"Mənə dedilər ki, sən hər hansısa bədən üzvünü itirsəydin, köməklik edərdik..." - Qarabağ Qaziləri ŞİKAYƏTÇİDİR
Tarix: 6-07-2021, 09:44 | Çap et
“Bu günü görməkdənsə, kaş müharibə şəhid olaydım. Zəfər çalan dövlətin əsgərləri belə münasibət görməməlidir”.
Bunu İkinci Qarabağ müharibəsinin iştirakçısı Cəlal Qadir oğlu Sarxanov deyir.
25 yaşlı Cəlal Sarxanov Füzuli rayonunun Gecəgözlü kənd sakinidir.
Arayış
"Bədənimdə qəlpələr var"
Ötən ilin sentyabrında başlayan müharibəyə könüllü yollanan Cəlal Sarxanov Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.
Oktyabrın 12-də Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və ilk tibbi yardımı Füzulidəki hərbi hospitalda alıb: "Oktyabrın 15-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edildim. Həmin hospitalda mənə baş-beyin silkələnməsi, kəllə-beyin travması və kəskin pankreatit diaqnozu qoydular. Tam müalicə almasam da, Şuşa uğrunda gedən döyüşlərə qatıldım".
Müharibə zamanı göstərdiyi şücaətin qarşılığını görmədiyini deyən qazi Cəlal Sarxanovun səhhətindəki problemlər hələ də qalır.
Tramva haqqında arayış
Onun sözlərinə görə, bədənində qəlpə qırıntıları var, tez-tez baş silkələnməsindən əziyyət çəkir: “Özüm bir kənara, xəstə valideynlərimi müalicə etdirə bilmirəm. Belə yaşamaqdansa, kaş şəhid olaydım. Şəhidlik pulunu da ailəmə verərdilər".
"Müharibədən sonra vəziyyətim tez-tez dəyişir, haldan-hala düşürəm. Sağlamlığımı itirmişəm, baş gicəllənmələri məni buraxmır. Bədənimdə hələ də qəlpə qırıntıları var. Ailənin yeganə oğluyam, atam I qrup Qarabağ əlilidir, onurğadan əməliyyat olunub, anam isə dializ xəstəsidir. Bundan əlavə, özüm də ailəliyəm, bir övladım var, yenidən ata olmağa hazırlaşıram. Nə ailəmi saxlamağa gücüm çatır, nə də valideynlərimi müalicə etdirə bilirəm", - Cəlal Sarxanov gileylənir.
Özünə qarşı biganəlikdən gileylənən Cəlal Sarxanov deyir ki, maddi sıxıtıları və səhhətiylə bağlı Yaşat Fonduna müraciət etsə də, ona yardım edə bilməyəcəklərini deyiblər.
Müayinə vərəqəsi
Səbəb kimi isə əmək qabiliyyətini itirmədiyini göstəriblər: “Əgər belə olacağını bilsəydim, könüllü olaraq qeydiyyatdan keçməzdim. Mənə dedilər ki, sən hər hansısa bədən üzvünü itirsəydin, köməklik edərdik. Artıq övladımın "ata" kəlməsinə həsrət böyüməsinə də razıyam. Qələbə ilə dönən qazilərimiz niyə bu gün bu qədər sürünməlidir?! Yaşat Fondundan deyirlər: "Sizin əmək qabiliyyətiniz yerindədir, biz sizə kömək edə bilmərik". Başa düşmürlər ki, mənim səhhətim də pis gündədir, maddi vəziyyətim də".
Müharibə bitdikdən 4 ay sonra hərbi xidmətdən qayıdan bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.
Onlar dövlət qurumlarının səriştəsizliyi və onlara diqqətsiz yanaşmalarından şikayətləniblər.
Polkovnik-leytenant Turan Əliyev tərəfindən Həkim komissiyasına göndəriş
"Dedilər ki, Türkiyəyə göndərəcəyik, amma xəbər çıxmadı..."
Baş leytenant Nurlan Əzizzadə də İkinci Qarabağ müharibəsi iştirakçısıdır. 27 yaşlı baş leytenant da digər qazilər kimi biganəlikdən əziyyət çəkir.
