Göyçay rayon Kürdəmiş kənd sakini Zaur Həsənov ona məşğulluq idarəsi tərəfindən verilən mal-qaranın zəif və xəstə olmasından şikayət edir. Onun sözlərinə görə, oğlu İkinci Qarabağ iştirakçısıdır, bir neçə dəfə döyüşlərdə yaralanıb. DİA.AZ bildirir ki, o, müalicə aldıqdan sonra təkrar müharibəyə qayıdıb, hazırda isə Şuşada hərbi xidmətdədir.
“Oğlum müharibədə göstərdiyi şücaətlərə görə verilən medallarla əlaqədar Göyçay rayon İcra Hakimiyyətinə dəvət edildi. Ona məşğulluq idarəsindən mal-qara verilməsi təklif edilib, o da razılaşıb. Ancaq 25-ə yaxın şəhid və qazi ailələrinə verilən bu mal-qaralar ya xəstədir, ya da zəif”.