Sabirabad rayon Çığırğan kənd sakinləri yolsuzluqdan şikayətlənirlər. Sakinlər uzun zamandan bəri yollarının təmir olunmadığını deyirlər.
DİA.AZ bildirir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, ölçü götürülməyib. Çığırğan kəndini rayon mərkəzini birləşdirən əsas yol asfalt olsa da, ara yollar bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, yağan yağışlardan sonra yolları elə vəziyyətə düşüb ki, uşaqlar məktəbə gedə bilmir.
Çığırgan kəndinin bələdiyyə sədri Namil Vəlişov kəndin yollarının mövcud vəziyyəti ilə bağlı rayon icra hakimiyyətinə məlumat verildiyini, vəsait ayrılan kimi təmir olunacağını bildirib.