Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                 

Bura xəstəxanadır, yoxsa kiminsə ÖZƏL OBYEKTİ? - İTTİHAM VAR...
Tarix: 1-11-2023, 09:03 | Çap et
Bura xəstəxanadır, yoxsa kiminsə ÖZƏL OBYEKTİ?
TƏBİB-in ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ) yaradılmasını kimlərsə, guya səhiyyə sahəsində islahat kimi qələmə verməyə çalışsa da, amma əslində bu qurum ölkə səhiyyəsində ciddi problemlər yaradıb.
Uzun-uzadı bəhs etmədən qeyd edək ki, TƏBİB-in yaradılması səhiyyə sahəsində paralellik, loru dildə desək ikitirəlik yaratdı. Və vətəndaşlar Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qaldılar.
Sözün qısası, TƏBİB-in rəhbərliyinin islahat adı altında apardığı dəyişikliklər bu gün iflasa uğrayıb. Axı, hansı islahatdan danışmaq olar..? Məgər bir rayonun ərazisindəki bütün xəstəxanaları, poliklinikaları birləşdirib Tibbi Mərkəzə tabe etmək və ora da kimisə rəhbər təyin etmək islahatdır..? Bütün bunlar azmış kimi TƏBİB rəhbərliyi qısa zamanda peşəkar, təcrübəli həkimləri müxtəlif səbəblərdən işdən azad edərək onların yerinə öz dost-danışlarını təyin etdilər.
Təsəvvür edirsiniz, tibbi təhsili olmayanlar, saxta diplom sahibləri Tibb Mərkəzlərində yüksək vəzifə tutdular. Bir soruşan olmadı ki, bu şəxslərin adi tibbi təhsili yoxdur. TƏBİB rəhbərliyinin göstərişi ilə yeni yaradılan Tibb Mərkəzlərinin rəhbərləri saxta tenderlər adı altında milyonlarla dövlət vəsaitini mənimsədilər, daha doğrusu, TƏBİB rəhbərliyi ilə bölüşdülər. Dəfələrlə yazdığımız kimi, bu əslində rüşvət və korrupsiyanın bir əldə cəmlənməsi idi. Belə Tibb Mərkəzlərindən biri də Qobustan Mərkəzi Xəstəxanasıdır. İndi haqqında bəhs edəcəyimiz şəxs isə Qobustan Mərkəzi Xəstəxanasının baş həkiminin inzibati məsələlər üzrə müavini Kərimov Bəhmən Bəxtiyar oğludur.
Məlumat üçün onu da qeyd edək ki, Bəhmən Kərimov Azərbaycan Dövlət Tibb Universitetini deyil, özəl Azərbaycan Beynəlxalq Universitetini bitirib. Sonra ikinci ali təhsil alıb. Deməli, Bəhmən Kərimov saxta yol vərəqələri yazaraq olmayan təcili yardım çağırışları adı altında kifayət qədər pul mənimsəyir. Bu hələ harasıdır..? Belə ki, Qobustan RMX-də xəstəlik kağızı, sürücülərə tibbi arayışların verilməsi adı altında pullar yığılır. Xəstəxanada cari xərclər, yanacaq təminatı adı ilə hər ay xeyli miqdarda dövlət vəsaiti mənimsənilir. Daha sonra bu xəstəxananın adı mediada saxta əlillik dərəcəsi verilməsi ilə bağlı dəfələrlə hallanıb. Hətta yalandan hər ay 50 nəfərin guya xəstəxanada yatmasını ( ambulator müalicə ) kağız üzərində yazıb, onlara ayrılan qida və ərzaq məhsullarını satırlar. Bundan əlavə Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaşları da mənimsənilir. Sözün qısası, Bəhmən Kərimov Qobustan Mərkəzi Xəstəxanasını şəxsi obyekti kimi istifadə edir. Kimsə irad bildirsə, Bəhmən Kərimov deyir ki, arxamda TƏBİB-in departament rəhbəri Nurlan Quliyev dayanır.
Biz hələ Kərimov Bəhmən vəzifəyə təyin olunar-olunmaz özünə Qobustan rayonu ərazisində Bakı-Şamaxı yolunun kənarında böyük bir restoran tikməsindən danışmırıq. Bizim bir media olaraq Bəhmən Kərimovun əməlləri barədə 13.07.2023- cü il tarixli araşdırma yazımızdan sonra redaksiyamıza daxil olan məlumata görə, Bəhmən Kərimov TƏBİB-ə çağırılıb. Amma.... Əmması odur ki, yenə TƏBİB-in İnzibatı İdarəetmə Departamentinin rəhbəri Nurlan Quliyev dostu və şəriki Bəhmən Kərimovu qoruya bilib. Və Bəhmən Kərimov bütün baş verən qanunsuzluqları işdən çıxarılan keçmiş direktor Hüseyn Şahmaliyevin üzərinə atıb. Və bu gün Bəhmən Kərimov yenə də köhnə əməllərindən əl çəkmir, qanunsuz əməllərini bir az da artırıb. Bu dəfə Bəhmən Kərimovun saxta möhürü ("Nəzarətdədir" yazılan halbuki heç bir yerdə qeydiyyatı yoxdur) vasitəsiylə yazılan qaimərini təqdim edəcəyik. Bu şəxslər benzin pulunu Bəhmən Kərimova ödəyərək qaimə vasitəsiylə benzin götürürlər. Sual olunur ki ay "Bəhmən müəllim" yazdığın 240 litr dizeli hansı maşının yanacaq çəni tutur?
Onu da qeyd edək ki, monitorinq yoxlaması zamanı Bəhmən Kərimovun atasına aldığı sağlamlıq kağızının dövlət rüsumu olan 40 manat 20 qəpik ödəmədiyi aşkar olunub. Yoxlama üzvləri qeyd etmişdir ki müavin bunu etdikdən sonra başqalarına nə deyək. Bundan başqa Bəhmən Kərimov direktor tərəfindən dəfələrlə təşəkkür almış sürücünü saxta yol vərəqələrinə qol çəkmədiyi üçün işdən çıxarmaqla hədələyir, səsini yazdiraraq şantaj edir. Həmin işçini maşına mindirdiyi üçün digər işçidən izahat almış, digər işçilərə ona salam verməyi belə qadağan etmişdir.
Bəhmən Kərimovun qəzəbinə tuş gələnlərin biri də baş təsərrüfat bacısıdır. Xəstəxanaya ayrılan yuyucu vasitələrinin və ləvazimatlarının saxta silgisinə qol çəkməyi və təzə açılan kafesinin təmizliyi üçün xadimələr göndərməyi ondan tələb etmişdir. Bundan imtina etdiyi üçün üzünə adam durquzaraq tibbi şuraya çıxartmış lakin məqsədinə nail ola bilməmişdir. Hər iki işçi müvafiq orqanlara şikayət etdiyi üçün araşdırma gedir. Bəhmən Kərimov həmkəndlisi Dəstək xidmətləri şöbəsinin müdiri Anar Hüseynovla birləşərək xəstəxananı talan edirlər. Hüseynov Anarın halbuki heç bir ali təhsili yoxdur.
//gundelik-baku.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru