Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                 

“Maliyyə Nazirliyinin pulu necə və harası ilə saydığını bilmərəm” - İTTİHAM
Tarix: 14-09-2021, 09:24 | Çap et
“Maliyyə Nazirliyinin pulu necə və harası ilə saydığını bilmərəm”
“2022-ci ildə dövlət büdcəsinə vergi yığımları üçün nəzərdə tutulmuş proqnoz tapşırıqdakı 1 milyar 888 milyon manat artım risklidir”.

Ovqat.com xəbər verir ki, tanınmış iqtisadçı Elçin Qurbanov Maliyyə Nazirliyinin hazırladığı “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”nı şərh edən məqaləsində belə yazıb.

Maraqlıdır ki, iqtisadçı öz analizini muğam sənətinin şöbələri üzərində qurub. Bunu isə Maliyə Nazirliyinin hazırladığı sənədin elmilikdən uzaq olması və oxuduqca muğam kimi yuxu gətirməsi “keyfiyyətləri” ilə əlaqələndirib.

“Qərara almışam ki, bundan sonra məqalələrimi muğam üslubunda hissələrə bölüm, onsuz da oxuyub yatmaqdan başqa nəticə hasil etmək olmur”, - iqtisadçı belə yazır.

İqtisadçı muziko- monetar analizinin “Bərdaş” bölməsində yazır:

Bərdaş

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il üçün büdcə daxilolmalarının Dövlət Vergi Xidmətinin payına düşən hissəsi 9 milyard 138 milyon manat təşkil edir. 2021-ci ildə isə bu rəqəm 7 milyard 250 milyon manat təşkil edirdi. Etiraf etməliyəm ki, pandemiya zərbəsindən sonra vergi yığımlarında birdən-birə 1 milyard 888 milyon mnat artım zəlzələ təəssüratı yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə tikinti bərpa işlərinin intensivliyi dövlət əsaslı investisiya qoyuluşlarının artması sıçrayış effektli artım üçün o qədər də ciddi mənbə yarada bilməz. Vergilər üzrə artım tempi bir neçə paralel əlamətlərlə müşahidə olunmalıdır: ÜDM real və ÜDM nominal. Bu anlayışlara görə, vergi yığımları da nominal həcmdə böyüyə və ya kiçilə bilər. Biz ölçüsü bəlli bir kasanın içərisində xalq təsərrüfatının həcmini nominal ifadədə dəyişsək də real ifadədə dəyişə bilməyəcəyik. Çünki ÜDM-in həqiqi nəticəsinə effektiv təsir edən əsas məfhum ixracdır. Təsəvvür edin ki, ixrac artmır, amma vahid qapalı məkanda təxminən eyni tempdə dinamik olan təsərrüfat üçün yeni xərclər yaranır. Burada bir xoşagəlməz gözlənti ola bilər, o da inflyasiyanın səviyyəsinin artımıdır. Vergi yığımlarının dərhal post-pandemiya (karantin) dövründə sıçrayışla artımı büdcə gəlirlərini nominal göstəricidə artıracaq, amma əhalinin yaşayış səviyyəsinə mənfi təsir edəcək. Sahibkarlıq sahəsində tənəzzül artacaq. Mən Maliyyə Nazirliyinin pulu necə, harası ilə saydığını deyə bilmərəm , amma onu bilirəm ki, təklif etdiyi proqnoz bir ayaq üstündə verilmiş qərardır”.

İqtisadçı daha sonra Maliyyə Nazirliyinə iqtisadiyyat elminin əlifbası sayılacaq mətləbləri başa salmağı məsləhət bilir:

“ÜDM = C + I + G + ( EX – İM)

C – Əhalinin istehlak xərcləri
I – Ümumi xüsusi investisiyalar
G – Dövlət xərcləri
EX – İxrac
İM – İdxal

ÜDM-in primitiv düstürunda EX –(ixrac) potensialının İM (idxal) potensialında müsbət artım fərqinə münasibətdə artım nəzərdə tutula bilər. Bizdə ixrac əməliyyatları üzrə qeyri-neft sektorunda artım demək olar ki, makrosferada nəzərəçarpmaz dərəcədə kiçikdir. Yəni bəlli ölçülü boşqabın içərisinə daxil olan nemətlər kənardan gələn valyuta ilə xarakterizə olunmalıdır. Boşqabın içərisindəki məhsulu sürətlə fırlatmaqla köpük effekti yaradaraq səviyyə nümayiş etdirmək yaxşı heç nə vəd etmir. Hərəkəti azaldan kimi şişirdilmiş köpük yoxa çıxdıqca məhsulun səviyyəsinin əvvəlkindən daha da aşağı düşdüyünü və yaxud tənəzzül etdiyini görəcəyik. Dövlət xərcləri və əhalinin istehlak xərclərindən yaranan dövriyyə ilə partlayış effektli vergi yığımları məntiqinə əsaslanan artım tətbiq etmək olmaz. Əks təqdirdə, böyük həcmdə yeni pul kütləsinin dövriyyəyə buraxılması məcburiyyəti yaranar ki, bu da inflyasiyanı şiddətləndirər.

