Beyləqanda vətəndaşı dinləyən kimdir ki... - "Şəhid ailəsini ziyarətə gələnlər belə..."
Tarix: 26-10-2023, 08:52 |
Çap et
DİA.AZ: - Beyləqanda sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayət ediblər. Bu barədə DİA.AZ-a Beyləqan rayonunun İmamverdili kənd sakinləri olan 20 nəfərin imzası ilə yazılmış şikayət ərizəsi daxil olubdu.
Şikayətdə qeyd edilir ki, yol o qədər pis vəziyyətdədir ki, yayda toz-torpaqdan, qışda palçıqdan keçmək olmur:
“Kəndimiz Bakı-Horadiz yolunun lap yaxınlığındadır. Yaxınlıqdakı Vətağa qəsəbəsinə də yol bizim kənddən keçir. Cəmi 8 km olan bərbad yolun asfaltlanması üçün dəfələrlə Beyləqan rayon İcra hakimiyyətinə və digər aidiyyatı qurumlara müraciətlər etsək də heç bir nəticəsi yoxdur. 1880 nəfərin məskunlaşdığı bu kənddə Vətən uğrunda canını verən şəhid ailələri yaşayır. Yol çox acınacaqlı vəziyyətdir. Hər kəs bu yolla hərəkət edir, palçığın içərisində. Bu gölməçələrdən maşın keçmir, uşaqlar necə etsin? Uşaqlar hər gün palçığın içində, uzunboğaz çəkmələrdə məktəbə gedirlər. Şəhid ailəsini ziyarətə gələnlər belə zülm çəkirlər. Hələ qabaqda soyuq havalar var, yollar olduqca bərbad vəziyyətdədir”.
Ümidvarıq ki, tezliklə əlaqədar orqanlar Beyləqan sakinlərinin yol problemini tezliklə həll edəcəklər.