Lənkəran rayon Girdəni kənd sakini Əzizzadə Nurlan Maqsud oğlu 2016-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. Bundan sonra o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
Ömrünü orduya həsr edən baş leytenant 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsində ön cəbhədə vuruşub.
Nurlan Əzizzadə
Döyüş zamanı minaya düşərək travma alıb:
"2020- ci il 27 sentyabrda vətən müharibəsində iştirak etmişəm, döyüş zamanı minaya düşərək qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə bərabər sağ qolumda qəlpə yarası almışam. Həmin yara nəticəsində hazırda sağ qolumun dirsək hissəsindən istifadə edə bilmirəm. 27 sentyabrda məni ilk olaraq Gəncədə hərbi hospitala yerləşdirdilər. Ertəsi gün isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürdülər. 29 sentyabrda əməliyyat olundum və noyabr ayının 2-si hospitaldan məzuniyyətə buraxdılar".
Çıxarış epikrizi
Baş leytenant Nurlan Əzizzadə deyir ki, səhhətindəki problemlər gecələr yatmağa imkan vermir: "Getdikcə ağrılarım artır. "YAŞAT" Fonduna müraciət etdim, hələ də əməliyyatla bağlı bir söz deyilmir. Fevralın 22-də hərbi hospitaldan mənə zəng etdilər ki, gəl, türkiyəli həkimlər sənə baxacaq. "YAŞAT" Fondunun əməkdaşları da orada idilər. Məndən məlumatları alıb qeydiyyat apardılar. Müayinədən sonra dedilər ki, qolunda vəziyyət yaxşı deyil, səni ən qısa zamanda Türkiyəyə göndərəcəyik. Amma hələ də xəbər yoxdur".
Nurlan Əzizzadə bundan sonra "YAŞAT" Fonduna zəng edib: "Üstündən xeyli müddət keçdikdən sonra "YAŞAT" Fondunun "Çağrı" mərkəzinə zəng etdim. Oradan mənə dedilər ki, online qeydiyyatdan keçməlisən. Qeydiyyatdan keçib müraciət ünvanlasam da, əlaqə saxlayan olmadı. Yenidən zəng etdim, dedilər ki, adınız qeydiyyatda yoxdur. Səhhətim əl verməsə də, Bakıya gəldim. "YAŞAT" Fondunda dedilər ki, adınız siyahıda var, amma səhhətinizlə bağlı həkim rəyi yoxdur. Yenidən hospitalla maraqlananda aydın oldu ki, onlar rəyi göndəriblər".
Baş leytenant Nurlan Əzizzadə deyir ki, səhhətindəki problemlər gecələr yatmağa imkan vermir
"Bir də müharibə başlasa, heç bir qüvvə məni döyüşə apara bilməz"
"Bir daha müharibə başlasa, heç bir qüvvə məni döyüş zonasına apara bilməz. İki dəfə müharibə iştirakçısı oldum və gördüm ki, bizdə vətənpərvərlik cəmi 1 həftə çəkdi", - bunu Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi iştirakçısı Elçin Əliyev deyib.
İkinci Qarabağ müharibəsində yaralanan Elçin Əliyev də səhhətiylə heç kəsin maraqlanmadığını deyir: "İndi heç kimin vecinə deyiləm. Hazırda kirayələrdə sürünürəm. Müharibə vaxtı guya ən hörmətli təbəqə biz kasıblar idik. Torpağı almışıq ki, varlılar gedib kef çəksin?"
"2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuşam, bundan əlavə 2020-ci ildə səfərbərliklə vətən müharibəsində ordu sıralarına qoşulmuşam. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində döyüşmüşəm. Şuşa döyüşlərində isə yaralanmışam. Müharibədən qayıtdıqdan sonra bir Allahın bəndəsi qapımızı açıb mənimlə maraqlanmadı", - deyir Elçin Əliyev.
Elçin Əliyev (sağdan ikinci)
"Mərkəzi Kliniki Hospitalda məndən rüşvət istədilər"
O, döyüş zamanı sol gözündən qəlpə yarası alıb. "YAŞAT" Fonduna müraciət etsə də, ondan sənəd tələb ediblər: "Sənəd üçün Mərkəzi Kliniki Hospitala yaxınlaşdım, orada da rüşvət istədilər. Özbaşınalıq baş alıb gedir. Həkimlər müharibə iştirakçısından pul umur. Bədənim qəlpələrlə doludu. Müharibə zamanı sol gözümdən ağır yaralanmışam. Vəziyyətim pis olduğu üçün özümdə olmamışdım. Əməliyyatdan sonra gözümün zəif gördüyünü desəm də, həkimlər məhəl qoymadılar. Dedilər ki, gərək bu problemi tez deyəydin. Huşu özündə olmayan adam necə deyə bilərdi ki, gözüm yaxşı görmür? Müharibədən sonra sənədlərimi Mərkəzi Kliniki Hospitala təqdim etdim. Orada mənə və bir qrup qaziyə dedilər ki, siz bizə kömək edin, biz də sizə, yəni rüşvət verin. Türkiyədə camaat qazidən ötrü canını qoyur, amma bizdə qazini təpikləyirlər, şəhidi də suyun içində basdırırlar".
Elçin Əliyev deyir ki, hazırda işsizdir və ailəsini dolandırmaqda çətinlik çəkir: "Çəkdiyimiz əziyyətin qarşılığını görmürük. Dövlət qurumlarının biganəliyi adama təsir edir".
Arayış
"YAŞAT" Fondu: "Türkiyədə karantin rejimidir, ona görə də gecikdir..."
"YAŞAT" Fondunun əməkdaşı Fəxri Əliyev qazi Cəlal Sarxanovun şikayəti ilə bağlı deyir ki, əlilliyi müəyyən edilən şəxslər fonda xəstəliyi haqqında şəhadətnamə təqdim etməlidirlər.
O, baş leytenant Nurlan Əzizzadənin fonda müraciətinin qeydə alındığını deyib və bildirib ki, hazırda Türkiyədə karantin rejimidir, ona görə də qazinin göndərilməsi gecikib.
Çıxarış
Hüquqşünas: "Müraciətə baxılmırsa, Müdafiə Nazirliyi və "YAŞAT" Fondu məhkəməyə verilməlidir"
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, qazilərin durumu diqqətdə saxlanılmalıdır: "Cəlal Sərxanov və Nurlan Əzizzadənin müraciəti araşdırılmalıdır. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində göstərilir ki, hərbi qulluqçuların sağlamlığının mühafizəsi və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı hüquqları var və bütün işlər dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Bu baxımdan düşünürəm ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunmalı və dərhal tədbir görülməsi istənilməlidir. Əgər oradan rədd cavabı gələrsə, həmin rədd cavabını ona uyğun şəkildə məhkəməyə müraciət olunmalıdır. Öncə inzibati qaydada və yaxud məhkəmə qaydasında məsələni mübahisələndirmək lazımdır. Paralel olaraq "YAŞAT" Fondundan da hər hansı bir reaksiya yoxdursa, fonda qarşı da məhkəmə iddiası qaldırmaq mümkündür".
"Rüşvət faktı təsdiqini taparsa, həkimlər sistemdən uzaqlaşdırılmalıdır"
"Elçin Əliyevin şikayətinə gəlincə, bu, bir az müəmmalı məsələdir. Əgər "YAŞAT" Fondundan tələb olunan sənədə görə, hərbi hospital rüşvət istəyibsə, bu da araşdırılmalıdır. Çünki rüşvət məsələsinin sübutu çətin məsələdir. Yaxşı olar ki, bununla bağlı həmin şəxsin əlində video və yaxud səs yazısı kimi sübutlar olsun. Əgər doğrudan da, belə narazılıqlar varsa və konkret olaraq sübut edə bilməsə belə, hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Onların araşdırmasından sonra fakt təsdiqini taparsa, həmin həkimlər sistemdən uzaqlaşdırılmalıdır. Ümumiyyətlə, qazi və hərbi qulluqçularla bağlı bütün məsələlərdə birbaşa öhdəlik Müdafiə Nazirliyi və onun strukturlarının üzərinə düşür. Bir az əvvəl də qeyd etdiyim kimi, "Hərbi qulluqçuların statsusu haqqında" Qanunun 13-cü maddəsi bilavasitə olaraq nazirliyin strukturlarına aiddir".
Elçin Əliyev və silahdaşları
Mənbə: Meydan TV
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|