərəyan etdiyini əksəriyyət xatırlayır. Bütün bu təqdimatlar onun karyera yüksəlişində tormozlayıcı faktor olmalıydı. Amma Nağdəliyev Quliyevə “yaşıl işıq” yandırır və tramplin rolunu oynayır. Ardınca Prezident Administrasiyasına dəvət edilən və yüksək vəzifəyə təyin olunan Z. Nağdəliyevlə birgə, M.Quliyevin də, xoş günləri başlayır. Məhərrəm Quliyevin Ağstafaya icra başçısı təyin olunmasında sözsüz ki, Nağdəliyevin müsbət təqdimatı ciddi rol oynayıb. Ancaq Ağstafada işlədiyi dövrdə adı müxtəlif maxinasiyalarda, hazırda həbsdə olan I müavin Ramiz Tatarovla qanunsuz işlərdə çəkilib. Di gəl ki, rayonu viran qoyan Məhərrəm Quliyev yenə də özünü qoruya bilib. Ağstafadan Goranboya icra başçısı təyinatında da, məhz, Zeynal Nağdəliyevin yüksək nüfuzu, prezident qarşısında etimadı rol oynayıb. Amma son vaxtlar Goranboy İH və başçısı ilə bağlı elə xəbərlər yayılıb ki, onun həm kurator Nağdəliyevin, həm prezidentin etimadını doğrultmadığına əsaslar yaradır. WhatsApp Image 2020 09 14 at 00.16.18 Quliyev - Həsənov tandemi: Yığım, xərac... Əldə edilən məlumatların birində deyilir ki, rayon sakini Arzu Verdiyev icra başçısının qəbuluna düşmək istəyir. Əvəzində başçının I müavini Ceyhun Həsənov tərəfindən şil-küt edilir. Hətta iddialara görə, qəbula gələn goranboylu pəncərədən atılır. Qəribə də olsa, bu haqda İH tərəfindən indiyədək heç bir rəsmi münasibət ortada yoxdur. Məgər budurmu xalqla işləmək? Prezident qəbula gələn sakini döyməyi, yoxsa dərdini dinləməyi tapşırıb? Ümumiyyətlə, M. Quliyev - C. Həsənov tandemi uğurlu alınıb və onlar Goranboyda bütün qeyri-rəsmi maliyyə əməliyyatlarını birgə həyata keçirirlər. O, həmin Ceyhun Həsənovdur ki, I müavin vəzifəsini daşıyarkən, Goranboyda həddi-hüdudu bilinməyən qanunsuzluqlara imza atıb. Hətta onun vasitəçiliyi ilə, Rayon Təhsil Şöbəsinin 20-dən çox vəzifəlisinə cinayət işi qaldırılıb. Deyilənlərə görə, Məhərrəm Quliyev Göoranboya icra başcısı təyin olunduqdan sonra C. Həsənovun mövqeyi daha da möhkəmlənib. İddialara görə, icra başçısı ilk günlərdə idarə və təşkilat rəhbərlərinə mesaj göndərib -- "Mən deyən olmalıdır, vəssalam!..". Məsələn, həmin vaxt rayonun Telekommunikasiya Qovşağının rəisi 70 min manat, “Sukanal” idarəsinin müdiri buna bənzər məbləğ ödəməli olublar. Səhiyyə şöbəsinin müdiri də vəzifədə qalmaq naminə tələbi yerinə yetirib. Yəni, şöbə müdiri ayda 2-3 min “haqq” verməyə razılaşıb. Bütün bu iddialar mətbuatda tirajlanıb, ittihamlar səslənib, amma ortada Goranboy İH tərəfindən heç bir rəsmi açıqlama, təkzib və ya təsdiq yoxdur. Madam belədirsə, “susmaq -- razılıq əlamətidir” ifadəsi yada düşür. Maraqlıdır, niyə, icra başçısı ona ünvanlanan bu ittihamların heç birinə cavab verməyib? Həmçinin, Goranboy rəhbərinin torpaq sahələrini ələ keçirdiyi, sakinlərin problemlərinə ürək qızdırmadığı barədə də, ortadakı danılması mümkünsüz tükürpədici faktlar