“Sahil - S İnşaat” MTK fırıldağının qurbanları İlham Əliyevə müraciət etdi - NARAZILIQ!
Tarix: 15-09-2021, 10:41 | Çap et
Paytaxtın Yeni Günəşli ərazisində çoxmənzilli yaşayış binası tikən “Sahil - S İnşaat” MTK tərəfindən aldadılan sakinlər əllərini hər yerdən üzdükləri üçün sonuncu ümid instansiyası olan Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Anaxeber.info məlumat verir ki, mənzilləri təhvil verilməyən sakinlər Prezidentin bu dələduzluqla bağlı hüquq-mühafizə və vergi orqanlarına göstərş verməsini xahiş edirlər. Onların sözlərinə görə, “Sahil - S İnşaat” MTK tikintini yarımçıq saxlayıb, aylardır onları süründürür, evlərin açarlarını sahiblərinə vermir, üstəgəl, bağlanmış müqavilələrə xitam verərək satış qiymətlərinə dəyişiklik etməkdədir. Bu, özbaşınalıq və qanun pozuntusudur. Amma heç bir dövlət qurumu sakinlərin ardıcıl olaraq etdiyi müraciətlərə tükünü tərpətmir. Eyni zamanda, mənzillərin 90 faizi satılsa da, şirkət rəhbəri Taley Allahverdiyev bunu gizlədərək vergidən yayınmağa çalışır. Sakinlər Prezidentə müraciətdə bu qanunsuzluqları sadalayaraq bildirirlər ki, işin tezliklə araşdırılmasını gözləyirlər. “Cənab Prezident, biz Baş Prokuror Kamran Əliyevə, iqtisadiyyat naziri və dövlət vergi xidmətinə müraciətlər yazmışıq. Amma heç bir nəticəsi olmayıb. Siz ötən gün icra başçıları təyin edərkən bir daha məmurlara xatırlatdınız ki, vətəndaşlara xidmət etməlidirlər, qanunsuzluq, rüşvətxorluq hallarına yol verənlər əvvəlkilərin aqibətindən dərs çıxarmalıdır. Amma təəssüf ki, bu qədər vətəndaş fırıldağın qurbanına çevrilib, bir dələduz şirkət istədiyini edir, müqavilələri ləğv edərək təzə qiymətlər irəli sürür, evlərimizin açlarına sahib çıxa bilmirik, dövlət orqanları susurlar. Cənab Prezident, biz sizə inanırıq və “Sahil - S İnşaat” MTK-nın insanların hüquqlarını pozması ilə bağlı məsələnin araşdırılmasına tapşırıq verəcəyinizə güvənirik”, - deyə müraciətdə vurğulanır. Sakinlər dövlət başçısına müraciətdə bildirirlər ki, şirkətdən bir kvadrat metrini 800 manatdan alıblar: “İndi müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir. Baş Prokuror Kamran Əliyevin tapşırığı ilə araşdırma başladılsa, MTK rəhbərini qandallayıb aparmalı olacaqlar. Çünki onun fəaliyyəti qanun pozuntusudur. Heç bir tikinti firması imzaladığı müqaviləni pozub yenidən qaydalar müəyyənləşdirə bilməz. Yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı”. Mənzil sahibləri Prezidentə müraciətdə deyirlər ki, artıq məsələ hüquq-mühafizə orqanlarının icraatında olmalıdır: “Cənab Prezident, bizim şikayətlərimizə baxılmır. Bu günə kimi neçə fırıldaqçı MTK rəhbərinə cinayət işi açılıb, amma bu məsələdə reaksiya görmürük. Pandemiya səbəbindən karantin şərtlərinə riayət edib dövlət orqanlarının qarşısına toplaşmırıq. Ancaq o demək deyil ki, etdiyimiz müraciətlər nəticəsiz qalmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|