"Yenə də saxtakarlıq, yenə də yalan!”

Bu gün vergi daxilolmalarında artımın ən mükəmməl yolu gömrük orqanlarının yerli istehlak qiymətləri ilə ƏDV və rüsumlar toplamasının qarşısının alınmasıdır. Çox təəssüflər olsun ki, Dövlət Gömrük Xidmətinin fəaliyyəti həm vergi yığımına, uçot sisteminə , həm də qiymətlərin tənzimlənməsinə mənfi təsir göstərir. Bu gün Gömrük Xidməti yerli tələb və təklif üzərindən idxal və ixrac siyasətini həyata keçirmək, əməliyyatları həcmini tənzimləmək, yerli istehsalı kənar rəqabətdən qorumaq, qiymət siyasətində Mərkəzi Bank və digər qurumlarla komissiyon fəaliyyət göstərmək əvəzinə saxta ƏDV və rüsumlarla ölkə rəhbərinin rəğbətini qazanmağa çalışır. Yenə də saxtakarlıq, yenə də yalan!”

İqtisadçı, analizinin “Maye” bölümündə İqtisadiyyat Nazirliyinin fəaliyyətinə işıq tutaraq vurğulayır:

Maye

Uğurlarımız; Mən İqtisadiyyat Nazirliyinin fəaliyyətini təqdirəlayiq hesab edirəm. Bu sahədə bir çox təkzibolunmaz böyük uğurlarımız oldu: iqtisadi mühiti təşviq edən qanunlar qəbul olundu, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər edildi. 2019-cu ildən qüvvədə olan yeni Vergi Məcəlləsi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafını və maliyyə risklərinin minimallaşdırılması məsələlərinə yönəldildi.

Feili

Mən əvvəllər vurğuladığım məsələlərin demək olar ki, bir qismi reallaşır. Artıq yanaşma da, sosial tələblərə münasibət də dəyişir. Bildiyiniz kimi inkişaf etmiş ölkələrdə fiskal proqozlaşdırmanın və büdcə daxilolmalarının əhəmiyyətli hissəsi üçün əsas mənbə fiziki şəxslərin gəlirləridir. 2019-cu ildən qüvvədə olan vergi qanunvericiliyi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, fəaliyyətin fasiləsizliyinə, risklərinin minimallaşdırılmasına və əmək qabiliyyətli əhalinin sosial sığortasının gücləndirilməsinə xidmət edir. Bu da təsadüfi deyil; ölkədə mikro və kiçik sahibkarlıq subyektləri sayca çoxluq təşkil edirlər. Aparılan bu islahatlar həmin kateqoriyalara aid sahibkarlıq subyektlərinin məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malik olması deməkdir. Burada dövlət vergi risklərini minimallaşdıraraq sosial sığorta yığımlarına üstünlük verməklə qabaqcıl ölkələrin təcrübəsini tətbiq etdi. Bu islahatlar həm də yeni iş yerlərinin açılmasına, pandemiya şəraitində lokaut hallarının qarşısının alınmasında dəstək ola bildi. Eyni zamanda əlverişli sahibkarlıq və investisiya mühitinin yaranmasına şərait yaratdı.

Digər tərəfdən, vergi mədəniyyətinin formalaşdırılması, elektron auditin tətbiqi, sahibkarlıq fəaliyyətinə maneə yaratmadan nəzarət sisteminin formalaşdırılması üçün imkanlar yaratdı. Yəqin ki, hər kəs əvvəlki Vergilər Nazirliyinin fəaliyyətini yaxşı xatırlayır. Təsərrüfat subyektlərində nəzarət tədbirləri nəinki sahibkarların, eynilə istehlakçıların da narahatlığına səbəb olurdu.

Mən yaxın qonşu ölkələrdə hətta bizdəki vergi sisteminin nöqsanlarını eşidirdim. Əlbəttə ki, belə hallar hüquqi döləvlət üçün baş ucalığı gətirmirdi. Sahibkarlar üçün yaranmış narahatçılıqlar, onların əsassız vergi orqanlarına dəvət olunması çox ciddi narazılıqlara yol açırdı. Bu da çoxsaylı investorların ölkədən getməsinə səbəb olurdu. Amma bu gün Dövlət Vergi Xidmətinin fəaliyyəti, demək olar ki, tam şəkildə qanunvericiliyin tələblərinə uyğun təşkil edilib. Elektron auditin tətbiqi ilə İqtisadiyyat Nazirliyi bütövlükdə vergi sistemində pərakəndəliyi aradan qaldırmağa müvvəfəq olub. Məmur və sahibkar münasibətlərinin minimuma endirilməsi sahibkarların sərbəst fəaliyyəti üçün şərait yaradaraq korrupsiya və rüşvətlə mübarizənin effektliyini artırıb. Əlbəttə, bunlar bizim uğurlarımızdır. Hesab edirəm ki, vergi mühitinin sağlamlaşdırılması, hüquq münasibətində liberallaşdırılması investisiya mühitinin yaxşılaşdırılmasına, xarici inevstisiyaların da ölkəmizə axınına səbəb olacaq.

