Əmrullayev nədən islahata birinci GEYİM-GECİMDƏN BAŞLAYIR? - "Üstü bəzək, içi təzək" siyasəti...
Tarix: 15-07-2021, 09:26 | Çap et
 Yay məktəbinin istisi canımızdan çıxmamış, havanın cırhacırında yenidən bir neçə kəlmə təhsilimizdən yazmaq qərarına gəldim. Bilirəm, deyəcəksiniz ki, yayın bu qorabişirən çağında, müəllimlərin məzuniyyət pulunu alıb bala-bala xərclədiyi zamanda nə təhsilbazlıqdı? Amma, neyləyəsən ki, təhsilimizə cavabdeh olanlar hərdən elə qərarlar qəbul edir, göstərişlər verirlər ki, yazmamaq olmur. Bu dəfə heç də təhsildə ildən-ilə aşağı düşən keyfiyyət göstəricilərindən, rüşvətdən, korrupsiyadan, yazıb vaxtınızı almaq istəmirəm. Bunları zatən özünüz bilirsiniz. Bu dəfə məni yenidən qələmə sarılmağa ( bunu məcazi mənada yazdım, neyləyəsən ki, klaviaturaya sarılmaq olmur) məcbur edən başqa səbəbdir. Yəqin ki, çoxlarınızın xəbəri var-bir müddətdir ki, sosial şəbəkələrdə, hətta dövlət telekanallarında belə təhsil nazirliyinin yeni qərarı müzakirə olunur. Bu qərar təhsil problemlərinin həllinə zərrə qədər kömək etmiş olsaydı iki yox, on iki əlli bu qərarı dəstəkləyərdik. Di gəl ki, bu darmacalda, adamın ölünü qoyub dirini ağladığı bir zamanda qalırsan mat-məəttəl. Məşədi İbad demişkən, heç hənanın yeridirmi? Artıq il yarımdır ki, kiçik istisnaları nəzərə almasaq məktəblər bağlıdır. Tədrisin keyfiyyəti kifayət qədər aşağı düşüb. Pandemiyanın ən ağır zərbə vurduğu sahə təhsil sistemidir. Düşünmək olardı ki, Avropa təhsilli nazirimiz və onun komandası bu çətin durumdan çıxmaq üçün nəsə bir yenilik edəcək, dəyişikliyə imza atacaq. Etməyinə etdilər, amma bunun təhsilə nə qədər dəxli var, mən deyim, siz də qərar verin. Deməli, bizim hörmətli təhsil başbilənlərimiz oturub fikirləşiblər ki, bu qədər islahat aparırıq, Əlinin papağını Vəlinin başına qoyuruq, sonra yenidən papaqların yerini dəyişirik, əcəba bəs niyə təhsilimiz inkişaf etmir ? Və şükürlər olsun ki, çıxış yolunu da tapıblar. Məlum olub ki, təkcə Əlinin papağını Vəlinin başına və əksinə qoymaqla təhsili düzəltmək olmaz. Həm də Əliylə Vəlinin paltarını da dəyişmək lazımdır. Beləliklə qərara gəliblər ki, bütün bəlalarımızın kökündə dayanan məktəbli geyimləri yenidən dəyişilməlidir. Sən demə şagirdlər indiyə qədər geyindikləri paltarlarda özlərini yaxşı hiss etmirlərmiş, yuxulayırlarmış. Paltarıların keyfiyyətsiz materialdan tikilməsi onların mənimsəmə qabiliyyətini aşağı salırmış. Məhz bu paltarların ucbatından dərsliklər zay yazılırmış, rayon təhsil şöbələrində,məktəblərdə özbaşnalıqlar hökm sürürmüş. Yuxarı sinif şagirdləri də bu keyfiyyətsiz paltarlarla gözə görünməmək üçün məktəb direktorlarına bir ətək pul verib evdən bayıra çıxnmırmış Beləliklə bütün bəlaların baiskarı olan məktəbli geyimləri dəyişdirlməlidir. Nəticədə təhsil sahəsində inqilabi islahat nəhayət ki, baş tutdu. Təhsil naziri “düzəlib hər yarağımız, qalıb saqqal darağımız” deyərək son və qəti addımı atdı. Əsas odur ki, şagirdlər yaraşıqlı görünsün. Daha yazıq valideyn bu paltarı necə alacaq, ümumiyyətlə ala biləcəkmi, heç kimi maraqlandırmır. İmkansızlıqdan uşağını məktəbə göndərə bilməyənlər, bir evdən 2-3 uşaq oxutduranlar neyləməlidirlər? Bir düşünən varmı ki, bu paltarı almağa hamının gücü çatırmı? Bu çətin məqamlarda “paltar biznesi” kimlərin maraqlarına xidmət edir? İslahat dediyiniz budurmu? Cənablar, papağınızı qoyun qabağınıza, problemlərin həll yollarını tapın. Təhsil moda atelyesi deyil ki, ildə bir paltar geyindirəsiniz. Onsuz da şagirdlərə nə qədər bəzəkli paltarlarl geyindirsəniz də, təhsili çoxdan öldürmüsünüz. Ona beş arşın kəfənlik alın !
Nicat Mahmudov Rubrika.Az

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58 |
|
|
|
• Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22 |
|
|
|
• "Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18 |
|
|
|
• Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15 |
|
|
|
• Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12 |
|
|
|
• “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
|