Təhsilin Sarası həm də ideya oğrusu imiş... - İLGİNC FAKT
Tarix: 21-09-2023, 09:38 | Çap et
Dünən Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida Nəsir qızı İmanquliyevanın anım günü idi. 1992-ci il sentyabrın 19-da vaxtsız vəfat etmiş professor Aida İmanquliyevanın işıqlı xatirəsi hər il olduğu kimi bu il də ailə üzvləri, elmi ictimaiyyət tərəfindən yad edildi. Yəqin ki, görkəmli alimin vaxtilə qızıl medalla bitirmiş olduğu Bakı şəhər 132 saylı orta məktəbin kollektivində də bu günü unutmadılar… Xatırladaq ki, paytaxtın Səbail rayonundakı 132 və 134 saylı məktəblər 2010-cu ildə sökülərək yenidən inşa olunublar. Məhz bundan sonra Təhsil Nazirliyi bu iki orta təhsil müəssisəsini birləşdirərək 132-134 saylı Təhsil Kompleksinin yaradılması barədə qərar qəbul etdi. Əslində böyük əksəriyyət yeni yaradılmış kompleksə məhz 132 saylı məktəbin direktoru Aliyə xanım Təhmasibin rəhbərlik edəcəyini gözləyirdilər. Hətta 132 saylı məktəbin açılışında şəxsən iştirak etmiş ölkə prezidenti cənab İlham Əliyev də həmin tədbirdə Aliyə Təhmasibin əməyini xüsusi vurğulamış və ona fəxri ad verilməsi haqqında fərman imzalamışdı. Lakin bu önəmli hadisədən bir gün sonra Aliyə xanım işdən çıxarılaraq, yerinə əvvəllər Səbail rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində və Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə İdarəsində çalışmış Sara Xanlarova təyin olundu. Məhz bundan narazı qalan bir çox valideynlər Aliyə Təhmasibin öz vəzifəsinə bərpasını tələb edirdilər. Lakin o vaxt da TN-nin yarıtmaz kadr siyasəti həm şagirdlərin, həm valideynlərin, həm də ümumilikdə təhsil sisteminin mənafeylərini üstələdi. Sara Xanlarova yeni təhsil kompleksinin direktoru vəzifəsində qaldı. Bu gün isə, 132-134 saylı təhsil kompleksində baş alıb gedən korrupsiya halları valideynlərin əsl baş ağrısına çevrilib. Budur, 2023/2024-cü tədris ili başladı. Artıq elə ilk gündən, ilk saatlardan məktəblərdən həyəcanlı siqnallar gəlməyə başlayıb. Bildirilir ki, Bakıdakı 132-134 saylı Təhsil Kompleksində elə ilk dərs günündən Valideyn Komitəsi hərəkətə keçərək, yaxın vaxtdan etibarən şagirdbaşına yığılacaq pullardan söz salıb və həmçinin, 5 Oktyabr – “Müəllim Günü”nə hazırlıq görülməsi tapşırılıb. …İndi isə qayıdaq məqalənin giriş hissəsində qeyd etdiyimiz mövzuya. Rəhmətlik Aida xanım İmanquliyeva 134 saylı deyil, 132 saylı orta məktəbin məzunu olub. 134 saylı məktəbin direktoru olmuş Sara Xanlarova 132 saylı məktəbi necə deyərlər, “yoğurub-yapmadan, hazırca kökə kimi” tapıb. Bununla belə, 132 saylı məktəbdə formalaşmış gözəl ənənələri də öz adına çıxır. Bu ənənələrdən biri də Aida İmanquliyevanın xatirəsi ilə bağlı olanlardır. 2016-cı ildə təhsil kompleksində “Unudulmaz məzun Aida İmanquliyeva” adlı kitabın təqdimatı keçiriləndə müəlliflər “Respublika” qəzetinin müxbiri Gülşən Hüseynova və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri İbrahim Əsədov olsalar da, Sara Xanlarova elan etdi ki, kitabın ideyası ona məxsusdur. Həmçinin qeyd etdi ki, məktəb rəhbərliyi “Məşhur məzunlar” layihəsi üzrə hər il bir tanınmış məzunu barədə kitab hazırlamağı qərara alıb və ən məşhur məzun Aida İmanquliyeva olduğu üçün ilk kitab məhz ona həsr olunub. Motiv aydındır – Aida İmanquliyevanın övladları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, akademik Nərgiz xanım Paşayevanın xoşuna gəlmək! Maraqlıdır ki, həmin təqdimata qədər Sara Xanlarova heç vaxt belə bir layihəsinin olduğunun anonsunu verməyib. Yaxşı halda bu layihə onun ağlına kitabla birgə gəlmiş ola bilərdi. Amma dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş rəhmətlik Aliyə xanım Təhmasibin belə ideyası ola bilərdi. Çünki onun özü də motivasiyalı idi – 132 saylı məktəbin məzunu olmuşdu və silsilə kitabların biri də ona həsr olunacaqdı. Bəlkə də ideyasını tabeçiliyində olduğu rayon Təhsil Şöbəsinin müdiri Sara Xanlarova ilə bölüşmüşdü də… Qarşı tərəfi də dinləməyə hazırıq. DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
• “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24 |
|
|
|
• Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18 |
|
|
|
• AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12 |
|
|
|
• Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05 |
|
|
|
• Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01 |
|
|
|
• Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58 |
|
|
|
• "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48 |
|
|
|
• Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35 |
|
|
|
• AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33 |
|
|
|
• Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25 |
|
|
|
|