Mikro və kiçik sahibkarlıq subyektlərinin uçot sisteminə nəzarət işinə güzəştli yanaşma isə demək olar ki, dövlətin daha çox sosial rifah siyasətinin əsas məqsəd olduğunu əks etdirir. Yəni şəffaflıq və hesabatlılıq proqramlarının tətbiqi, kölgə iqtisadiyyatının aradan qaldırılması kimi məsələlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə güzəştli yanaşma bunu deməyə əsas verir.

Bidad

Etiraf etmək lazımdır ki, şəfaflığın təmin olunmasında artıq istehlakçılar da yaxından iştirak edirlər. İstehlakçıların ƏDV-dən yararlanması, bunun üçün seçim etməsi şəffalığın vacibliyini diktə edir. Hesab edirəm ki, hazırda ƏDV məqsədləri üçün qeydiyyat daha çox könüllü xarakter daşıyır. Əks halda, rəqabət qabiliyyəti azalaraq sahibkarların istehlak bazarında uğursuzluqlarına gətirib çıxara bilər. Təsadüfi deyil ki, mikro sahibkarlıq subyektlərinə güzəştli vergitutmanın tətbiqi nəticə etibarilə dövlət üçün sosial yükün minimallaşdırılması deməkdir. Etiraf etməliyəm ki, bu gün əksər miktosahibkarlıq subyektlərinin fəaliyyəti orta və iri sahibkarlıq subyektlərindən aslıdır. Şəffaflığın da məhz buradan başladığını dövlət nəzərə alır.

Kiçik bir mənzərənin təsvirini diqqətə çatdırmaq istərdim. Məsələn, bazar tipli ticarət mərkəzlərində, xırda mağazalarda satışı təşkil olunan malların böyük əksəriyyəti və yaxud hamısı iri şirkətlərə məxsusdur. Əsas şəffaflıq və uçot məsələləri elə buradan başlayır. İri şirkətlər öz bazarlarını genişləndirmək üçün kiçik pərakəndə satış obyektlərinin fəaliyyətindən faydalanırlar. Əgər diqqət yetirsəniz, görərsiniz ki, mikro və kiçik sahibkarlar ən az maliyyə riskləri üzündən sıradan çıxma təhlükəsi ilə üz-üzə qalırlar. Realizə etdikləri malların dəyərini və icarə haqqlarını ödəyə bilmirlər. Bəzi hallarda satdıqları və ya təqdim etdikləri əmtəə və məhsulların bütövlükdə dəyərini cari xərclərə ödəməklə təchizatçı şirkətlər qarşısında borclanırlar. Nəticədə müflisləşmə qaçılmaz olur. Sahibkarlıq subyekti sıradan çıxır və dövlətin yükü artmalı olur.

Bütün bunları nəzərə alaraq mikro və kiçik sahibkarlıq subyektlərinin daha geniş dövlət qayğısına ehtiyacı olduğunu etiraf etmək yerinə düşər. Bütün bunları təsvir etməkdə məqsədim odur ki, həqiqi mənzərəni cənab Maliyyə Nazirliyinin rəsmiləri də başa düşə bilsin.

İdeal hədəfə çatmaq üçün uzun bir adaptasiya dövrü keçilməli, tədricən vergi mədəniyyətinin formalaşdırılması, könüllülük prinsipləri əsasında təşkili üçün zamana, təbliğata, dövlətə inam və etibarın gücləndirilməsinə ehtiyac var. Dövlətə inam və etibarın yaradılması hüququn hökmranlığı və qanunun aliliyi prinsiplərinin təşəkkül tapdığı bir cəmiyyətin formalaşdırılması ilə əlaqəlidir. Bu isə dövlət orqanlarının fəaliyyətində təcəssüm etməli və ümumilikdə cəmiyyətin əsas maraq dairəsinə çevrilməlidir.

Vergi yükünü artırmaq hədəfə çatmaq deyil, əksinə sahibkarlıq və investisiya mühitinə zərbə vurmaqdır. Ona görə də vergitutma üçün rezervlər düzgün araşdırılmalıdır ki, inzibati yollarla sərt vergiqoyma siyasəti, bəzi hallarda isə qanunsuz mənbələrin yaradılması halları baş verməsin. Bütün bunlar da iqtisadiyyata mənfi təsir göstərməsin.

ALLAH İNSAF VERSİN!

Elçin Qurbanov”
Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru