DİA.AZ: - ƏDV-nin müəyyən hissəsinin qaytarılması artıq vətəndaşların başağrısına çevrilib, desək yanılmarıq. DİA.AZ bildirir ki, bu günbəgün artan şikayətlərdən də bəlli olur. Elə bir gün yoxdur ki, anoloji şikayətlər ictimailəşməsin.
DİA.AZ olaraq bununla bağlı Vüsal Hüseynov adlı istifadəçinin "Müştərinin Səsi" sosial qrupundakı paylaşımını təqdim edirik:
"Bu ƏDV-nin adı var, özü yoxdur...
1 aydır gözləyirik. Ay tamam olan kimi ləğv olunur... Zəng eləyib şikayət eləyirsən... baxan yoxdur...
Elektron məktub yazırsan, cavab verən yoxdur..."
Vətəndaş fotolarıda təqdim edib:
Məsələ ilə bağlı dia-az.life olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...