belə indiyədək təkzib olunmayıb. Goranboyda feodalizm mühiti, hədə-qorxuyla, gözümçıxdıyla,.. hallanan qanunsuz hərəkətlər Elə, bu yaxınlarda, rayonun Qızılhacılı qəsəbə sakinləri Eldar Musayevin və Arzu Verdiyevin ölkə rəhbərlinə ünvanladıqları şikayət xarakterli müraciət də bu barədədir. Həmin müraciətdə onlar bildiriblər ki, Goranboyda orta əsrlərə məxsus feodal quruluşu yaşanır: “Olkə başçısından Qızılhacılı qəsəbəsində, keçmiş Qara Məmməd adına kolxozun Aqrar İslahat Komissiyası tərəfindən yerli əhalinin istifadəsi üçün nəzərdə tutulan azad örüş sahələrinin qanunsuz zəbt edilərək, əkilməsinə, idman meydançalarına, elat yollarına, zibil tökülməsi üçün nəzərdə tutulan sahələrə, bələdiyyənin ehtiyat fonduna və digər sosial yönümlü sahələrə aid özbaşınalıqların aradan qaldırılması üçün xahiş etmişik. 2020-ci ilin yazında, heyvanların örüşə gedən vaxtı biz gördük ki, hər yer şumlanıb və toxum səpilib. Mayın 4-də icra başçısı Məhərrəm Quliyevin qəbulunda olduq və geniş tərkibli komissiya yaradılması qərara alındı. Həmin qəbulda RPŞ-nin və DTX-nın rayon şöbəsinin rəisləri də iştirak edirdilər. Bütün bunlardan sonra, bizə qarşı hədə-qorxu gəlməklə, təzyiq etməyə çalışdılar. Biz vəziyyətin ciddiliyini nəzərə alıb, sosial şəbəkələr vasitəsi ilə Prezidentə Goranboy rayon Qızılhacılı qəsəbəsində rayon İcra başçısının I müavini, oliqarx məmur kimi ad çıxaran Ceyhun Həsənovun kirvəsi Ehtibar Lətif oğlu Əhmədovun dövlət içində dövlət yaradaraq, illərlə qəsəbəni taladığını və hər cür qanunsuzluq edərək, Qızılhacılı bələdiyyəsini zəbt etdiyini bildirdik”, -- bu sözlər həmin müraciətin sonudur və ciddiliyi ilə diqqəti cəlb edir. Biz, araz.az-ın oxucularına prezidentə ünvanlanan həmin geniş müraciətin yalnız kiçik parçasını və əsas məğzini təqdim etdik ki, onlarda, Goranboyda İH rəhbərliyinin qanun çərçivəsindən kənar hansı əməllərlə məşğul olduğu təsəvvürü yaransın. Yeri gəlmişkən, onu da qeyd edək ki, icra başçısı M. Quliyevin subartezian quyularının istismarı idarəsinin rəisi Rauf Teyyubovu gözümçıxdıya saldığı barədə də əlimizdə məlumatlar var. Əlimizdə olan digər bir informasiya isə bu barədədir ki, icra başçısı ona verilən “Toyota Avalon” markalı xidməti avtomobil ətrafında da qanunları tapdalayır. KİV-də yayılan fotolardan, texniki pasport və radar bildirişindən, o cümlədən vətəndaşlarla görüşdəki şəkillərdən məlum olur ki, ərazidə saxlanan 22-AA-001 qeydiyyat nömrəli avtomobil heç də M. Quliyevə verilən xidməti “Toyota Avalon” deyil, “BMW”-dir. Bütün bunlar da, birbaşa, prezidentin icra başçılarını təyin edərkən, hər dəfə səsləndirdiyi ciddi tapşırıqlarının əleyhinə getmək deməkdir. Ən qəribəsi odur ki, M. Quliyevin özfəaliyyəti yuxarıdakı məsələlərlə məhdudlaşmır. Bütün bunlar barədə, növbəti araşdırma yazılarımızda tanış ola biləcəksiniz. araz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
|