DİA.AZ: - Naxçıvanda Ali Məclisin sabiq sədri Vasif Talıbovun məhv etdiyi abidə səviyyəsində olan yerlərdən biri də “Çayçı Mamedin çayxanası” kimi tanınan Çay evidir.
DİA.AZ xəbər verir ki, bu barədə ekspert Heydər Oğuz məlumat yayıb.
O bildirib ki, bir vaxt (1990-cı ildə) Ümummilli lider Heydər Əliyev də bu çayxanada olub və həmin dönəmdə təqibə məruz qalmasına baxmayaraq, şəklinin çayxananı bəzədiyini görüb, Çayçı Mamedin “malım da, canım da sizə qurbandır” sözündən sonra divardakı fotosuna imza atıb.
Ancaq Vasif Talıbovun adamları nə bu xatirəyə, nə də çayxanının özəlliyinə əhəmiyyət veriblər.